Təmiz əllər sağlamlığın reseptidir

Gigiyena standartları Azərbaycanın 27 kənd məktəbində tətbiq edilmişdir.

Elena Ostapenko
A child washing his hands.
UNICEF Azerbaijan/Pirozzi/2004
30 Sentyabr 2015

Hər kəs təmiz əllərin sağlamlıq üçün resept olduğunu bilir. Əllər, digər bədən hissələrindən daha çox, bir neçə milyona çatan patogen mikroblarla doludur.

Yeməkdən əvvəl, tualetdən sonra və ya heyvanlarla oyundan, və ya torpaqda işləmək və xammal ilə təmasda olmaqdan sonra əlləri yumaq - qrip, hepatit, allergiya, mədə xəstəlikləri və virus xəstəlikləri kimi təhlükəli xəstəliklərdən qorunmaq üçün əsas tədbirdir.

Uşaqlar arasında gigiyena qaydalarına riayət etmək çox vacibdir, çünki onlar qum və ot örtüyü olan yerlərdə oynamağı, mikroorqanizmləri bol olan gölməçələrdə oyuncaq kağız gəmilərini sürmək və analar görmədən yuyulmamış meyvələri yığmağı sevirlər.

Bununla belə, bir çox valideyn gigiyena qaydalarına qarşı çıxır. Bu, hətta uşağın ona öyrətdiyiniz təmizliyə öyrəşməsinə baxmayaraq, evdən kənarda əl yuma həmişə mümkün olmur.

UNICEF tərəfindən aparılan araşdırmalar, Azərbaycanın bir çox məktəblərində və ilk növbədə kənd bölgələrində gigiyena və sanitariya şəraitinin əsas norma və standartlara cavab vermədiyini aşkar etmişdi. Bir çox məktəbdə təmiz axan su və tualet yoxdur və ya onlar gigiyena normalarına uyğun deyil.

Digər problemlər arasında tualetlərdə sabun çatışmazlığı ilə yanaşı məktəblərdə çox vaxt təhsil binasından uzaq olan tualetlərin olmamasıdı.

Bununla belə, beynəlxalq normalara əsasən, kiçik və yuxarı sinif uşaqları eyni tualetdən ilk əvvəl etik səbəblərə görə istifadə etməməlidirlər, digər tərəfdən isə sadəcə kiçik uşaqların tutacaqları və kranlara əli çatmaya bilər.

Məktəblərdə gigiyena və sanitariya şəraitinin olmaması Azərbaycanın üç bölgəsində - Ağdaş, Beyləqan və Ağcabədidə ciddi problemdir. Məhz bu bölgələrdə UNICEF və AİB-in dəstəyi ilə 27 məktəbdə "Təmiz əllər sağlam əllər" şüarı altında gigiyena normalarının tətbiqi ilə bağlı pilot layihə həyata keçirildi.

UNICEF hesab edir ki, krandan axan çirkli su və gigiyena normalarına riayət etməyən məktəblərdə uşaqlar və məktəb işçiləri arasında viruslu xəstəliklərə tutulma riski daha yüksəkdir.

"Uşağımı məktəbə göndərəndə tapşırıram ki, çox çay içməsin çünki ki, bu halda məktəb tualetindən istifadəyə az ehtiyac olacaq. Əslində tualetlər həqiqətən işləmir. Uşaqlar şəraitə görə onlardan istifadə etməkdən çəkinirlər."

 “Məktəb tualetimiz dəhşətli vəziyyətdədir. Su gəlmir. Uşaqları məktəbə yola salanda həmişə onlara deyirəm ki, orada tualetə getməyin. Su çox vacibdir. Bu yaxınlarda bir uşaqda bağırsaq qurdlarını tapdılar. Hamısı çirkli şəraitə görədi. Normal sanitariya şəraitinin olmaması səbəbindən uşaqlar tez-tez xəstələnir və sonra təhsillərindən geri qalırlar” deyə həmin məktəbdən olan digər valideyn Şəhla təsdiqləyir.

Digər iki pilot layihə bölgəsinin məktəblərində də vəziyyət eynidir.

Gigiyena və sanitariya sahəsində standartların tətbiqi layihəsi, 2009-cu ildə başladığı tarixdəki göstəricilərin əhəmiyyətli dərəcədə yaxşılaşmasına təkan verdi. Layihə, UNICEF, Asiya İnkişaf Bankı (AİB) və regional "Yerli İdarəetmə Yardımı" QHT-si, Təhsil Nazirliyi və Səhiyyə Nazirliyi, regional icra hakimiyyəti, "Azərsu" ictimai şirkətinin yerli ofisi və Yaponiya Səfirliyi ilə birgə həyata keçirilir.
 

"Məktəblərdə təmiz su və əsas sanitar normalar uşağın sağlam və tam inkişafı üçün son dərəcə vacibdir."


Layihə, tualet otaqlarının yenidən qurulması üçün minimum xərcləri olan mövcud infrastruktur əsasında təmiz və təhlükəsiz tualet və təmiz su və sabun əldə etmək imkanlarını yaxşılaşdırmaq məqsədi daşıyırdı; habelə məktəblilərin və onların valideynlərinin öz sağlamlığı üçün gigiyena qaydalarına riayət etməyin vacibliyi barədə məlumatlılığını artırmağa yönəlmişdir.

Layihə çərçivəsində məktəblilər arasında ictimai fəaliyyətlə yanaşı, məktəblərdə silsilə seminarlar və fərdi görüşlər keçirimişdi. Ağdaş, Beyləqan və Ağcabədidə təxminən 12 min uşaq gigiyena və sanitariya mövzusunda müzakirələrə qatılmışdı. Tualetə baş çəkdikdən sonra əllərin sabunla yuyulmasının əhəmiyyəti uşaqlara və valideynlərə izah edilən əsas məlumat idi.

Layihə nəticəsində cari ilin iyun ayına qədər yuxarıda göstərilən bölgələrdə tualetə baş çəkdikdən və yeməkdən əvvəl əllərini sabunla yuyan uşaqların sayının ümumi məktəbli sayının 45,5% -nə nisbətində 15,6% artımı müşahidə olunmuşdu. UNICEF-in məlumatlarına əsasən bu effekti əldə etmək üçün bir uşağa cəmi 8.06 ABŞ dolları həcmində investisiya yatırılmışdır.

Sabun olmadığı təqdirdə əl yumuyan uşaqların sayında da 15% azalma da müşahidə olunmuşdu və bu göstərici hazırda uşaqların ümumi sayının 14,8% bərabərdir. Xüsusilə yüksək göstərici olmasa da, zəruri hallarda məktəb tualetindən istifadə edən uşaqların sayında da artım müşahidə edilmişdir.

Hər məktəbə 3706 ABŞ dolları məbləğində sərmayə yatırmaqla, gigiyenanın sağlamlıq üçün əhəmiyyəti mövzusunda dərslərə qatılan uşaqların sayının 21,6%-ə qədər artması üçün ümumi şagird kütləsinin 63,6%-ni təşkil etdi. Yuxarıdakı bölgələrin 59% məktəblərində əvvəllər bu cür dərslər keçirilməmiş və ya 31% hallarda ayda bir dəfə keçirilmişdi.

27 pilot məktəbdə təbliğat işlərindən başqa ictimai nəzarət mexanizmi də yaradılmışdır. “Yerli İdarəetmə Yardımı” QHT-sinin rəhbəri Vüsal Mirzəyevin sözlərinə görə, hər məktəbdə 9 nəfərdən (8 məktəbli və bir yetkin) ibarət sanitariya-gigiyena klubları yaradılıb.

Vüsal Mirzəyev deyir ki, bu qruplar məktəblərdə və icmalarda təbliğat işi ilə məşğul idi. Uşaqlar, müvafiq məlumat verməklə və lazımi şərtlərə uyğunluğunu izləməklə gigiyena qaydalarına öz sağlamlığının naminə riayət etməyin vacibliyini izah edirdilər. Klubların üzvlərini tematik köynəklər, papaqlar və bilərziklər ilə fərqləndirmək mümkündür.

"Birgə səylər sayəsində üç bölgədəki bütün məktəblərin işçi heyətini səfərbər edə bildik və qısa müddətdə gigiyenaya maraqlarını artırdıq və bu, böyük uğur sayıla bilər" QHT rəhbəri deyir. "Məktəblərin rəhbərliyi, valideynlər və uşaqların özləri fəaliyyətlə məşğul oldular və ictimaiyyətin diqqətini bu problemə yönəldərək özünü nəzarət sistemi yaratdılar"

deyərək Vüsal Mirzəyev əlavə etmişdi.

Layihə iyun ayında başa çatmış və layihənin nəticələri investorları və məhz Yaponiya səfirliyini növbəti mərhələdə - Beyləqan rayonunun 2 və 4 saylı məktəblərindəki tualetlərin yenidən qurulmasını maliyyələşdirməyə sövq etmişdi. Yeni layihənin həyata keçirilməsi üçün qrant müqaviləsi 18 avqust 2015-ci ildə imzalanmışdır.

“Azərbaycanda fəaliyyətimiz nəqliyyat, şəhər infrastrukturu və enerjidən səmərəli istifadəyə yönəlmişdir. İnanırıq ki, infrastruktur, inkişafın və şaxələndirmənin vacib tərkib hissəsidir" AİB-in Azərbaycanda daimi nümayəndəliyinin direktoru Olli Noroxono deyir.