Uşaqların müdafiəsi
UNICEF ədliyyə, sosial xidmətlər və zorakılıqdan müdafiə tədbirlərinin əlçatanlığına diqqət yetirməklə uşaqları və onların ailələrini qorumaq üçün uşaqların müdafiə sistemlərini gücləndirir.
- Available in:
- English
- Azərbaycanca
Hər bir uşağın müdafiə olunmaq hüququ var. UNICEF Azərbaycanda, xüsusilə inteqrasiyalı sosial xidmətlər, ədliyyəyə çıxış və uşaq hüquqlarının monitorinqi sahələrində uşaqların milli müdafiə sistemlərinin gücləndirilməsi istiqamətində iş aparır. Uşaqların milli müdafiə sistemləri sosial rifah, təhsil və səhiyyə məsələləri ilə məşğul olan təşkilatlardan, habelə risk vəziyyətində olan uaqlarla bağlı cavab tədbirlərinə məsuliyyət daşıyan hüquq-mühafizə orqanları və strukturlarından ibarətdir. Güclü uşaq müdafiəsi sistemi adətən uşaqların və onların ailələrinin üzləşdiyi çoxsaylı qarşılıqlı çətinliklərin öhdəsindən gəlmək iqtidarındadır.

Uşaq hüquqlarının monitorinqi
Sosial problemlərə qarşı ən səmərəli cavab tədbirləri əsaslı biliklər və faktlar üzərində qurulur. Əksər hallarda uşaqların çətin həyat şəraitinə düşməsinin və riskə məruz qalmasının əsas səbəbləri onların üzləşdiyi problemlərin düzgün monitorinq və ya təhlil edilməməsi ilə əlaqədardır. Əsas məqamlar nəzərə çarpmadıqda və ya hərtərəfli başa düşülmədikdə, müvafiq problemləri hədəfə almaq üçün səmərəli siyasətlər, xidmətlər və resurslar hazırlamaq və ya təmin etmək mümkün olmur və nəticədə, risk altında olan uşaqların təcrid olunması daha da dərinləşir.


Yuvenal ədliyyə xidmətlərindən istifadə imkanı
Hər hansı bir uşaq riskə məruz qalan ailənin üzvü olduqda onun qanuna
zidd davranma ehtimalı artır. Azərbaycan uşaq hüquqlarının milli yuvenal ədliyyə sistemi vasitəsilə (beynəlxalq standartlara uyğun) təmin edilməsi öhdəliyini öz üzərinə götürərək qanun pozuntularına yol vermiş uşaqlara münasibətdə azadlıqdan məhrum etməni nəzərdə tutmayan islah tədbirlərinin təşviq edilməsinə getdikcə daha çox yönəlməkdədir. Burada nəzərdə tutulan odur ki, müvafiq islah və reinteqrasiya tədbirləri əlaqədar uşağın cəmiyyətə konstruktiv töhfələr vermək imkanını artırır, saxlanma və ya azadlıqdan məhrumetmə tədbirləri isə onun adətən yoxsulluq, sosial cəhətdən təcrid olunma və cinayətləri təkrar törətmə halları ilə yenidən üzləşməsinə gətirib çıxarır. UNICEF hesab edir ki, sosial xidmətlər və yuvenal ədliyyə sistemləri əsas diqqəti müvafiq cavab tədbirlərinin həyata keçirilməsi ilə yanaşı, həmçinin cinayətkarlığa şərait yaradan həssas vəziyyətlərin öhdəsindən gəlmək üçün kompleks profilaktik tədbirlərin görülməsinə yönəldərək birgə işləməlidirlər.
Azərbaycanda yuvenal ədliyyə sisteminin gücləndirilməsi və qanu n-mühafizə orqanları ilə təmasda olan uşaqlar üçün imkanların yaradılması istiqamətində tərəfimizdən aparılan işlər aşağıdakılardan ibarətdir:
Çətin həyat şəraitində olan ailələr üçün hüquqi yardım və hüquq i təmsilçilik xidmətlərinin pilot şəklində göstərilməsi;
Hakimlərin, vəkillərin, dövlət ittihamçılarının və hüquq mühafi zə orqanları əməkdaşlarının təlimləndirilməsi;
Ölkədə ixtisaslaşdırılmış yuvenal ədliyyə qruplarının yaradılma sı;
Uşaqlar üçün münasib məhkəmə zallarının qurulması;
Probasiya xidmətinin dəstəklənməsi;
Sosial işçilərin ədliyyə sisteminin nəzarətində olan uşaqlarla əlaqələndirilməsi.
Sosial xidmətlər
Həssas ailələri nəsillər boyu tez-tez üzləşdikləri potensial məhrumiyyətlər dairəsindən xilas etmək üçün bu ailələrdəki uşaqlara qarşı mövcud təhlükələrin səbəblərini aydın şəkildə başa
düşmək lazımdır. Təhlükə dedikdə, uşağın zorakılığa, istismara, sui-istifadəyə, etinasızlığa məruz qalması və heç bir səbəb olmadan ailəsindən ayrılması halları başa düşülür. Səbəbləri
aydın şəkildə başa düşdükdən sonra həmin təhlükələri azaldan və ya aradan qaldıran müvafiq xidmətlər paketi hazırlamaq və həyata keçirmək olar.
Ən ağır məhrumiyyətlərlə üzləşən uşaqların və onların həssaslığına səbəb olan əsas amillərin müəyyənləşdirilməsi işi UNICEF-in düzgün əlaqələndirilmiş, çoxsahəli cavab tədbirlərinin həyata kecirilməsi istiqamətində Azərbaycan hökuməti ilə birgə aparılan
fəaliyyətinin mərkəzində dayanır. Bu fəaliyyət aşağıdakıları nəzərdə tutur:
- Çətin həyat şəraitinin qiymətləndirilməsi və müasir xidmətlərə istiqamətləndirmə;
- Uşaqlara və ailələrə göstərilən sosial xidmətlər üzrə keyslərin idarə olunması;
- İnkişaf ləngimələri və ya əlilliyi olan uşaqlar üçün sosial xidmətlərin göstərilməsi;
- Baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqlar üçün sosial xidmətlərin göstərilməsi;
- Mobil (proaktiv) xidmətlərin göstərilməsi.
Düzgün tərtib edilmiş kompleks sosial xidmətlər riskə məruz qalan və ya yoxsulluq, əlverişsiz şərait və sosial təcridolunma səbəblərindən çətin həyat şəraitində olan ailələr üçün nəzərdə tutulmuş müdafiənin səviyyəsini artıra bil ər. Ünvanlı sosial yardımla birgə göstərilən sosial dəstək xidmətləri çətin həyat şəraitində olan ailələrin özünə inamını və imkanlarını artıra, uşaqlara dəyən zərəri azalda bilər və böhran vəziyyətində olan ailələr üçün vacib təhlükəsizlik sistemi kimi çıxış edə bilər.
Sosial xidmət proqramlarının səmərəli olması üçün göndəriş sistemlərinin mövcudluğu və keyslərin effektiv idarə olunması önəmlidir, belə ki bu, uşaqlarla bağlı risklərin və çətinliklərin müəyyənləşdirilməsi, müvafiq cavab tədbirlərinin işlənib hazırlanması, zərurət yarandıqda uşaqların və ailələrin digər xidmət növlərinə və qayğı və dəstək
göstərən mütəxəssislərə istiqamətləndirilməsi, habelə ən səmərəli yardım paketinin təmin edilməsi üçün fərdi keyslərin monitorinqi/izlənilməsi nöqteyi-nəzərindən gərəklidir.
Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra sosial xidmətlərin inkişafı sahəsində böyük uğurlar əldə edərək müfəssəl qanunvericilik aktlarının və işlək sosial müdafiə sistemlərinin milli qanunvericilik bazasında əks etdirilməsinə nail olub. Bununla belə, ölkədə çoxşaxəli sosial xidmət proqramlarının işlənib hazırlanması sahəsində hələ də aşağıdakı səciyyəvi məhdudiyyətlər qalmaqdadır:
- İcmaların mövcud xidmətlər və hüquqlar barədə ətrafli məlumatlar a və biliklərə malik olmaması;
- Əksər hallarda ailələri mövcud xidmətlərin istifadəsindən çəkindirən ayrı-seçkiliyə və stiqmaya məruz qalma qorxusu;
- Konkret olaraq icma səviyyəsində sosial xidmətlərin yetərli olmaması və müasir xidmət standartların tətbiq edilməməsi;
- Azərbaycan cəmiyyətində sosial işçinin bir aparıcı qüvvə kimi lazımi səviyyədə qəbul edilməməsi.
Resuslar
Bullinq haqqında məlumat: Gənclər; Müəllimlər; Valideynlər üçün