Fəaliyyətimiz

Fəaliyyətimiz

 

Təhsil


Təhsil sahəsində uşaqların təqribən 4,7%-i ibtidai məktəbə getmir, baxmayaraq ki, yeniyetmələrin 12,6%-nin orta məktəbdən kənarda qaldığı hesab edilir. Bu uşaqlar ya heç vaxt məktəbə getməyiblər, ya da müxtəlif səbəblərdən məktəbdən çıxarılıblar. Məktəbdən kənarda qalan uşaqların əksəriyyəti qızlar və əlilliyi olan uşaqlardır. Baxmayaraq ki, məktəbəqədər təhsil müəssisələrinə yerləşdirmə göstəriciləri (hər 100 yerə 92 uşaq) yüksəkdir, bununla belə, 6 yaşından kiçik uşaqların yalnız 7,1%-i məktəbəqədər təhsil müəssisələrinə gedir. Məktəbəqədər təhsil və ya digər məktəbə hazırlıq proqramlarının çox az mövcud olduğunu nəzərə alsaq, bu olduqca olan aşağı iştirak səviyyəsi təəccüblü deyil.

Həmçinin fəlakətlər zamanı uşaqların həssaslığını aradan qaldırmaq üçün UNICEF hökumətə fəlakət risklərinin daha yaxşı başa düşülməsinə kömək edən milli fəaliyyət planları (xüsusilə, cəmiyyətin ən təcrid olunmuş təbəqələri və uşaqlar arasında) hazırlamaqda kömək edəcək.

UNICEF üç həlledici sahədə inklüziv təhsil islahatına dəstək göstərəcək:

1) qanunvericiliyin uyğunlaşdırılması;

2) təhsil imkanları, o cümlədən təhsil və tədris mühiti;

3) valideynlərin və məktəblilərin münasibətini yaxşılaşdırmaq üçün davranışlarda dəyişikliklər. Bu ümumiləşdirilmiş yanaşma məktəbdən kənarlaşmış uşaqları müəyyənləşdirməyə və əhatə etməyə, həmçinin məktəbdən ayrılma riski altında olan uşaqlara vaxtlı-vaxtında dəstək göstərməyə kömək edəcək. O həmçinin yaxşılaşdırma tədbirlərini asanlaşdıracaq və baza təhsilini tamamlamamış uşaqlar üçün əlavə şanslar təmin edəcək.  

 

 
Search:

 Email this article

unite for children