Fəaliyyətimiz

Fəaliyyətimiz

 

Gənclər


Sosial məsələlər haqqında danışmaq üçün gənclərin enerjisindən istifadə edilməsi

14-29 yaşlı gənc insanlar Azərbaycan əhalisinin 31 faizini təşkil edir. Yeniyetməlik (10-19 yaş) inkişafın elə bir ciddi mərhələsidir ki, həmin dövrdə uşaqlar tədricən yetkinlik yaşına çatmış insanlara çevrilir, üzərilərinə daha böyük məsuliyyətlər götürür və cəmiyyətdə necə ünsiyyət qurmalı və iştirak etməli olduqları ilə bağlı vacib bacarıqlar öyrənirlər. Yeniyetmələr cəmiyyətdəki dəyişiklikləri stimullaşdırmaq üçün maksimal potensiala malik olduqları üçün UNICEF onları passiv şəkildə xidmət və yardım qəbul edən şəxslər olaraq görməyib, sosial dəyişiklik təmsilçilərinə çevirmək üçün gücləndirməyi planlaşdırır. Yeniyetmələrin əlilliyi olan uşaqlar və qızlar üçün daha ədalətli və inklüziv cəmiyyət formalaşdıracaq dəyişikliklərə töhfə verəcəkləri nəzərdə tutulur. Həssas qrupların daha geniş sosial cəlbi üçün giriş nöqtələri arasında təhlükəsiz və inklüziv idman növlərinə dəstək göstəriləcək.    

Əhalinin üçdə bir hissəsini 14-29 yaşlı şəxslərin təşkil etdiyi üçün gənclərin inkişafına diqqət getdikcə artırılmaqdadır (məsələn, gənclər siyasətinin təkmilləşdirilməsi, Gənclərin İnkişafına dair Milli Strategiyanın, o cümlədən digər əsas strategiyalarda gənclərlə bağlı məsələlərin dəstəklənməsi və böyük maliyyə vəsaiti ilə təmin edilmiş dövlət proqramları və fəaliyyət planları ilə onların həyata keçirilməsi üçün fəal dəstək təmin edilməsi vasitəsilə). Eyni dərəcədə vacib olan məsələ onlayn və üzbəüz məsləhətlər vasitəsilə yeniyetmələrin rəy və təkliflərinin öyrənilməsi vasitəsilə onların dövlət gənclər proqramının monitorinqinə cəlb edilməsidir. Gənclərin məhdud şəkildə qərar qəbuletməyə cəlb edilməsi, həmçinin müsbət ictimai yerlərdən və istirahət yerlərindən istifadə və məktəbdən işə keçid imkanlarının olmaması UNICEF-in Azərbaycandakı nümayəndəliyinin gənclərin və yeniyetmələrin inkişafına yanaşmalarını formalaşdırmışdır. 

Gənclər və İdman Nazirliyinin rəhbərlik etdiyi 11 Gənclər Evi əsasında gənclər üçün bərabər, inklüziv xidmətlərin sınaqdan çıxarılması vasitəsilə Gənclər Evlərinin ölkələrarası şəbəkəsinin yenilənməsi prioritet tədbirlər sırasındadır. UNICEF-in texniki dəstəyinə BMT-nin ümumi proqram hazırlığı fəaliyyətlərinin tərkib hissəsi kimi, həyat bacarıqları kursunun və Gənclər Evləri üçün gənc işçilərin yetişdirilməsi üzrə akademik kursunun hazırlanması, həmçinin yeniyetmə və gənclər üçün digər sistem və xidmətlər daxildir.    

UNICEF-in Azərbaycandakı nümayəndəliyi inkişaf naminə idman yanaşmasından yeniyetmələrin iştirakı üçün əsas giriş nöqtələrindən biri kimi istifadə etməyə davam etmişdir. 28 Olimpiya Mərkəzinin və 141 məktəbin əlçatanlığının hərtərəfli qiymətləndirilməsi bu müəssisələrin əlilliyi olan uşaqlar və gənclər (xüsusilə, təkərli arabadan istifadə edən) üçün əlçatanlıq səviyyələrini müəyyənləşdirməyə kömək etmişdir. Müəyyənləşdirilmiş maneələri aradan qaldırmaq üçün tələb edilən addımlara dair hökumətə tövsiyələr verilmişdir. 10-21 yaşlı 900-dən artıq futbolçu qızla işləyən yeddi Qadın Futbol Liqasının məşqçisi həmin qızların öz hüquqları və qızların iştirak səviyyəsinin formalaşdırılması, o cümlədən liderlik rolları və qərar qəbuletmə haqqında biliklərini artırır. Bu işə məşqçilər üçün yeni qaydalar (xüsusilə, UNICEF-in Azərbaycandakı nümayəndəliyi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən məxsusi olaraq qızlar üçün futbola uyğunlaşdırılmış) istiqamət vermişdir. Milli Uşaq Paralimpiya Komitəsi və 2-ci Milli Uşaq Paralimpiya Oyunları ilə tərəfdaşlıq vasitəsilə idmanın gənclərin sosial cəlb edilməsini təşviq etmə potensialı da öyrənilmişdir. 

Əlilliyi olan təqribən 70 uşaq və yeniyetməyə beş idman növündə yarışmaq imkanı yaradılmışdır. Uşaqlara qarşı zorakılığa dur deyək Kampaniyasına rəhbərlik edən 17 yaşından kiçiklərin və Milli Qadın Futbol Liqalarından olan gənc idman “səfirləri” vasitəsilə Gənclərin sosial dəyişiklik səfirləri kimi rolu da təbliğ edilmişdir.

Gələcək sorğu və qiymətləndirmələrə dəstək göstərmək üçün fasilitator kimi təlim keçilmiş bir sıra gənc tədqiqatçı vasitəsilə gənclərə həmçinin gənclərlə bağlı məsələlərə air tədqiqat və təhlillərə cəlb olunmaqda dəstək göstərilmişdir - gənclərin bu rollar üzrə bacarıqlarının arıtırılması gənclərə təsir göstərən problemlərin gələcək araşdırılmasının əhəmiyyəti və əsas məqamlarını gücləndirəcək.  

Qutu:

Əmək qabiliyyətli gənclərin 33%-i işlə təmin olunmuşdur;

Yeniyetmə və gənclərin 50%-dən çoxu ehtiyacı olan məlumatları əldə edə bilmir; 

Gənclərin 70%-i öz yaşadıqları yerdə sosial xidmətlərdən istifadə imkanına malik deyil;

Gənclər yerli səviyyədə onlarla bağlı qərar qəbuletmə prosesində iştirakçılıqda özlərinin rolları haqqında bilmirlər.

Gənclər strategiyası

Neçə yaşınız var?

·                 Əgər siz 14-29 yaşlarındasınızsa — Siz gəncsiniz

·                 35 yaşından böyük deyilsinizsə + evli və ya uşaqlısınızsa — Siz gənc ailəsiniz.

Biz kimik?

                 Gənc elm adamları

                 Tələbələr

                 Hərbi xidmətdə olan gənclər

                 Həssas ailələrdən olan gənclər

                 Gənc sahibkarlar və fermerlər

                 Qaçqın və məcburi köçkün gənclər           

                 İşsiz gənclər

                 Sənaye və xidmət sahəsində işləyən gənclər

                 Gənc idmançılar

                 Seçkili orqanlarda təmsil olunan dövlət qulluqçuları və gənclər

                 Evlənmiş gənclər

                 Müxtəlif partiyalarda və qeyri-hökumət təşkilatlarında təmsil olunmuş gənclər

                 Narkotik asılılığından və ya İİV/QİÇS-dən əziyyət çəkən gənclər

                 Əlilliyi olan gənclər

 Bilirsinizmi?

                 Ölkə əhalisinin 2,7 milyonu və ya 28,9%-i 14-29 yaşlı insanlardır.

                 Gənclərin 49,2 %-i qadınlardır.

                 Yeni doğulan körpələrin 82,6 %-i gənc ailələrdə doğulur.

                 Gənclər Azərbaycanın demoqrafik inkişafında əsas rollardan birini oynayır.

Gənclər harada yaşayırlar?

% 48 – Kənd yerləri

%52 – Şəhər yerləri

 Məqsədlər nələrdir?

 

                 2015-2025-ci illəri əhatə edən vaxt çərçivəsində Azərbaycan gənclərinin POTENSİALINI inkişaf etdirmək

                 Fəal VƏTƏNDAŞLARIN yeni nəslini formalaşdırmaq

Vəzifələr nələrdir?

 İmkanların artırılması:

                 Sağlam həyat tərzi

                 Fəal iştirak

Aşağıdakılara imkan yaradan mühitin təşkil edilməsi:

                 Öyrənmə

                 İstedad

                 İnnovasiya

                 Gənc ailələr

                 Əmək bazarı

                 Sahibkarlıq

Dəstək göstərilməsi:

                 Həssas qruplar

                 Vətəndaşlıq / vətənpərvərlik

Gözləntilər nələrdir?

Aşağıdakıların artırılması:

                 Təhsildə iştirak, inkişaf və nailiyyət

                 Məşğulluq (bilik və bacarıqlara uyğun)

                 Sahibkarlıq

                 İnnovasiya

                 Elm və texnologiya

                 İncəsənət və yaradıcılıq

                 Vətənpərvərlik

                 Hərbi hazırlıq

                 Regional imkanlar

                 Mənzil təminatı (o cümlədən təhsil alanlar üçün yataqxanaların təmin edilməsi)

Aşağıdakıların azaldılması:

                 İşsizlik

                 Yoxsulluq

                 Qanun pozuntusu, anormallıq, antisosial davranış

 

Təhlükəsiz və İnklüziv İdmana dair Bakı 2015 Yeniyetmələr Bəyannaməsi

Biz, Təhlükəsiz və İnklüziv İdmana dair Milli Yeniyetmə Müzakirəsinin iştirakçıları Azərbaycandakı və Azərbaycandan kənardakı uşaq və yeniyetmələrin həyatında təhlükəsiz və inklüziv idmanın əhəmiyyətini müzakirə etmək üçün10-11 iyun 2015-ci il tarixlərində Azərbaycanın Bakı şəhərində toplaşmışıq. 

Biz Azərbaycan, Braziliya və Cənubi Afrikadan olan, uşaq və yeniyetmələrin həyatını yaxşılaşdırmaqda idmanın və idman həyatında baş verən böyük tədbirlərin gücünə inanan səkkiz yeniyetmə və gəncik. Biz səsimizin eşidilməsini istərdik.  

Hazırkı sənəddə təqdim edilmiş rəy və tövsiyələr yalnız bizim fikirlərimizi deyil, Azərbaycanın hər yerindən olan, 2015-ci ilin may ayında Təhlükəsiz və İnklüziv İdmana dair Onlayn Milli Yeniyetmə Müzakirəsində iştirak etmiş yaşıdlarımızın fikirlərini də əks etdirirlər.

Biz həmçinin inanırıq ki, idman daha yaxşı təhsili, daha sağlam həyatı, daha yüksək rifahı və bacarıqları, etibarı, tolerantlığı, əməkdaşlığı, həmrəyliyi, sülh quruculuğunu və dözümlülüyü inkişaf etdirmə imkanlarını təbliğ etmək üçün güclü bir vasitədir. Bizim kimi, bir çoxları üçün də bugün o, həm də yeni dostluqlar yaratma imkanıdır.

Arzumuz odur ki, bütün uşaqlar fəal həyat tərzinin faydalarından zövq alsınlar və inanırıq ki, böyüklər hamısı ailə, icma və dövlət səviyyəsində bütün oğlan və qızların, o cümlədən ən acınacaqlı vəziyyətdə olan uşaqların (məsələn, əlilliyi olan və ya kənd yerlərində yaşayan uşaqlar) idmanla məşğul olmasını və idmana cəlb olunmasını həvəsləndirməli və motivasiya etməlidirlər. 

Biz bütün ölkədə müasir Olimpiya və İdman Mərkəzlərinin yaradılması, həmçinin məktəb və icmalarda idman infrastrukturunun genişləndirilməsi üçün Azərbaycan hökumətinin idmanabu qədər investisiya yatırmasını təqdir edirik.  

Eyni zamanda, gündəlik təcrübəmizdən görürük ki, hələ də bizlərin əksəriyyəti təhlükəsiz və inklüziv idman hüquqlarından tam şəkildə istifadə edə bilmir:

•  Bizim 53 faizimiz bildirmişdir ki, qızlar müxtəlif ayrı-seçkilik formaları ilə üzləşməkdə davam edirlər və qadın təlimçi və ya müəllimlər olmadığı zaman, yaxud qızların həyatdakı seçimlərini məhdudlaşdıran mədəni normalar və gender stereotipləri ucbatından ailələri onların idmanla məşğul olmalarına icazə vermir.  

•  Bizlərin 67%-i bildirmişdir ki, bəzi hallarda əlilliyi olan uşaqlar idman yerlərinə getmək üçün adekvat nəqliyyatın olmaması ucbatından idman imkanlarından istifadə edə bilmirlər (49%). Bundan əlavə, mövcud infrastruktur bir çox hallarda əlçatan deyil (46%), müəllimlər və məşqçilər isə onları necə cəlb edəcəklərini bilmirlər (39%).

•  Kənd yerlərində yaşayan uşaqlar idman mərkəzlərindən çox uzaqda yaşadıqları üçün mövcud idman yerlərindən necə istifadə edəcəklərini bilmirlər.

•  İdman mərkəzlərindən istifadə üçün haqq idmanla məşğul olmağa əsas maneələrdən biri olaraq qalmaqda davam edir.

Son iki gündə Bakı 2015 Birinci Avropa Oyunları kontekstində biz bu problemlərə effektli həll variantları müəyyənləşdirmək üçün birlikdə çalışmışıq, çünki biz ölkəmizdə və icmalarımızda idmanın inkişafına müsbət töhfə vermək istəyirik. 

İlk növbədə, biz bütün siyasət müəyyənləşdirən və qərar qəbul edən fiqurlardan xahiş etmək istərdik ki, bizim yaşımızda olan zaman idmanla məşğul olmağı nə dərəcədə xoşladıqlarını yadlarına salsınlar ki, yeniyetmələrin fikir və tövsiyələrini başa düşmək asan olsun.  

İkincisi, Azərbaycandakı uşaqlar, yeniyetmələr və gənclər üçün təhlükəsiz və inklüziv idmanı reallığa çevirmək üçün biz aşağıdakı tədbirləri tövsiyə etmək istərdik:

1 Uşaq və yeniyetmələr üçün idman və istirahət yerlərinin mövcudluğu və əlçatanlığına dair məlumat və informasiyaların toplanması, uşaq və yeniyetmələrin idmanda iştirakına mane olan spesifik amillərin müəyyənləşdirilməsi (əlilliyi olan uşaqların və qızların iştirakına xüsusi diqqət yetirilməklə).

2 Məktəb və icmalardakı uşaq və yeniyetmələr üçün və onlarla gündəlik  olaraq təhlükəsiz və inklüziv idman və fiziki fəaliyyətlərdən pulsuz şəkildə istifadəyə kömək edən və belə imkan təmin edən adekvat və münasib siyasət, proqram və xidmətlərin yaradılması (ən acınacaqlı vəziyyət olan uşaqlara xüsusi diqqət yetirilməklə).  

3 Məktəblərdə və idman mərkəzlərində idman və istirahət yerlərindən istifadə üçün maneələrin (məsələn, adekvat idman materiallarının, oğlanlar və qızlar üçün ayrıca geyinib-soyunma otaqlarının olmaması, mövcud yerlərdən istifadə etmək üçün yüksək haqq, həmçinin əlilliyi olan uşaq və yeniyetmələr üçün inklüziv xidmətlərin olmaması) aradan qaldırılması. 

 

4 Məktəb və icmalarda idmana rəhbərlik edən şəxslərin lazımi bacarıqlara, təlim və təcrübəyə malik olmasını təmin etmək, mədəniyyət və gender dinamikasını, həmçinin hər bir uşağın, xüsusilə, əlilliyi olan uşaqların spesifik ehtiyaclarını nəzərə alan idman fəaliyyətlərini tərtib etmək və həyata keçirmək üçün müəllim və məşqçilərimizin bacarıqlarının artırılmasına və onlar üçün təlimlərin keçilməsinə investisiya qoyulması.

5 Qızların spesifik ehtiyaclarına daha yaxşı xitab etmək üçün qadın idman müəllimləri və məşqçilərinin mövcudluğunun artırılması və beləliklə, qızlara özlərini daha asan ifadə etmə imkanının verilməsi.

6 Məlumatlılığın artırılması fəaliyyətləri vasitəsilə valideynlərin və himayəçilərin (qəyyumların) idman və istirahətin onların uşaqları üçün faydaları barədə məlumatlandırılması və motivasiya edilməsi 

7 İdman proqramlarının və imkanlarının məktəb və icmalardakı uşaqlara yaxşı şəkildə çatdırılmasının təmin edilməsi və dövlət və cəmiyyət səviyyəsində uşaq və yeniyetmələr arasında idman və istirahət xidmətlərinə tələbat yaradılması.  

8 Yeniyetmə və gənclərin qərar qəbuletmə proseslərində tam iştirakının təmin edilməsi və onların milli və rayon səviyyələrində idman və istirahət siyasət və proqramlarının hazırlanması, həyata keçirilməsi və qiymətləndirilməsində fəal rolunun təbliğ edilməsi. 

9 Avropa Oyunları və gələcəkdə keçiriləcək, ən acınacaqlı vəziyyətdə olan uşaq və yeniyetmələrin idmana və idman vasitəsilə cəlb olunmasına yönəlmiş böyük idman tədbirləri ilə əlaqədar könüllülük və sosial irs proqramlarının gücləndirilməsi və ölkə, regional və beynəlxalq səviyyələrdə təcrübə mübadiləsinin dəstəklənməsi.

Biz Azərbaycan hökumətinin və UNICEF-in Baku 2015 Avropa Oyunları ərəfəsində bizim səsimizə səs vermələrini təqdir edirik

Başladığımız iş Avropa Oyunları bitəndə bitməməlidir. Biz yeniyetmə və gənclərin bizim ölkələrimizdə, cəmiyyətlərimizdə və məktəblərimizdə təhlükəsiz və inklüziv idmanın məşəl daşıyıcıları olmağa davam etmələrini istəyirik.   

Biz birlikdə idmanı bütün uşaqların hüququ kimi təbliğ edə bilərik. Biz birlikdə, idman vasitəsilə Azərbaycanı uşaq və yeniyetmələr üçün bütün uşaqların təlükəsiz və idman sahəsində hüquqlarını tam şəkildə həyata keçirə bildikləri daha yaxşı məkana, enerjili, xoşbəxt və sağlam ölkəyə çevirə bilərik. 

Bunu etmək üçün biz idman və gənclər, təhsil sahələrinə məsul Nazirliklərdən, qeyri-hökumət təşkilatlarından, beynəlxalq təşkilatlardan, mediadan, özəl sektordan, yerli dövlət orqanlarından, valideynlərdən və daha çox sayda yeniyetmə və gənclərdən bzim səylərimizə qoşulmalarını xahiş edirik.  

 

 
Search:

 Email this article

unite for children