Media centre

2017

Videos

UNICEF in the News

News

Publications

 

Ərizələrin qəbulu üzrə Elan

Birləşmiş Millətlər Təşkilatının (BMT) Gənclərdən ibarət Məşvərət Şurası

 Fəaliyyət müddəti: 1 yanvar 2017-ci il – 31 dekabar 2018-ci il  

BMT sisteminin ölkə səviyyəsində öz qurumları arasında əsas əlaqələndirmə, planlaşdırma və qərar qəbuletmə mexanizmi olan BMT-nin Ölkə Heyəti BMT-nin Gənclərdən ibarət Məşvərət Şurasına (BMTGMŞ) üzvlük prosesini elan etməkdən məmnunluq duyur. BMTGMŞ-ə üzvlük 1 yanvar 2017-ci il – 31 dekabr 2018-ci il dövrünü əhatə edəcəkdir.     

BMT-nin Gənclərdən ibarət Məşvərət Şurası (BMTGMŞ) BMT-nin Ölkə Heyətinin nəzdində fəaliyyət göstərəcək və onunla məsləhətləşərək aşağıdakı vəzifələri yerinə yetirəcək:

·             BMT-nin Ölkə Heyətinə yeniyetmə və gənclərin məsələləri ilə əlaqədar strateji imkanlar və zəruri addımlarla bağlı məsləhət vermək;

·             Azərbaycanda BMT proqramlarının planlaşdırılması, icrası və nəzərdən keçirilməsində gənclərin iştirak səviyyəsini və keyfiyyətini artırmaq;  

·             Gənclərə dair məsələlərin və onların ehtiyaclarına cavab verən yanaşmanın BMT-Azərbaycan Tərəfdaşlıq Çərçivə Sənədinə, eləcə də 2030 Dayanıqlı İnkişaf Gündəliyinə və BMT-nin bu kimi digər proseslərinə daxil edilməsini təşviq etmək.

BMTGMŞ-nin iş metodlarına və fəaliyyətinə BMT-nin Ölkə Heyəti ilə 2017-ci ildə dörd görüş daxil olacaqdır. Bundan başqa, BMTGMŞ-nin üzvləri BMT tərəfindən təşkil ediləcək və onun rəhbərliyi altında həyata keçiriləcək gənclərlə bağlı müxtəlif tədbirlərdə Azərbaycan gənclərini təmsil etməyə dəvət ediləcəklər.

Elana müraciət edəcək şəxslər 14-29 yaş arasında olmalı, eləcə də, ən əlverişsiz və təcrid olunmuş  qruplar da daxil olmaqla, müxtəlif sosial qrupları və maraqları təmsil etməlidirlər. Bundan başqa, müraciət edəcək şəxslər yerli gənclər təşkilatları və peşəkar təşkilatlarda fəaliyyət göstərən və belə təşkilatlarla əlaqəsi olan şəxslər də olar bilər.  

BMT öz proqramlarında müxtəliflik və inklüzivliyin təmin edilməsinə çalışır və, beləliklə, bütün etnik və dini qruplardan olan, əlillliyi olan şəxslər daxil olmaqla bütün gənc qadın və kişiləri BMTGMŞ-nin üzvü seçilmək üçün müraciət etməyə dəvət edir. BMTGMŞ üzvlüyünə Azərbayacanın bütün regionlarından olan gənclər müraciət edə bilər. 

Sənədlərin son verilmə tarixi 29 dekabr 2016-cı ildir. Göstərilən son tarixdən sonra təqdim edilmiş ərizələr nəzərə alınmayacaq.  

BMTGMŞ-ə üzv olmaq istəyən şəxslər aşağıdakıları göndərməlidir:

·             Doldurulmuş Ərizə Forması (elana əlavə edilmişdir);

·             Müvafiq təşkilat və ya şəxsin müraciət edən şəxslə bağlı rəyi (əgər mövcuddursa).

BMTGMŞ üçün iş dili Azərbaycan dili olacaqdır. İngilis və Rus dilləri biliyinin olması əlavə üstünlük təşkil edəcəkdir.

Erize_Formasi.docx

Ərizələrinizi elektron formada bu ünvanlara göndərməyinizi xahiş edirik: raliyev@unicef.orgbaku@unicef.org



 

 
Search:

 Email this article

unite for children