Proqram
Təhsil
UNICEF heç bir uşağın təhsildən kənar qalmamasını, bütün uşaqların müvafiq yaşda məktəbə qəbul olunmasını və keyfiyyətli təhsil almasını təmin etmək məqsədilə iş aparır.
- Available in:
- English
- Azərbaycanca
Uşaqların öz potensiallarını hərtərəfli reallaşdırmasında və böyüdükdən sonra cəmiyyətə töhfələr verən məhsuldar və fəal vətəndaş olmasında təhsil olduqca vacib rol oynayır. Azərbaycanda uşaqların ibtidai və orta təhsilə cəlb olunma göstəricilərinin yüksək olduğu bildirilir. Lakin həm erkən uşaqlıq dövründə inkişaf, həm də inklüziv təhsil sahələrində təkmilləşdirmələrə hələ də ehtiyac var.