Valideynlər üçün Əsas Biliklər: Hər bir yeni valideynin verdiyi 7 sual
Ən çox axtarılan sualların cavabları burada.
- Available in:
- English
- Azərbaycanca
“Hər bir yeni valideynin uşaqlar haqqında soruşduğu 7 sual: valideynlilik haqqında mini “master-klass” videosunun mətni
"Körpənizin yaddaşının iki və ya üç həftəlik olduğu yaşdan inkişaf etdiyini, bilirdinizmi?
İki-üç həftəlik körpə sizin qoxunuzu yadda saxlayacaq.
Siz mənə bir çox valideynlərin kiçik yaşlı övladlarının böyüməsi haqqında xeyli suallarını verdiniz və mən onlara cavab vermək üçün buradayam.
Salam, mənim adım professor Frenk Oberkleyddir və bu, Uşaqlara Valideynlik üzrə mənim Mini Master-klassımdır.”
Nəyə görə körpələr bu qədər çox yatırlar?
"Uşaqlar gecə yatmağın və gündüz oyaq qalmağın norma olduğunu bilmirlər. Odur ki, onlar adətən üç-dörd saat yatırlar, sonra qəfil qidalanmaq üçün oyanırlar, və sonra yenidən yatırlar.”
Onların beyni inkişaf etdikcə, yuxuya getməmək üçün səbəbləri olur, çünki onların marağına səbəb olan şeylər var; onlar öz dünyası ilə qarşılıqlı əlaqə qurur, valideynləri onlarla danışır, onlara nəsə oxuyurlar. Beləliklə, onlar öz valideynləri və onlara baxım gösərən insanlarla, eləcə də ətraf dünya ilə qarşılıqlı əlaqəyə qədəm qoyur və uzun müddət ərzində gözlənilən oyaq qalma rejimində qalırlar və daha sonra yenidən yuxuya gedirlər.”
Ana bətnində olduğu müddətdə uşağın beynini stimullaşdırmaq mümkündürmü?
"Bir müddət, bir neçə il bundan öncə, hesab olunurdu ki, klassik musiqi sədaları körpələri daha ağıllı edir.
Klassik musiqi dinləyən körpə uşaqların daha ağıllı olmasına dair heç bir real sübut yoxdur.
Digər tərəfdən, əlbəttə ki, zərəri də yoxdur. Odur ki, əgər valideynlər evə musiqi sədalarını daxil etmək istəyirlərsə, bu əla fikirdir, çünki valideynlər sakit olub, musiqidən həzz alırlarsa, bu hiss onların uşaqlarına ötürülür və onlar da sakit olacaqlar.
Beləliklə, musiqinin azyaşlı uşaqlar üçün faydalı olmasına dair bir çox səbəb var. Ağıllı olmaq onlardan biri deyil.”
Qidalanma beynin inkişafına necə təsir edir?
"Körpə ana südü ilə bütün qida ehtiyaclarını təmin edəcək və biz analara körpələrini ana südü ilə bəsləmələrinin vacib olduğunu deyirik.
Bununla yanaşı, ərzaq təhlükəsinin yaşandığı və ərzaq keyfiyyəti ilə ərzaq müxtəlifliyinin təmin olunmadığı, süfrəyə qoyulacaq kifayət qədər qidanın olmadığı bəzi ölkələrdə, bəzi uşaqlar üçün təhlükəli bir dövr yaşanır.
Bu nəticə olaraq uşağın dərk etmə qabiliyyətinin gecikməsinə, yəni uşağın inkişaf baxımından və fiziki cəhətdən inkişafının ləngiməsinə gətirib çıxara bilər.”
Nəyə görə körpə uşaqların insan təmasına ehtiyacı var?
"Həm insanların, həm də bütün heyvan növlərinin yeni doğulmuş körpələri üçün toxunaraq təmasın əhəmiyyəti haqqında kifayət qədər yaxşı elmi məlumatlar var.
Bəzən biz kenqurunun göstərdiyi qayğı, yeni doğulmuş balanın erkən yaşlarından anasının vücudu üzərində yerləşməsi haqqında danışırıq. Bu hal, bala kenqurunu sakitləşdirmıklə yanaşı, anasını da rahat edir, odur ki, toxunaraq təmasın son dərəcə vacib olduğuna dəlalət edən bir çox səbəblər var.”
Uşağınızla nə qədər fəal məşğul olmaq lazımdır?
"Uşaqlar təbiətən hər şey ilə maraqlanırlar; onlar ətraflarını araşdırmaq istəyirlər. Onlar üçün hər şey yenidir və ətrafda böyük bir dünya var, odur ki, valideynlər buna mane olmamalıdırlar. Valideynlər uşağın tam təhlükəsizliyini təmin etməlidirlər.
Uşağı həddən artıq strukturlaşdırmağa cəhd etməyin. Lakin öyrənmək üçün bir çox imkanlar, məsələn, uşağa nəğmə oxumaq, kitab oxumaq, uşağı gəzintiyə götürmək – bax orada ağacdır, orada isə it var, maşın var, ev var.
Odur ki, bu cür şeylər çoxdur, lakin siz uşağa müdaxilə etməyin, çünki uşaqlar təbiətən hər şey ilə çox maraqlanırlar.”
Uşağın dil öyrənməsinə necə yanaşmalı və öyrənməyi necə təşviq etməliyik?
"Azyaşlı və yeni ayaq açan bir körpə dil qabiliyyətini inkişaf etdirməyə başladıqda, yəni çox sadə şeylər – "it", "sağol","ta-ta" və s. deməyə başlayanda - valideynlər bunu gücləndirə bilərlər, bunu əks etdirə bilərlər, bunu mimikaları ilə təqlid edə bilərlər.
Gənc uşaqlar təkrarı sevirlər, buna görə də eyni mahnını təkrar-təkrar dinləməklə, eyni kitabı təkrar-təkrar onlara oxumaqla, onlar dilin quruluş modelini nə olduğunu anlamağa başlayacaqlar. Odur ki, biz valideynləri az yaşlı uşaqlarla çox danışmağa, nəğmə oxumağa çağırırıq.
Eyni zamanda, uşaqla söhbətə hakimlik etməyin, növbə ilə danışın. Bəzən biz buna "ver və geri al" deyirik, yəni uşaq bir şey deyir, ardınca valideynlər nədə deyir. Tez-tez uşağın dediklərini əks etdirmək çox vacibdir.”
Uşağınıza müxtəlif dilləri öyrətməyin ən yaxşı yolu nədir?
"Azyaşlı bir uşağı çaşdırmamaq üçün ardıcıllığın olması vacibdir. Ona görə də, bəzən bir valideyn ilə bir dildə danışmaq özünü doğruldur. Bəzən isə, bir fəaliyyətlə və bir dil yanaşması özünü doğruldur. Amma nəticədə uşaqlar özləri bunu ayırd edəcəklər və hər iki dili müvafiq şəkildə istifadə edəcəklər.
Həyatlarının ilk illərində uşaqlar həssas qayğıya ehtiyac duyurlar. Onlara qayğıkeş mühit lazımdır. Onlara balaca uşağa köklənmiş valideynlər lazımdır. Valideynlər ' körpələrinin ilk müəllimləridir.
Valideynlər uşaqla danışanda, ona nəğmə, kitab oxuyanda, bu kimi stimullaşdırıcı təcrübələri yaradanda, öyrənmənin çiçəklənməsi baş verir – bütün bu şəbəkələr beyində inkişaf edir. Uşağın həyatının çox erkən illərində öyrənmənin bu təməlləri kritik əhəmiyyət təşkil edir, çünki onlar, həyat boyu öyrənmənin əsaslarını formalaşdırır.
Valideynlər övladına bütün bunları təmin edərlərsə, uşağın beyni inkişaf edəcək və olğunlaşacaq və uşaqlarımızdan istədiyimiz bütün potensialı həyata keçirəcək.”
Professor Frenk Oberkleyd, Melburn Kral Uşaq Xəstəxanasının nəzdində Uşaqların İcma Əsaslı Sağlamlıq Mərkəzinin və Murdok Uşaq Tədqiqatları İnstitutunun Direktoru.