“Yox”dan kənara çıxmaq

Leyli Salayeva Azərbaycanın Bakı şəhərindən olan yazıçı və tamaşalar yazan şairədir

Leyli Salayeva
12 Noyabr 2019

Leyli Salayeva Azərbaycanın Bakı şəhərindən olan yazıçı və tamaşalar yazan şairədir. O, mükafat qazanmış uşaq kitabları olan “Dilbər” və “Onun qaşıq dolu səyahəti”, ingilis dilində iki poeziya kitabı “On iki, on üç” (2014) və “Utopiya” (2016), rus dilində poeziya kitabı “Anabioz”un (2018) müəllifidir. O, həmçinin digər sənətkarlarla birgə incəsənət layihələrində iştirak edib. Leyli Azərbaycan Yazıçılar İttifaqı və Birləşmiş Krallığın Poeziya Cəmiyyətinin üzvüdür. 
 

“Hörmətli Leyli, 
Təqdimatınıza görə təşəkkür edirik. Təəssüf hissi ilə bildiririk ki, göndərdiyiniz təqdimatdan imtina etməklə bağlı qərar qəbul etmişik…”

Həmvətənlərimdən fərqli olaraq mən daha şerlərimi daha çox ingilis dilində yazıram. İngilis dilinə olan sevgim Xarici Dillər Universitetinə qəbul olunduqda başladı. Universitetin bir sıra müəllimləri Somerset Moem və Oskar Uayld kimi böyük müəlliflərin əsərləri vasitəsilə ingilis dilini kəşf etməkdə mənə yardımçı oldular. 

İngilis dili mənim dogma dilim olmasa da, özümə məqsəd qoydum ki, ingilis dilli dünyada nəzərə alınım və qəbul olunum. Əlbəttə, Birləşmiş Krallıq və ya ABŞ kimi böyük ingilis dilli ölkələrdə tanınmaq böyük bir çağırış idi. Bu, dogma dili ingilis dili olanlarla rəqabət aparmaq anlamına gəlirdi. Mənim qadın olduğumu nəzərə alsaq bu, ikiqat çağırış idi. Ədəbiyyat dünyasındakı mövcud gender tarazsızlığından agaham. Bu sahədə də nəşrlərin sayı, müsabiqələrin qalibləri baxımından kişlilər dominantlıq edirlər. Özünəinamın olmaması bir çox qadın yazıçı üçün problemdir. 
Mən şerlərimi BK-də ilk poeziya müsabiqəsində göndərdikdə əmin idim ki, Azərbaycandan olan qızın əsərləri jürinin diqqətindən yayınmayacaq, çünki mənim üçün xarici olan dildə yazırdım. Ancaq mən qalib gəlmədim. Daha sonra BK-də digər müsabiqəyə müraciət etdim və növbəti uğursuzluq baş verdi. Mən çox məyus idim, ancaq şerlərlə müraciət etməyə və məğlub olmağa davam etdim. 
Baş vermis bir neçə uğursuzluğu təhlil etdim və başa düşdüm ki, öz bacarıqlarımı təkmilləşdirməli və rəqabətədavamlılığımı artırmalıyam. London Jurnalistika Məktəbində poeziya kurslarına yazıldım. Məsafədən olan bu kurs mənim poeziyamın forma və məzmununa təsir etdi və mənə kömək etdi ki, silsilə tapşırıqlar və məsləhətçinin rəyləri vasitəsilə müasir poeziyanı daha yaxşı başa düşüm. 
Şerlərimin yeni tsikli “Utopiya” adlı 2-ci poeziya kitabında cəmləşdi. Bu kitabı London Kitab Festivalına təqdim etdikdə başa düşürdüm ki, böyük dünyaya qarşı digər bir müsabiqəyə qoşulmuşam. Təsəvvürünüzə gətirin ki, kitabımın həvəsləndirici mükafata layiq görülməsi ilə bağlı yaxşı xəbərin əks olunduğu elektron poçt mesajı Spam Qovluğunda məni gözləyirdi. Bu, mənim uzun müddətdir gözlədiyim uğur idi. Bir qədər sonra müxtəlif poeziya jrunallarına şerlərimlə müraciət etdim və əsərlərim BK, ABŞ və Polşada dərc olundu. 
Öz nailiyyətlərimlə qane olmadım və coğrafiyanı genişləndirməyə çalışdım. Beləliklə, Kanadada əsərlərimin dərc olunmasına qərar verdim. Bir gün Kanadada bütün əsas ədabiyyat jurnalllarını İnternetdə axtardım və onların hər birinə şerlərimdən 5 nümunə göndərdim. Ümumilikdə 10 jurnal idi. Özümdə düşünürdüm ki, hətta məni imtina etsələr belə, ən azından Kanadanın əksər ədəbiyyat jurnallarının redaktorları Azərbaycandan olan şairlə tanış olacaqlar. İlk imtina təqdimatından 4 gün sonra, ikincisi isə ad günümün ərəfəsində gəldi. Daha sonra mənim elektron poçt qutum imtina elektron poçt mesajları ilə dolub daşırdı. Hər bir imtina əvvəlkindən bir qədər də artıq incidirdi. Necə zərbəyə dözmək olar? Mən onundan doqquzuna dözdüm, ancaq nəhayət Kanadada dərc olundum. 
İndi qürurla deyə bilərəm ki, adının tələffüzü çətin olan ölkənin şairinin əsərləri əsas ingilis dilli ölkələrin ədəbiyyat jurnallarında dərc olunub. 
Qadın, çox tanınmayan ölkənin vətəndaşı olduğuna, yaxud sizin həmkarlarınızın əvvəllər bunu etmədiyinə görə maraq göstərdiyiniz sahədə addımlar atmaqdan heç vaxt qorxmayın. Öz potensialınızı artırmaq və insan kimi inkişaf etmək üçün imtinalardan dərslər öyrənin. Özünüzə “Nə üçün mən” suallarını verməyin və ya “Mən məğlubam” deməyin. İmtina məktublarına müsbət reaksiya verin, vəziyyəti təhlil edin, ondan dərs çıxarın və irəliyə doğru addımlayın. Orada haralardasa sizin üçün “bəli” var.