Liderlərin yeni nəslinin formalaşdırıması

“Azərbaycan Gənclərinə Dəstək Layihəsi” yeniyetmələrə səlahiyyətlər vermək üçün həssas icmalarda fəaliyyət göstərir

Sina Jones
12 Noyabr 2019

Liderlərin yeni nəslinin formalaşdırılması
“Azərbaycan Gənclərinə Dəstək Layihəsi” yeniyetmələrə səlahiyyətlər vermək üçün həssas icmalarda fəaliyyət göstərir. 
Sina Couns

Sərhəd xəttində yerləşən rayonlarda 30 illik münaqişənin vurduğu zərər itkinin normal vəziyyəti kimi hiss oluna bilər– itirilmiş torpaq, itirilmiş evlər, itirilmiş doğmalar. Uzaqdan gələn atəş səslərinin gündəlik əks-sədaları insanları əhatə edən qeyri-stabilliyi ağrı ilə xatırlatdıqda uşaqlıq oyunları üçün imkanlar məhduddur. Oyun meydançaları məhv olunub və köhnəlib, uzun müddətdir ki, istifadəyə yararsızdır. Bu rayonlarda yaşayan gənclər doğulandan münaqişə ilə böyüyüblər.  Hücumların yenidən baş verməsi qorxusu ilə yaşanan həyat var. Bu həyatda keçmişin ağrılı kölgələri gələcəyin parlaq arzularını məhdudlaşdırır. 
 “Bu rayonlarda gənclərin paytaxt və digər rayonlarla müqayisədə daha az imkanları var”, deyə UNICEF-in Gənclər və Yeniyetmələrin İnkişafı Proqramının mütəxəssisi Natiq Umarov izah edir. “Biz bu gənclərə kömək etmək istəyirik ki, onlar öz mühitlərini dəyişmək prosesində iştirak edə bilərlər. İstəyirik ki, bu rayonlarda gənclər öz yaşıdlarını dəstəkləsinlər, yerli dövlət qurumlarının qarşısında onlar üçün vacib olan məsələləri qaldırsınlar”. 
UNICEF bu məqsədə nail olmaq məqsədilə Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) ilə “Azərbaycanda Gənclərə Dəstək Proqramını” (AGDP) hazırlamaq üçün əməkdaşlıq edib. Bu innovativ proqram həssas qruplardan olan yeniyetmələri gəncləri narahat edən məsələləri qaldırmaq üçün yerli İcra Hakimiyyətləri ilə əməkdaşlıq etmək məqsədilə zəruri olan bacarıqlarla təmin edir.  Proqram 2018-ci ildə Tərtər, Bərdə və Goranboyda yenidən canlanmışdır. Bu 3 rayon mübahisəli Dağlıq Qarabağ ərazisi boyu təmas xəttinin sərhədində yerləşir. 
Bu layihədə ilk addım öz həmayşıdları üçün lider və dəstəkləyici şəxs ola biləcək yeniyetmələri müəyyənləşdirmək idi. Gənclərin Məşvərət Şuralarını (GMŞ) formalaşdırmaq üçün hər rayondan 20 gənc seçildi. AGDP Layihəsinin koordinatoru Çingiz Rəhmanov şuralarla işləməyin erkən mərhələlərini xatırlayır. “Onlar başlanğıcda qrupda iştirak etməyin önəmini başa düşmürdülər. Düşünürdülər ki, bu, onlara gələcəkdə daha yaxşı işlər tapmaqda kömək etmək üçündür”. 

Bu gənc liderlərə öz yeni rollarının əhəmiyyətini öyrənməkdə və öz ideyalarını yerli dövlət qurumlarına necə çatdırmaqda kömək etmək üçün AGDP potensialın gücləndirilməsi iilə bağlı təlim sessiyaları təşkil etdi. Burada mövzular icmaya xas məsələlərin geniş diapazonunu əhatə edirdi. Mövzulara mina təhlükəsizliyinin başa düşülməsi, sosial mediadan istifadə, liderlik, layihənin idarəolunması və ünsiyyət bacarıqları daxil idi. 
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) ilə əməkdaşlıq edərək, GMŞ-lər bu rayonlardakı məktəblərə səfərlər etdilər. Onlara mina riski olan ərazinin nə olduğunu başa düşmək, mina risklərinin harada ola biləcəyini bilmək və fövqəladə vəziyyətlərdə necə davranmaqda uşaq və yeniyetmələrə kömək etdilər. Bu rayonlarda şagirdlərə 5 mindən çox vəsait və kitab paylanıb. 
Bərdə rayonunda məktəb şagirdi Royal Əlisoy AGDP-nin mina təhsili üzrə təlimlərdə iştirak edib. Təlim sessiyasından bir gün sonra Royal və dostları məktəbin həyətində oynayarkən qismən torpaqla örtülmüş metal parçasını sezdilər. “Mən bu parçanı demək olar ki, hər gün görürdüm.  Ancaq o, həmin gün olduğu kimi diqqətimi cəlb etmirdi”, deyə hadisəni xatırlayan Royal izah edir. “Parçaya yaxından baxdım və gördüm ki, təlimlərdə görmüş olduğumuz mərmilərə eynilə oxşayır”. Royal təzəlikcə öyrəndiyi təhlükəsizlik protokollarına riayət etməyə başladı, sinif yoldaşlarını evakuasiya etdi və direktora bu barədə məlumat verdi. ANAMA-nın Mina Hərəkat komandası onun şübhələrini təsdiq etdi. Bu parça? partlamamış 81 mm-lik minomyot gülləsi idi. “Partlasaydı, məktəb uşaqları ciddi şəkildə zədələnə bilərdi”, o deyir. 
Şuralar daha sonra öz icmalarında gənclərə təsir edən məsələlərin müəyyənləşdirilməsi işinə başladılar. Onlar yerli dövlət qurumlarının yardımı ilə həll etmək istədikləri kiçik miqyaslı layihələr hazırladılar. Gənclərin məşvərət şurasının üzvləri və İcra Hakimiyyəti (İH) nümayəndələri arasında müntəzəm görüşlər baş tutur. Bu görüşlərdə onlar şuralar tərəfindən müəyyən olunmuş məsələləri müzakirə edirlər. Goranboy rayonundan olan 18 yaşlı Fuad bildirir:”Yeniyetmə kimi məni ən çox narahat edən məsələ o idi ki, kəndimiz Səfikürddə çöldə oynamaq üçün meydança yox idi. Düzünü desəm, ümidim yox idi ki, müraciətimizi dinləyəcəklər”. 
Ancaq İH Fuadı xoş təəccübləndirərək təklifi dinlədi, zəruri məkanı ayırdı və iki kənddə (Səfikürd və Qaramanlı) oyun sahələri yaratmaq üçün işçi qüvvəsinin yardımını təmin etdi. AGDP üzvləri rəhbərlər və işçilərlə birgə işlədilər ki, öz arzularının necə reallaşmasının birbaşa şahidi olsunlar. Proses zamanı ərazi zibillikdən təmizləndi, hasar bərpa olundu, ot əkildi və sağlamlıq qurğuları rəngləndi. “Nəticə gözlədiyimizdən tamamilə fərqli idi”, Fuad deyir. “Dostlarıma demək istəyirəm ki, öz fikirlərini ifadə etməklə bağlı tərəddüd etməsinlər. Bu, sizin və yüzlərlə gəncin həyatını dəyişdirə bilər”. 
Tərtərdə yerləşən gənclər evi öz qapılarını neçə il idi ki bağlamışdı və yeniyetmələrin toplaşması üçün mövcud deyildi. Bu rayonun GMŞ-si İH-yə yaxınlaşdı və film izləmək üçün obyektdən istifadə etməklə bağlı müraciət etdi. Onlar bilirdilər ki, bu, onların qonşu kəndlərdən olan həmyaşıdları üçün cəlb edici olacaq. Ona görə də, daha çox gəncin bu təcrübədən yararlanması üçün avtobuslar təşkil etdilər. Gənclər filmi izlədikdən sonra öz hiss və fikirlərini müzakirə etmək imkanı da əldə edirlər. 
Yeni ideyalar kəşf etmələri və onları əhatə edən dünyanı daha yaxşı dərk etmələri üçün gənclərə imkanların yaradılması AGDP-nin işinin özəyini təşkil edir. Bu, iştirakçılar arasında düşüncə tərzinin daramatik şəkildə dəyişməsini təmin edir. 21 yaşlı GMŞ üzvü Elmin hazırda Tərtərin məcburi köçkünlər üçün nəzərdə tutulmuş qəsəbəsində yaşayır. O, təcrübəsini bizimlə belə bölüşür:”Bura mənim üçün asanlıqla sözümü deyə biləcəyim və başqaları tərəfindən hörmətlə eşidilə biləcəyim ilk yerdir. Bu, məni çox güclü edir. İndi mən daxilimdə sonsuz güc hiss edirəm”. 
Bərdədə Gənclərin Məşvərət Şurası hesab edirdi ki, onların kitabları müzakir etmək, intellektual oyunlar oynamaq və bir-birlərini dinləmək üçün toplaşa biləcəkləri təhlükəsiz bir məkan yaratmağa çox ehtiyacları var. Onlar kollecdə Kitab Evi kimi istifadə etmək üçün otaq istədilər.  
Kitab Evi hazırda təkcə gənclər üçün deyil, onların valideynləri və müəllimlər üçün də bir məkana çevrilib. “Bu, çox unikal şeydir. Şagirdlər çox sevinirlər ki, müəllimlər onlarla fərdlər kimi danışır, onları dinləyirlər. Bu, çox özəl hissdir”, deyə cənab Rəhmanov izah edir. GMŞ üzvləri məkandan intellektual oyunlar təşkil etmək və gənclərlə əlaqəli mövzuları müzakirə etmək üçün məkan kimi istifadə edirlər. Onlar Kitab Evindən istifadəni təbliğ etmək üçün yerli məkanlara səfərlər edir və icma ətrafında daha çox gənc cəlb edirlər. 
 “Liderlik bacarıqlarını təkmilləşdirdikdən sonra onların çox gözəl fikirləri olur,” deyə cənab Rəhmanov qeyd edir. O, işlədiyi gənclərdən yaşca heç də çox böyük deyil. Son il ərzində gənclərin nə qədər inkişaf etdiklərini düşündükcə, bir ata qüruru ilə şəfəq saçır.”Onların böyük ürəkləri var, ancaq onlar bunu qrupa göstərmək və təqdim etməyi öyrənmək üçün yardıma ehtiyac duyurlar. Bu, gördüyümüz işin ən çətin hissəsidir”.  
AGDP-nin uğuru əsasında UNICEF proqramı daha beş rayona genişləndirməyi planlaşdırır. “Biz elə bir nöqtəyə çatmaq istəyirik ki, gənclər yerli hakimiyyət orqanları tərəfindən real və çox güdrətli resurs kimi düşünülsün. Düşünürəm ki, bu layihə vasitəsilə biz ora çatacayıq”, deyə cənab Umarov qeyd edir.