Azərbaycandakı Məktəbəqədər Təhsil Mərkəzləri: idrakın, dostluğun və icmaların inkişafı platforması

Bazar ertəsi səhər Bakıdan cəmi yarım saatlıq məsafədə yerləşən Hövsan qəsəbəsindəki 280 nömrəli məktəbin sinif otağında.

Elaine Holder
Educator playing with children at the Early Learning Centre.
UNICEF Azerbaijan/Bell/2018
04 Oktyabr 2018

Bazar ertəsi səhər Bakıdan cəmi yarım saatlıq məsafədə yerləşən Hövsan qəsəbəsindəki 280 nömrəli məktəbin sinif otağıdır. Dərs, müəllim və uşaqların bir dairədə bir-birlərini salamlamaları ilə başlayır. Bunun adi məktəblilərdən ibarət sinif olduğunu düşünməklə səhv etmək olar. Şagirdlər isə 3 ilə 5 yaş arasında olan məktəbəqədər uşaqlardır. Bu sinif, Təhsil İnstitutu tərəfindən UNICEF ilə birlikdə hazırladığı Məktəbəqədər Təhsil Mərkəzi adlı yeni təşəbbüsün bir hissəsidir.

Məktəbəqədər Təhsil Mərkəzi uşağın intellektual, sosial və emosional inkişafına köməkçi olaraq strukturlu, lakin oyun-əsaslı təlim mühiti təmin edir. Samayə Mədətova, proqram başlayandan gündən etibarən məktəbəqədər uşaqlara dərs deyir. O, proqramın uşaqların inkişafına verəcəyi təsirə çox müsbət baxır: "Düşünürəm ki, bu, çox gözəl bir layihədir, uşaqlar burada təhsil almağa başlayacaq və bu onları ibtidai məktəbə hazırlayacaqdır." 2017-ci ilin oktryabrında 50 mərkəzlə başlayan proqram, 1-5 yaşlı uşaqların yalnız 16,7% məktəbəqədər təhsilə cəlb olunduğu ölkədə 2018-ci ildə əlavə 50 mərkəzə qədər genişlənmişdir.

Səmaya Mədətova həmçinin deyir ki, "şagirdlər digər uşaqlar və böyüklərlə də görüşmək imkanı qazanırlar. Bu, onlara fikirlərini daha pozitiv və konstruktiv şəkildə çatdırmaqda kömək edir." 

Uşaqlar Məktəbəqədər Təhsil Mərkəzində həyatində oynayırlar.
UNICEF Azerbaijan/Bell/2018
Uşaqlar Məktəbəqədər Təhsil Mərkəzində həyatində oynayırlar.

Proqramda iştirak edən müəllimlər Təhsil Nazirliyi tərəfindən seçilmiş və xüsusi hazırlanmış məktəbəqədər təhsil proqramında iştirak etmişlər. Vəfa Şükürova bu layihəyə seçilməmişdən əvvəl Azərbaycan dili və ədəbiyyat müəlliməsi idi. “Əvvəlcə ehtiyyatlanırdım, amma burdakı təcrübəm çox maraqlıdı. Bu çox vacib proqramdır və uşaqların bu şəkildə inkişaf etmələrinə kömək etməkdən çox məmnunam” deyir.

Şagirdlər həftədə iki dəfə iki saatlıq dərs üçün məktəbəqədər proqramda iştirak edirlər. Elnarə Əliyeva və qızı Nuray Hovsandakı ibtidai məktəbdə yerləşən Məktəbəqədər Təhsil Mərkəzinə bir saat yol gəlirlər. “Ümumilikdə gün ərzində dörd saat vaxtımız gedir, lakin sərf olunan vaxt və səylərə dəyər. Uşağım burada çox şey öyrənir, onu evdə eyni səviyyədə inkişaf etdirə bilmərəm."

Məktəbəqədər Təhsil Mərkəzində oyun sessiyası.
UNICEF Azerbaijan/Bell/2018
Məktəbəqədər Təhsil Mərkəzində oyun sessiyası.

Məktəbəqədər Təhsil Mərkəzinə uşaqlarını gətirən valideynlər arasında keçirlən sorğuda iştirak edən hər bir valideyn, proqramda iştiraka başladığı gündən bəri uşağının dilinin və sosial bacarıqlarının necə inkişaf etdiyini qeyd etmişdi. Samirə Heydərovanın qızının inkişafı ilə əlaqədar bunları söyləyir: “Danışmağa çox gec, artıq 3 yaşı olanda ikən başladı. Onu uşaq bağçasına göndərə bilmədik, buna görə də məktəbəqədər təhsil almaq fürsəti bizim üçün çox vacibdi. Onun nitqi kəskin şəkildə yaxşılaşdı və indi dayanmadan danışır." Aygün Hacıyeva, proqrama qoşulması nəticəsində oğlu Nihatın başqaları ilə necə ünsiyyət qurduğunu izah edir. “Uşağım utancaq və əsəbi idi. Bu onun üçün psixoloji reabilitasiya kimidir, onun rifahına müsbət təsir göstərmişdir. Digər uşaqlar ilə vaxt keçirir və dərsin sonunda evə getmək istəmir.”

Bəzi uşaqlar tez uyğunlaşırlar, amma başqaları üçün valideynlərinin ən azı bir müddət iştirak etmələrinə ehtiyac duyurlar - buna görə valideynlər dərs zamanı qalıb, gözləyə bilərlər. Analardan biri “Mən sinifdə oturmağı xoşlayıram! Mən də nə isə öyrənə bilərəm, məsələn, ölkəmiz və ətraf mühit haqqında. Evdə uşaqlarımıza kömək etmək üçün də faydalı məsləhətlər ala bilərik." Səmayə Mədətova izah etdiyi kimi müəllimlər dərs vaxtının bir hissəsini valideynlərə uşağın inkişafı metodları ilə bağlı məsləhət verirlər. "Biz valideynlərə evdə uşaqlarının inkişafına necə kömək edə biləcəkləri barədə təlim veririk. Qaydalar qurmaq və övladları ilə səmərəli qarşılıqlı əlaqə yaratmaq üçün alternativ yolları tövsiyə edir və mərkəzdə öyrəndiklərini evdə davam etdirmələri üçün onlara kiçik vəzifələr də veririk.”

“Xidmət və məlumat əldə etmək imkanının məhdud və bir çox ailələrin sosial-iqtisadi vəziyyətinin aşağı olduğu kənd yerlərində uşaq inkişafı üçün mühit heç də çox əlverişli deyil. Məktəbəqədər uşaqların, istər mədəni, istərsə də sosial baxımdan hər hansı bir inkişaf prosesinə cəlb olunma imkanları məhduddur. Bu uşaqlara çıxış əldə etməkdə bir yol tapmağımız bizim üçün çox vacib idi" UNICEF-inTəhsil Mütəxəssisi Leyla Hassanova deyir.

Uşaqlar, Bakı şəhəri, Hovsan kəndindəki Məktəbəqədr Təhsil Mərkəzində ənənəvi Azərbaycan oyununu oynayırlar.
UNICEF Azerbaijan/Bell/2018
Uşaqlar, Bakı şəhəri, Hovsan kəndindəki Məktəbəqədr Təhsil Mərkəzində ənənəvi Azərbaycan oyununu oynayırlar.

Hövsandakı Məktəbəqədr Təhsil Mərkəzin bir çox valideyn üçün sosial bir mərkəzə çevrilib. Uşaqları məktəbəqədər proqrama gətirmək valideynlərə başqaları ilə ünsiyyət və şəbəkə qurmaq şansı verir. Anaların çoxu evdən və ailədən kənar bir ictimai həyatının olmadığını etiraf edir. Aygün Əliyeva deyir: “Çoxumuz evdarıq və evdən kənar bir işimiz yoxdu. Uşaqlarımız, Məktəbəqədr Təhsil Mərkəzində özlərinə dost qazandırlar və biz də bunu etdik."

Dəstəkləyici bir cəmiyyət mədəniyyətinin yaradılması, şəxsi dostluqdan əlavə faydalara malikdir: "Yerli icmaları stimullaşdırmaq, insanları ətraflarında baş verənlərə görə daha çox məsuliyyətə cəlb etmək üçün yaxşı bir yoldur," digər bölgələrdəki icmaları cəlb etmək üçün sözügedən proqramın potensialı izah edən Leyla Həsənova qeyd edir.

Proqrama yerli icmalar tərəfindən böyük maraq və tələbat olmuşdur. Bununla belə, hazırda təmin edilə biləcəyindən daha böyük bir tələb var. Kənd yerlərində uşaqların yalnız 16 faizi məktəbəqədər təhsil almaq imkanına malikdir, Bakıda isə bu göstərici 37 faizdən xeyli yuxarıdır. “Ümid edirkəm ki, bir neçə ildən sonra mərkəzlərin sayının xeyli artması barədə danışa bilərik. Ümidvaram, bu rəqəmi ən azı iki dəfə və ya üç dəfə artıra bilərik," deyir.

Təhsil Nazirliyi, UNICEF tərəfindən dəstəklənən 50 icma əsaslı Məktəbəqədr Təhsil Mərkəzində təcrübələrini gücləndirməyə davam edəcək. Bundan əlavə, Hökumət, dövlət büdcəsi, Avropa İttifaqı və UNICEF tərəfindən maliyyələşdirilən əlavə 50 mərkəz yaradacaq.