Ana südü: Azərbaycanda anemiyanı aradan qaldırmağın yolu

UNICEF-in hesablamalırna əsasən, anaların yalnız 12%-nin körpələri həyatın ən azı ilk 6 ayı ərzində eksklüziv ana südü ilə qidalandırır.

Jenna Fite
A baby sleeping in her mother`s arms.
UNICEF Azerbaijan/Pirozzi/2011
03 Avqust 2018

Bir az çay və təzə xurma verdikdən sonra Sultanat Zülfüqarova yanımda divanda oturur. Xoş qonaq qəbul etməyi var; üzü yumşaq qəhvəyi qıvrımlarla tamamlanır və qəşəng bir eynək taxır. Üç uşağının ən kiçiyi əlində kitabla aramızda əylənir. UNICEF-in hesablamalırna əsasən, anaların yalnız 12%-nin körpələri həyatın ən azı ilk 6 ayı ərzində eksklüziv ana südü ilə qidalandıran ölkədə Sultanat üç uşağının hər birinə ana südü verə bilmişdi.

Azərbaycanda ana südü ilə qidalanma göstəricisinin aşağı olması, anemiyadan əziyyət çəkən qadınların və uşaqların bədəndə oksigen daşımaq üçün kifayət qədər qırmızı qan hüceyrələrinin olmaması halında baş verən yüksək faizlə əlaqədardır. Uşaqlar arasında anemiya halları onların böyüməsinə və inkişafına mənfi təsir göstərir və öyrənmə və idrak pozğunluqlara səbəb ola bilər. Tədqiqatlar, keyfiyyətsiz qidalanma və körpələrin rasionunda ana südünün olmamasının aparıcı səbəb olduğunu göstərir. İnsan südü körpələr üçün asanlıqla həzm oluna bilən dəmirlə bərabər körpələrə bakteriya və viruslardan qorunmaqda kömək edən zəruri vitaminlər, qida maddələri və antikorlara malikdir. Ana südü, Azərbaycanda geniş yayılmış anemiya probleminin həlli və ümumiyyətlə uşaqların sağlamlığının yaxşılaşdırılması üçün vasitədir.

Sultanat ana südünün faydalarını yaxşı bilirdi və bu, uşaqlarına yalnız ana südü vermək qərarının əsasını təşkil etdi. Onun ana südü ilə bağlı məlumatı xaricdə, usage Londonda dünyaya gətirməsindən və bu mövzuda öz biliklərini artırmaq əzmindən irəli gəlir. Londonda xəstəxanada çox sayda dəstəyi olduğunu izah etdi. Laktasiya məsləhətçilərinə və ana südü ilə qidalandıran həmyaşıdlara müraciət etmək, ana südü ilə qidalandırmağa başlamağa kömək etdi və xəstəxanadan evə mövzu ilə əlaqədar təhsil materialları buraxılmışdı. O, Londondan çəhrayi rəngli eynək taxaraq Bakıya getməsini təsvir etdi. Aldığı dəstəyi və biliklərin Azərbaycanda standart olmadığına çox təəcüblənmişdi. "Mən burada eyni olacağını düşündüm, ancaq xüsusilə tibb işçilərinin hərəkətlərindən şok oldum. Ana südü ilə qidalanmanın faydası haqqında tamamilə bixəbər olan bir neçə pediatrla rastlaşdım" deyir.

O, ana südü alan körpələrdə nadir hallarda, lakin normal hal olan yaşımtıl nəcis səbəbindən həkimlərdən birinin Sultanatın üç aylıq oğlunu dərmanla müalicə etmək istədiyi bir hadisəni təsvir edir. Sultanat, instinktlərinə və körpəsinin normal vəziyyətdə olduğuna dair öz bilyinə güvənərək, tövsiyələrə və reseptə riayət etməmək qərarını verdi. Ancaq həkimin tövsiyəsinə qarşı çıxmaq, xüsusən sıravi hal olanı bilməyən yeni bir ana üçün qorxulu ola bilər. Sultanat bu halların analar üçün kifayət qədər həyacanlı olduğu deyir, "təzə ana olmuş qadına "kifayət qədər südün var? "kimi sual belə onu çaşdırmaq üçün kifayətdir."

Bu təcrübələr Sultanatın ana südü ilə qidalandıran həmyaşıd məsləhəti sahəsində sertifikat almağa və Azərbaycanda analara kömək məqsədi ilə Çox Əhəmiyyətli Körpə (vib.az) veb saytını açmasına səbəb olur. Bu, 6 il əvvəl bu mövzu üzrə istifadəyə verilən ilk veb sayt idi və Azərbaycanda ana südü ilə əlaqəli yeganə veb sayt olaraq qalır. Veb saytla əlaqələndirilən Facebook qrupu yeni analarla daha təcrübəli analar arasında dəstək üçün əlaqə qurmaqda kömək edir. Həmin səhifə üzərindən onlar, ana südü ilə əlaqədar suallarını rusdilli mütəxəssislərə ünvanladıra bilərlər. Bu vacib bir mənbədi və düzgün istiqamətdə atılan bir addımdır, lakin Azərbaycanda ana südü ilə qidalanma vektorunu yenidən yönləndirmək üçün kifayət deyil.

Azərbaycanda ana südü ilə qidalanma mədəni şəkildə qəbul olunsa da və bir çox azərbaycanlı qadın övladlarını ana südü ilə qidalandırmaq istəsə də, bu məqsədə effektiv şəkildə nail olmaq kifayət qədər resurs mövcud deyil. Azərbaycan qadınları ana südü ilə qidalandırmağı özləri və ailələri üçün müxtəlif səbəblərdən faydalı hesab edir: bahalı süni yeməklərə xərclənən pula qənaət etməkdən körpəsi ilə əlaqə qurmağa qədər, lakin dərin biliklər almayan səhiyyə işçiləri, ana südü aid ana dilində az sayda material, səhiyyə işçiləri və ailə üzvləri arasında gəzən yanlış məlumatlar bu problemin dərinləşməsinə təsir edən bəzi amillərdir. Qadınlardan biri deyir ki, pediatr, körpənin yaşadığı hər hansı bir problemə, məsələn, körpələr üçün normal hesab olunan gecə oyanmalara görə də ana südü ilə qidalanmağı günahlandırırdı. Həkim anada kifayət qədər südün olmadığını düşünüb, körpənin çəki artımının bir o qədər yaxşı olmadığını söyləmişdi: "pediatr, ana südü ilə qidalanan və süni yemək alan körpələr üçün fərqli böyümə qrafiklərinin olduğunu da bilmirdi." İnara Vəliyeva oxşar problemlərlə qarşılaşmışdı, "ana südü vermək burada olduqca çətin bir problemdir, çünki hər kəs, körpə 2-3 aylıq olanda ona meyvə suyunun lazım olduğunu deyir. Körpə hər dəfə ağlayanda onun ac olduğunu güman edirlər və ola bilsin ki, südünüz azdır, buna görə də süni yemək əlavə etmək lazımdır deyirlər. "

Dr. Qlenn Laverak, ictimai səhiyyə kampaniyalarında ixtisaslaşan ictimai səhiyyə üzrə məsləhətçidir. Bu problemi həll etmək və Azərbaycanda eksklüziv ana südü ilə qidalanma göstəricilərini yaxşılaşdırmaq üçün UNICEF ilə əməkdaşlıq edir. Tədqiqatları ilə o, ana südü ilə qidalanma nisbətinin aşağı olmasına səbəb olan bir neçə əsas amili müəyyənləşdirmiş və bunların arasında səhiyyə müəssisələrində verilən ana südü ilə əlaqədar verilən müxtəlif məsləhətlər heç də sonunce yerdə deyil. Eksklüziv ana südü ilə qidalanma ilə bağlı dəqiq, xüsusi biliklər verən bütün səhiyyə müəssisələrinin standart iş prosedurlarının yenidən baxılmasına ehtiyac olduğunu düşünür. "Hamı bunu bir təcrübə kimi qəbul etməsi səbəbindən Azərbaycanda ana südü ilə qidalanmanın təşviqi problem deyil" deyə izah edir. Mütəxəssisin fikrinə əsasən, problem doğuran məsələ - anaların, ailə üzvlərinin və səhiyyə işçiləri arasında eksklüziv ana südü qidalandırmanın müddətinə təsir göstərən amillər barədə anlaşılmazlığın olmasıdır.

"Anemiya səviyyəsini azaltmaq və uşaqlarda anemiyanın azalmasına töhfə vermək, ilk 6 ay ərzində yalnız ana südü ilə qidalandırmaq UNICEF-in prioritetidir. Məsələ bundadır"

deyə doktor Laverak bildirir.

Doktor Laverak, doğum şöbələrini tərk edən anaların 90-95%-nin köroəsinə ana südü ilə verəcəyinə inanır. Bu göstəricinin təxminən 12%-ə qədər düşməsi, körpənin həyatının ilk 2-3 ayında baş verir. İşdə və ya universitetdə olmaq tələbi ananın körpədən uzaq olması və körpənin bu müddət ərzində yemək yeməsi deməkdir. Doktor Laverak analarla görüşlərində onların soruşduqları əsas suallardan birinin ana südünün həcmi, saxlanması və təkrar istifadəsi ilə bağlı idi. "Müşahidələrimiz göstərir ki, analar arasında ana südünün həcmi, saxlanması və təkrar istifadəsi haqqında bilik olduqca azdır. Ancaq burada anaların südü yığması və təkrar istifadə etməmələri üçün heç bir mədəni maneə yoxdur, bu sadəcə Səhiyyə Mərkəzləri tərəfindən tətbiq və təşviq edilmir.” Buna görə ailələr, süni qida və ya meyvə suyu əlavə edir, və hətta bərk yeməkləri vaxtından əvvəl verir. Süni qidalar rahatdır, çünki anadan başqa digər şəxs körpəni yedizdirə bilər. Ancaq ana ana südü ilə qidalandırma vaxtını qaçırdıqda, südün ifraz səviyyəsi azalır və həcmi azalmağa başlayır. UNICEF apardığı iş çərçivəsində, Dr. Laverak, analar və ailələr arasında bu biliklərin geniş yayılmasına kömək edəcəyinə ümid edərək, deyir: "Qadınları səlahiyyətləndirmək və qadınlara öz bədənlərinə və həyatlarına nəzarət etmələrinə kömək etmək üçün bəzi real praktik həllər tapmaq istəyirik."

2014-cü ildən etibarən Azərbaycanda işləyən və müvafiq sertifikata malik Laktasiya Məsləhətçisi Kristin Roberts də ana südü ilə qidalanma nisbətinin aşağı olmasına əhəmiyyətli bir rolun səhiyyə işçiləri, həm də analar arasında ana südü ilə qidalanma mövzusunda təhsilin zəif olmasını görür. O, tibbi personalın analara verdiyi çox sayda yalnış məlumatlar haqqında eşidir, və sözsüz ki, qadınların çoxu həkim tövsiyələrini mübahisələndirməkdən və ya müəyyən bir qida növü barədə fikir bildirməkdən çəkinirlər. Analara, yeni doğulmuş körpələrini ilk dəfə ana südü ilə qidalandırmaq üçün ən yaxşı vaxtın doğuşdan dərhal sonra olmasını və bu baş verməzdən əvvəl bütün müdaxilələrin təxirə salınmağını öyrədir. Doğum evində olduğu müddətdə körpənin ananın yanında olması da ana südü ilə əlaqəni inkişaf etdirir, lakin xəstəxana işçiləri buna çox vaxt icazə vermirlər. "Mən bu anaları özləri və körpələri üçün bu mühüm məsələni müdafiə etmələrinə çağırıram. Lakin, mədəni normalara görə nüfuzla şəxsə qarşı çıxmaq təhqiramiz və ayıbdı, və bir nəfərin bütün sistemə qarşı mübarizə etməsi qeyri-adi haldı."

Azərbaycanda işlədiyi müddət ərzində Kristin, bir çox həkimin ana südü ilə əlaqədar yetkil fikirə malik olmadığının şahidi olmuşdu. Ana südünün sağlamlıq üçün vacib olmasına inansalar da, qarşılaşdıqları çətinliklərlə analara necə dəstək olacaqlarını bilmirlər. Kristin, ananın hər hansı bir şübhəsi və ya ana südü ilə qidalanma problemi olduğu halda, "həkim yalnız həll yolu kimi süni qidanın verilməsini təklif edəcəyini" deyir. Doğuşdan sonrakı ilk saatlarda və ya günlərdə xəstəxana işçiləri analara ana südü verməyə kömək etmədiyini və bir çox xəstəxanada analar üçün nasoslarının olmaması və ya körpələr üçün südün əl ilə necə sığmasına dair biliklərin verilməməsini vurğulayır. Ana südü və/və ya təzə südü necə yığmağı bilmədən xəstəxananı tərk etmək problemlərin yaranmasına səbəb olur. "Təcrübəmdə, qadınlar müvəqqəti rahatlıq və ya başqa səbəbə görə [sünu qida] şüşəsi verəcək və bu, onlarda ana südü ilə qidalandırmağı tamamilə heçə endirə bilər."
Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Pediatriya kafedrasının dosenti Nigar Hacıyeva doğuşdan dərhal sonra ana südü ilə qidalanmanın gecikməsini Azərbaycanda ana südü ilə qidalanma nisbətinin aşağı düşməsini şərtləndirən əsas problemlərdən biri hesab edir. "Bu kimi təcrübələr uşağı əmizdirməyi çətinləşdirir, çünki körpə süni qidanı daddıqdan sonra onu ana südü ilə qidalandırmağa inandırmaq çətin olur." Beləliklə, əsas məsələlərdən biri, doğum şöbələrində düzgün qidalanma təcrübəsinin tətbiq edilməməsidir. Nadir sayda ana uşağın dünyaya gəlməsinə yaxşı hazırlaşır və ana südü ilə qidalandırmanın vacibliyini bilir. Nigarın özü, körpələr üçün ana südünün əhəmiyyətini vurğulayaraq, bunun 2 yaşa qədər uşaqlar üçün ən qidalı qida mənbəyi olduğunu düşünür.

Aydındır ki, ana südü ilə qidalanma həm səhiyyə işçiləri, həm də ailələr üçün lazımdır. Azərbaycanda anemiyanın azaldılması və uşaqların ümumi sağlamlığının yaxşılaşdırılması üçün anaların və səhiyyə xidmətləri təminatçılarının təhsilli və məlumatlı olması bu məqsədə yaxınlaşmaqda bir zəmin yaratmağa kömək edəcəkdir. Bu, Dr. Laverakın qeyd etdiyi kimi, tibb müəssisələrinin və səhiyyə xidmətləri təminatçılarının fəaliyyət göstərə biləcəyi standart əməliyyat prosedurlarını yaratmaq deməkdir. Eynisi ilə, anaların uşağının sağlamlığını və rifahını nəzarətdə saxlamaları üçün əlçatan təhsil resursların olması vacibdir. Ana südü üçün nasosların mövcudluğu və əlverişliliyi və onlardan düzgün istifadə edilməsi və insan südünün saxlanması ilə bağlı məlumat, süni qida şüşəsini təqdim etməyi daha az cazibədar edə bilər. Bütün bunlara əlavə olaraq, səhiyyə xidmətləri təminatçıları və analar arasında açıq dialoqun mövcud ola biləcəyi bir mühitin yaradılması üzərində işləmək irəliləyişlərin əldə edilməsi üçün eyni dərəcədə vacibdir.