Avropa İttifaqı və UNICEF-in Azərbaycandakı Nümayəndəliyi həssas vəziyyətdə olan uşaq və gəncləri

Avropa İttifaqı və UNICEF-in Azərbaycandakı Nümayəndəliyi həssas vəziyyətdə olan uşaq və gənclərin hüquqlarını müdafiə etmək məqsədi daşıyan 3,3 milyon Avro dəyərində birgə layihəni təqdim edib

Sina Jones
A new joint initiative between the European Union (EU) and UNICEF to protect the rights of the most vulnerable children and young people in Azerbaijan was unveiled.
UNICEF Azerbaijan/2019/Zeynalov
13 İyun 2019

Xüsusilə həssas vəziyyətdə olan uşaq və gənclərin hüquqlarını müdafiə etmək məqsədilə iyun ayının 13-də UNICEF-in və Avropa İttifaqının təqdim etdiyi və Avropa İttifaqının 3,2 milyon avro məbləğində vəsait ayırdığı yeni tərəfdaşlıq təşəbbüsü növbəti üç il ərzində səhiyyə, qidalanma, uşaqların erkən inkişafı (UEİ), inklüziv təhsil, uşaqların müdafiəsi və gənclərin inkişafı sahələrində icma və ailə-əsaslı inteqrasiyalı sosial xidmətlərin əlçatanlığını təmin etmək üçün nəzərdə tutulur.

A new joint initiative between the European Union (EU) and UNICEF to protect the rights of the most vulnerable children and young people in Azerbaijan was unveiled.
UNICEF Azerbaijan/2019/Zeynalov
A new joint initiative between the European Union (EU) and UNICEF to protect the rights of the most vulnerable children and young people in Azerbaijan was unveiled.

Belə bir tərəfdaşlıq çərçivəsində uşaqlar üçün nəzərdə tutulan proqramların milli inkişaf prioritetlərinə uyğun işlənib hazırlanması və həyata keçirilməsi işini dəstəkləmək məqsədilə vətəndaş cəmiyyəti və qeyri-hökumət təşkilatlarının rolunun gücləndirilməsinə xüsusi diqqət ayrılır. 

Bakı şəhəri 151 nömrəli tam orta məktəbdə Azərbaycanın Uşaq Paralimpiya Komitəsini təmsil edən əlilliyi olan gənc idmançıların iştirakı ilə keçirilmiş xüsusi təqdimat mərasimində nitq söyləmiş Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə komissarı Yohannes Han çıxışı zamanı yeniyetmələrə müraciət edərək qeyd edib ki, sizlərə baxarkən mən maraqlarınıza uyğun işi davam etdirmək və hər birinizə daha çox imkan yaratmaq üçün hədsiz enerji alıram.

Öz növbəsində UNICEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin yeni tərəfdaşlıq təşəbbüsünü alqışlayaraq bunları deyib: “Son zamanlar Azərbaycanda müşahidə olunan hərtərəfli sosial-iqtisadi irəliləyişlərdən bütün uşaqların və gənclərin faydalanmasını təmin etmək baxımından UNICEF və Avropa İttifaqı ortaq bir fikirə malikdir. Yeni tərəfdaşlıq çərçivəsində məqsədimiz uşaqların erkən inkişafı proqramlarından gənclərin inkişafı təşəbbüslərinədək sahələri əhatə edən keyfiyyətli xidmətləri, habelə əlilliyi olan uşaqlar üçün imkanların artırılmasını nəzərdə tutan inteqrasiyalı sosial xidmətləri daha çox uşağın, gəncin və ailənin faydalanması üçün icma daxilinə gətirməkdən ibarətdir. Uşaqlar üçün nəzərdə tutulan proqramların yerli səviyyədə həyata keçirilməsinə vətəndaş cəmiyyəti və qeyri-hökumət təşkilatlarından ibarət sektorun verdiyi töhflərin əhəmiyyətini nəzərə alaraq tərəfdaşlığımızın əsas istiqaməti bu sektorun potensialına sərmayə qoymaqdır.”

A new joint initiative between the European Union (EU) and UNICEF to protect the rights of the most vulnerable children and young people in Azerbaijan was unveiled.
UNICEF Azerbaijan/2019/Zeynalov

Yeni tərəfdaşlıq müxtəlif sektorlar üzrə milli standartların yaradılmasına, QHT-lərin və icma əsaslı təşkilatların texniki və idarəçilik potensiallarının gücləndirilməsinə, habelə milli və yerli səviyyələrdə böyük təsir gücünə malik rentabelli xidmətlərin və proqramların QHT/VCT icmasını cəlb etməklə modelləşdirilməsinə töhfə verəcək. 

Eyni zamanda, bu təşəbbüs həssas vəziyyətdə olan uşaqlara geniş çeşiddə dəstəyin ölkə miqyasında göstərilməsi istiqamətində dövlət və özəl sektorunun qurumları ilə yanaşı işləyəcək dəyərli və etibarlı “üçüncü sektor” qismində QHT/VCT icmasının mövqeyinin gücləndirilməsinə də şərait yaradacaq.

Növbəti üç il ərzində həyata keçiriləcək tərəfdaşlıq çərçivəsində nəzərdə tutulan nəticələr bunlardır: 

•    Əlilliyi olan uşaqlar da daxil olmaqla qızlar və oğlanların keyfiyyətli, inteqrasiyalı və inklüziv UEİ proqramlarına, o cümlədən səhiyyə, qidalanma, müdafiə, erkən təhsil və onların tərbiyə və inkişaf ehtiyaclarını ödəyən valideynlərin maarifləndirilməsi xidmətlərinə çıxış imkanlarının artırılması; 

•    Xüsusilə həssas vəziyyətdə olan uşaqların keyfiyyətli, inteqrasiyalı, inklüziv, uşaq yönümlü, icma əsaslı sosial xidmətlərə və uşaq müdafiəsi sistemlərinə çıxış imkanlarının inteqrasiyalı sosial xidmətlər sisteminin inkişafı çərçivəsində təmin edilməsi;

•    Gənclərin onlar üçün münasib inteqrasiyalı xidmətlərə, o cümlədən həyat bacarıqları üzrə təlimlərə, psixoloji və hüquqi məsələlər üzrə məsləhətlərə, peşə oriyentasiyası və karyera inkişafı xidmətlərinə, inkişaf strategiyaları və alətlərinin tətbiqi mexanizmlərinə, daha ixtisaslı dəstək tələb olunduqda, mütəxəssislərə istiqamətləndirmə prosedurlarına çıxış imkanlarının milli standartlara cavab verən, həmçinin gender bərabərliyini və sosial inklüziyanı təşviq edən rayon səviyyəli gənclər müəssisələrinin ölkə üzrə sistemi vasitəsilə artırılması.