Məktəblərdə COVİD-19 xəstəliyinin profilaktikası və nəzarətinə dair əsas məlumatlar və tədbirlər

UNICEF, Ümumdünya Səhiyyə Təşkilatı, Beynəlxalq Qırmızı Xaç Federasiyası tərəfindən əsas məlumatlar

About

Koronavirus (COVİD-19) xəstəliyinə yoluxma hallarının kəskin şəkildə artması ilə əlaqədar pandemiya elan edilib və virus hazırda bir çox ölkə və bölgələrə yayılıb. COVİD-19 xəstəliyinə səbəb olan virus haqqında məsələlərin çoxu hələlik naməlum qalsa da, biz bilirik ki, bu virus, yoluxmuş şəxsin öskürməsı və asqırması nəticəsində əmələ gələn tənəffüs damlaları ilə birbaşa təmas nəticəsində ötürülür. Eyni zamanda, insanlar virusla çirklənmiş səthlərə toxunmaqla, habelə üzünə, məsələn gözlərinə, burnuna, ağzına əl vurmaqla bu xəstəliyə yoluxa bilərlər. COVİD-19 xəstəliyi yayılmağa davam etdyindən bu xəstəliyə bundan sonra yoluxma hallarının qarşısını almaq, baş vermiş halların təsirini azaltmaq və nəzarət tədbirlərini dəstəkləmək məqsədi ilə icmalar tərəfindən zəruri tədbirlərin görülməsi vacibdir.

Bu baxımdan, uşaqların və təhsil müəssisələrinin qorunması xüsusi əhəmiyyət kəsb edən məsələlərdəndir. Ehtiyat tədbirləri COVİD-19 xəstəliyinin məktəblərdə potensial yayılmasının qarşısını almaq üçün zəruridir; bununla yanaşı, virusun təsirinə məruz qalması mümkün olan şagirdlərin və işçilərin stiqmatizasiyası hallarından boyun qaçırmaq üçün də mütləq diqqətli olmaq lazımdır. Yadda saxlamaq lazımdır ki, COVID-19 xəstəliyi sərhədlər, milli mənsubiyyət, sağlamlıq imkanları, yaş və cins arasında fərq qoymur. Hər zaman olduğu kimi təhsil müəssisələri hamı üçün xoş, ehtiramlı, inklüziv və dəstəkləyici mühiti təmin etdirməlidirlər. İstənilən pozuntuları minimuma endirməklə, habelə virusun təsirinə məruz qalmış şagirdləri və işçiləri ayrı-seçkilikdən qorumaqla məktəblər tərəfindən görülən tədbirlər COVİD-19 xəstəliyinin həmin şagird və işçilər tərəfindən bu müəssisələrə gətirilməsinin və yayılmasının qarşısını ala bilər.

Download document

(PDF, 544,45 KB) (PDF, 604,34 KB)