UNICEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardinin iki illik fəaliyyətinə dair müəllif məqaləsi

28 İyun 2018
UNİCEF-in Azərbaycandakı nümayəndəsi Edvard Carwardine Salyan rayonunda məktəb uşaqları ilə görüşdü.
UNICEF Azerbaijan/Zaynalov/2018
UNICEF Representative to Azerbaijan Edward Carwardine meeting school children in Salyan district.

Bakı, 28 iyun 2018. Vaxt çox sürətlə keçir - Bakıya gəldiyimdən təxminən iki il keçir, yeni bir mühitdə olmaq müsbət həyəcan yaratmış, amma tanımadığım bir abu-havaya düşdüyümü də bilirdim. Geriyə nəzər saldıqda, əlbəttə ki, daha çox inam hissi yaranıb (özümü nəzərdə tutmuram (Azərbaycan dilini öyrənmək və Azərbaycanın məşhur pomidor və yumurtadan ibarət pomidor çığırtması kimi tanınan səhər yeməyinə də hazırlamaq cəhdlərim cəhdlərim təmamilə iflasa uğrayıb)) - amma mən əlbəttə ki, Azərbaycanın uşaqlar üçün götürdüyü istiqamətə inam hiss edirəm.

Niyə? Çünki son iki il ərzində mən böyük sayda ilhamverici uşaqlar, gənclər və ailələr ilə tanış oldum - onların hər biri Prezident İlham Əliyevin Azərbaycanın inkişafının açarı kimi tanıdığı 'insan qızılının' bariz nümunəsidir.

UNICEF-in ölkədəki fəaliyyətinin əsas diqqəti uşaqlar üçün siyasətin təkmilləşdirilməsinə, uşaqlarla işləyən və onlara qayğı göstərənlər arasında texniki potensialın və biliklərin gücləndirilməsinə yönəldilsə də, bütün səylərimiz qaçılmaz olan çox mühüm dəyərə... real həyat yaşayan real uşaqlardər.

Əlilliyi olan və olmayan uşaqların birlikdə oxuduğu siniflərdə oturdum və şagird və müəllimlərin əlilliklə əlaqəli stiqma və sosial kənarlaşmanı pozmaq cəsarətinin şahidi oldum. Bu əsl insan qızıldır.

Ölkənin münaqişə bölgələrinə yaxın məskunlaşan gənc yeniyetmələr - münaqişə nəticəsində yaranan qorxu və stressi ilk dəfə yaşamış gənclər ilə söhbət etdim və onların öz icmalarına davamlı töhfə vermək üçün daha yaxşı xidmətlər və imkanlar hazırladıqlarını gördüm. Bu da insan qızıldır.

İlk dəfər məktəbə hazırlıq dərslərində iştirak edən uşaqların valideynləri ilə görüşdüm və yeni suallarla və paylaşmaq istədikləri fikirlərlə dolu dərslərdən sonra evlərinə gələn, həmyaşıdları ilə yaxşı münasibət quran, öyrənməyə can yandıran və valideynlərin iştirak etdiyi dərslərə böyük maraq göstərən uşaqları barədə həyəcanla danışdıqlarını müşahid etdim. valideynlər fəal şəkildə təşviq edirlər. Bu da insan qızıldır.

Mən əlilliyi olan gənc idmançıların valideynlərinin və məşqçilərinin yanında oturub, gənclərin qazandıqları uğurlardan danışarkən onların gözlərində sarsılmaz qüruru gördüm. Bu qürur məni "uşaqlarımızın qabiliyyətlərinə baxın və əlillikləri sizi çaşdırmasın " deyilən sadə bir ismarışdan ruhlandım. Bu da insan qızılıdı. 

Azərbaycanın uşaqları və gəncləri ölkənin ən qiymətli dəyərini təmsil edirlər. Düzgün investisiya və fürsətlərlə həmin insan qızılı, sağlamlıq və məhsuldarlıq, daha yaxşı təhsil, asılılığı azaltmaq, təhsil səviyyəsini artırmaq və sosial birliyi gücləndirməklə gələcək nəsillərin həyatını yaxşılaşdıracaq dividendlər verəcəkdir.

Bununla belə, həyat onlar üçün hələ də mücadilə olan azərbaycanlıları da görüşmüşəm. Əlilliyi olan atası və işsiz anası olan altı nəfərlik ailə, iki otaqlı bir evdə yaşayaraq hər bir çətin günün öhdəsindən gəlməyə çalışır. Və yaxud yaşadığı rayonda görünməkdən utanan və əri tərəfindən tərk edilmiş tənha ana, uşaqları ilə qohum evinə qısınıb bə daha çox təcrid vəziyyətinə düşüb. Yoxsulluq və yalnış  seçimlərin nəticəsində böyüklər əlində dəhşətli sui-istifadə və istismarlara məruz qalan yeniyetmələr.

Millətin uğurlu olmasının göstəricisi, bu cür mücadilərlə üzləşənlər üçün ədalətli bir imkanın yaradılması və onların da uğur qazanmasıdır.

Azərbaycanda həyatı ədalətli başlamaq üçün dəstəyimizə ehtiyacı olan uşaqlar və gənclər var. Hədə də evdə təshil alan və dostlarından təcrid vəziyyətdə yaşayan əlilliyi olan uşaq. Valideynləri dölün qız olduğunu bildiyindən onu heç zaman bətndən diri çıxmağa imkan vermədikləri üçün dünyaya gəlməyən qız uşağı. Kiçik bir cinayət törədən gənc, məktəbi tərk edir və nəticədə, çox böyük ehtimalla, sağ qalmaq üçün cinayətlə məşğul olmağa davam edir. Hətta yeni doğulmuş körpənin fiziki və əqli inkişafı da təhlükəsi altındadır, çünki anası ilk altı ay ərzində körpəsinə ana südü ilə qidalanmağın vacibliyini bilmir.

Lakin bunların hər biri Hökumət, parlament, yerli icra hakimiyyəti orqanları, özəl sektor və Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət və vətəndaş cəmiyyəti şəbəkələri ilə birgə səylərimiz sayəsində həll edəcəyimiz problemlərdir.

Əminəm ki, bu çətinlikləri dəf edəcəyik. Çünki son iki ildə görüşdüyüm və gördüyüm hər bir uşaqda, hər bir gəncdə, hər bir valideyndə, hər bir tibb işçisində, hər bir müəllimdə, hər bir gənc işçidə, hər bir hakimda, hər bir hüquqi yardım müşavirində, hər idman məşqçisində, hər bir rayon və ya dövlət qurumun başçısında, hər bir Parlament üzvündə və hər bir nazirdə eyni dərin bir inamla rastlaşdım - əgər birlikdə olsaq, hər bir uşağın həyata ən yaxşı başlamasına mane olan sosial maneələri həll etsək, Azərbaycan inkişafını və çiçəklənməsini davam edəcək.

Qarşıdakı illərdə əldə edə biləcəyimiz nailiyyələtləri səbirsizliklə gözləyirəm. Kim bilir, bəlkə bir gün mən də dadlı bir pomidor çığırtması bişirə bilərəm.

Media kontaktlar

Ayna Mollazadə
İctimaiyyətlə Əlaqələr və tərəfdaşlıq məsələləri üzrə mütəxəssis
UNICEF Azərbaycan

UNICEF haqqında

UNICEF həyata keçirdiyi bütün fəaliyyətlərdə uşaqların hüquqlarını və rifahını dəstəkləyir. Biz ən həssas və təcrid olunmuş vəziyyətdə olan uşaqlarla əlaqə yaratmaq üçün xüsusi səy göstərməklə, dünyanın istənilən yerindəki uşaqların maraqları naminə tərəfdaşlarımızla birgə 190 ölkədə və bölgədə bu öhdəliyi praktik olaraq həyata keçirmək üçün fəaliyyət göstəririk.   

UNICEF və onun Azərbaycandakı fəaliyyəti haqqında ətraflı məlumat üçün bu veb səhifəsini ziyarət edə bilərsiniz: www.unicef.org/azerbaijan

UNICEF-i Facebook şəbəkələrində izləyə bilərsiniz.