UNICEF-i xəbərdarlıq edir ki, zəif qidalanma dünyanın müxtəlif yerlərində uşaqların sağlamlığına ciddi mənfi təsir göstərir

Yoxsulluq, urbanizasiya, iqlim dəyişikliyi və zəif qidalanma 5 yaşına qədər 3 uşaqdan 1-nin aclığa məruz qalması ilə nəticələnir; İki yaşdan kiçik 3 uşaqdan 2-si çox zəif qidalanma şəraitində yaşayır

15 Oktyabr 2019

NYÜ YORK, 15 oktyabr 2019 – UNİCEF, bu gün uşaqlar, qida və qidalanma ilə bağlı yeni hesabatında böyük sayda uşağın zəif qidalanma və onların sağlamlığına mənfi təsir göstərən qida sistemlərinin fəsadlarından əziyyət çəkir. 

Dünyada Uşaqların Vəziyyəti 2019: Uşaqlar, qida və qidalanma üzrə araşdırma, beş yaşına çatmayan hər 3 uşağın ən azı 1-nin və ya 200 milyondan çoxunun ya qidalanmadığını və ya artıq çəkiya malikd olduğunu göstərir. Altı aydan iki yaşa qədər olan 3 uşaqdan demək olar ki, 2-si sürətlə böyüyən orqanlarını və beyinlərini dəstəkləyən qida ilə qidalanmır. Bu, onları zəif beyin inkişafı, zəif öyrənmə, zəif immunitet, infeksiyaların artması və bir çox hallarda ölüm riski altına qoyur.

UNİCEF-in icraçı direktoru Henriyetta For qeyd edir ki, "Son bir neçə onillik ərzində bütün texnoloji, mədəni və sosial irəliləyişlərə baxmayaraq, biz həqiqətən mühüm olan məsələni gözdən qaçırırıq: uşaqlar pis qidalanırsa, deməli onlar pis yaşayırlar. Milyonlarla uşaq sağlam olmayan qidalardan istifadə edir, çünki daha keyfiyyətli seçimləri yoxdur. Zəif qidalanmaya dair anlayışımızı və ona cavab tərzimizi dəyişməliyik: bu, yalnız uşaqlara kifayət qədər qidanın verilməsilə bitmir: onları keyfiyyətli qida ilə təmin etmək ən vacib məsələdir. Bu qarşımızda duran ümumi problemdir. ”

Hesabat, 21-ci əsrdə uşaqların az qidalanmasının bütün formalarına dair ən geniş qiymətləndirmə təqdim etmişdir. Bu, az qidalanmanın üçqat mənfi təsirini izah edir: beş yaşınadək uşaqlar arasında kifayət qədər qida almama, zəruri maddələrin çatışmazlığından yaranan gizli aclıq və artıq çəki. Eyni zamanda, qeyd olunur ki, hazırda dünyada:


•    149 milyon uşaq boy ləngiməsindən əziyyət çəkir və ya öz yaşı üçün alçaq boyludu 
•    50 milyon uşaq həddən artıq və ya boylarına görə çox arıqdı,
•    340 milyon uşaq - və ya hər 2-dən biri - A vitamini və dəmir kimi vacib vitamin və qida maddələrinin çatışmazlığından əziyyət çəkir;
•    40 milyon uşaq artıq çəkilidi və ya piylənmədən əziyyət çəkir.

Hesabat, zəif qidalanma və ümumiyyətlə qidalanma təcrübəsinin uşaq həyatının ilk günlərindən başlamasına dair xəbərdarlığ edir. Ana südü ilə qidalandırmaq həyatını xilas edə bilsə də, məsələn, altı aya qədər olan uşaqların yalnız 42 faizi eksklüziv olaraq ana südü ilə qidalanır və getdikcə artan sayda körpələrə süni qidalar verilir. 2008-ci ildən 2013-cü ilə qədər Braziliya, Çin və Türkiyə kimi yüksək orta gəlirli ölkələrdə süd əsaslı süni qidanın satışının artması əsasən çaşdırıcı marketinq və ana südü ilə qidalanmanı qorumaq, təşviq etmək və dəstəkləmək üçün zəif siyasət və proqramlar nəticəsində baş verir.

Hesabata əsasən, uşaqlar altı aylıq sədhə çatdıqdan sonra yumşaq və ya bərk qidalara keçməyə başlayanda, onların əksəriyyəti səhv qidalanma təcrübəsi ilə üzləşir. Dünya üzrə göstəricilərə baxsaq, altı aydan iki yaşa qədər uşaqların 45 faizinə heç bir meyvə və ya tərəvəz verilmir. Təxminən 60 faizi heç bir yumurta, süd, balıq və ya ət məhsulları yemir.

Uşaqlar böyüdükcə zərərli qidalara məruz qalmaları narahatlıq doğurur və bunun əsasında çaşdırıcı marketinq və reklam, şəhərlərdə, eyni zamanda ucqar ərazilərdə həddən artıq email olunmuş qidaların bolluğu, habelə fast food və yüksək dərəcədə şirinləşdirilmiş içkilərin kütləvi yayılması durur.

Məsələn, hesabatda qeyd olunur ki, aşağı və orta gəlirli ölkələrdə məktəbə gedən yeniyetmələrin 42 faizi gündə ən az bir dəfə qazlı şəkərli içki içir, 46 faizi isə həftədə ən azı bir dəfə fast food yeyir. Yüksək gəlirli ölkələrdə bu nisbətlər müvafiq olaraq 62 və 49 faizə bərabərdir.

Nəticədə, dünyada artıq çəkili olan və piylənmədən əziyyət çəkən uşaqların və yeniyetmələrin sayı artmaqdadır. 2000 ilə 2016-cı illər arasında 5-19 yaş arası artıq çəkili uşaqların nisbəti 1/10-na səviyyəsindən qədər demək olar ki, 1/5-ə qədər çatmışdı. 1975-ci illə müqayisədə bü gün on qat daha çox qız və on iki qat daha çox oğlan piylənmədən əziyyət çəkir. 

Hesabatda qeyd olunur ki, hər cür formada zəif qidalanmanın ən böyük yükünü yoxsul və təcrid olunmuş icmaların uşaqları və yeniyetmələri daşıyır. Yoxsul ailələrdə altı aydan iki yaşa qədər olan 5 uşaqdan yalnız 1-i sağlam böyümək üçün kifayət qədər müxtəlif qida alır. Hətta Böyük Britaniya kimi yüksək gəlirli ölkələrdə belə, yoxsul əyalətlərdə artıq çəkili uşaqların sayı varlı əyalətlərdəki artıq çəkili uşaqların sayını ikiqat üstələyir.

Hesabatda iqlimlə əlaqəli fəlakətlərin ciddi qida böhranlarına səbəb olduğu da qeyd edilir. Məsələn, quraqlıq, kənd təsərrüfatındakı zərər və itkilərin 80 faizinin səbəbkarıdır ki, bu da uşaqlar və ailələr üçün hansı qıdanın mövcud olduğunu, onun keyfiyyətini və qiymətini kəskin şəkildə dəyişdirir.

Böyüməkdə olan müxtəlif formalı zəif qidalanma problemini həll etmək üçün UNICEF hökumətlərə, özəl sektora, donorlara, valideynlərə, ailələrə və müəssisələrə uşaqların sağlam böyüməsinə kömək etmək üçün aşağıdakı tədbirlərin görülməsi üçün təcili müraciət edir:

1.    Ailələrə, uşaqlara və gənclərə sağlam və vitaminlərlə zəngin qidalar tələb etmək, o cümlədən qidalanma dair təhsili yaxşılaşdırmaq üçün və şəkər vergisi kimi öz sübutunu tapmış qanunvericilik vasitəsilə zərərli qidalara tələbatı azaltmaq üçün səlahiyyət vermək.
2.    Sağlam, rahat və əlverişli qidaların verilməsini stimullaşdırmaqla, qida tədarükçülərini uşaqlar üçün doğru olanı etməyə sövq etmək.
3.    Dəqiq və asan başa düşülən etiketləmə və sağlam olmayan qidaların marketinqi üzərində güclü nəzarət kimi özünü doğrultmuş yanaşmalardan istifadə edərək uşaqlar və yeniyetmələr üçün sağlam qida mühitini qurmaq.
4.    Bütün uşaqların qidalanma nəticələrini yaxşılaşdırmaq üçün səhiyyə, su və kanalizasiya, təhsil və sosial müdafiə kimi dəstəkləyici sistemləri səfərbər etmək.
5.    Fəaliyyəti istiqamətləndirmək və tərəqqini izləmək üçün keyfiyyətli məlumatlar və sübutlar toplamaq, təhlil və istifadə etmək.

"Sağlam qidalanma naminə mübarizədə mövqelərimizi itiririk" deyə, For davam edib. “Bu, təkbaşına qalib gələb biləcəyimiz bir döyüş deyil. Uşaqlrın qidalanmasını prioritetləşdirmək və qeyri-sağlam qidalanmanın səbəblərini aradan qaldırmaq üçün birlikdə işləmək üçün hökumətlər, özəl sektor və vətəndaş cəmiyyətinin qoşulmasına ehtiyac duyuruq."

Media kontaktlar

Ayna Mollazadə
İctimaiyyətlə Əlaqələr və tərəfdaşlıq məsələləri üzrə mütəxəssis
UNICEF Azərbaycan

UNICEF haqqında

UNICEF həyata keçirdiyi bütün fəaliyyətlərdə uşaqların hüquqlarını və rifahını dəstəkləyir. Biz ən həssas və təcrid olunmuş vəziyyətdə olan uşaqlarla əlaqə yaratmaq üçün xüsusi səy göstərməklə, dünyanın istənilən yerindəki uşaqların maraqları naminə tərəfdaşlarımızla birgə 190 ölkədə və bölgədə bu öhdəliyi praktik olaraq həyata keçirmək üçün fəaliyyət göstəririk.   

UNICEF və onun Azərbaycandakı fəaliyyəti haqqında ətraflı məlumat üçün bu veb səhifəsini ziyarət edə bilərsiniz: www.unicef.org/azerbaijan

UNICEF-i Facebook şəbəkələrində izləyə bilərsiniz.