Regional tərəfdaşlar anaların və yenidoğulmuşların daha yaxşı qidalanması üçün əsas qida məhsullarının zənginləşdirilməsinə çağırır

18 Noyabr 2019

BAKI, 9 sentyabr 2019-cu il. Avropa və Mərkəzi Asiyada mikronutriyentlərin çatışmazlığının qarşısını almaq üçün unun zənginləşdirilməsi işinin planlaşdırılması, icrası və monitorinqi üzrə regional seminar bu gün öz işinə başlayıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin tərəfdaşlığı ilə, UNİCEF və Qida Məhsullarının Zənginləşdirilməsi Təşəbbüsü (FFI) tərəfindən birgə təşkil olunan beş günlük tədbir həyata keçirilir. Bu tətbirin dəstklənməsində ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) mühüm rol oynayıb.

UNICEF-in Azərbaycandakı Nümayəndəsi Edvard Karvardin seminarın əlverişli vaxta təsadüf etdiyini qeyd edib. “Regionumuzda hər üç hamilə qadından biri qanazlığından əziyyət çəkir ki, bu da həm ananın, həm də körpənin sağlamlığına birbaşa təsir göstərir”, - deyə o qeyd edib. “Unun dəmir və digər mikronutriyentlərlə zənginləşdirilməsi qanazlığının rastgəlmə səviyyəsinin azaldılmasında özünü xərc baxımından ən səmərəli üsul kimi doğruldub”.

Təqribi hesablamalara görə, dəmir çatışmazlığı Avropa və Mərkəzi Asiya regionunda beş yaşadək uşaqların 40 faizə qədərinin sağlamlığına və rifahına mənfi təsir göstərir.

UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisinin Sağlamlıq və Qidalanma üzrə Mütəxəssisi Əmirhüseyn Yarpərvər bildirib ki, mikronutriyent çatışmazlıqlarının, o cümlədən qanazlığının aradan qaldırılması istiqamətində səylərin gücləndirilməsi Qafqaz və Mərkəzi Asiyada ictimai səhiyyə prioriteti olaraq qalır. “Mərkəzi Asiya istisna olmaqla, heç bir alt-region 2000-ci ildən bəri bu göstəriciləri aşağı sala bilməyib”, - deyə o əlavə edib.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri, cənab Qoşqar Təhməzli bildirib ki, bu gün dünya əhalisinin  üçdə bir hissəsini əhatə edən mikronutriyent çatışmazlıqlarına dəmir, vitamin A və yod çatışmazlığı səbəb olur. Bunlardan ən geniş yayılmışı isə dəmir çatışmazlığıdır. Statistikaya nəzər salsaq görərik ki, hazırda dünyada 2 milyard insan anemiyadan əziyyər çəkir. Dəmir çatışmazlığı dəmir-defisitli anemiyaların yaranmasına səbəb olur. Bu isə xüsusi həssas əhali qrupunun- qadınların sağlamlığına, dünyaya gətirdikləri uşaqlarının immun sisteminin zəif olmasına, daha çox infeksiyalara məruz qalmasına,  fiziki və intellektual inkişaflarına mənfi təsir göstərir. Hazırda ölkəmizdə bu problemlemin aradan qaldırılması böyük əhəmiyyət kəsb edir və bu istiqamətdə addımlar atılır. 
Əhali arasında geniş yayılmış vitamin və mineralların çatışmazlığının aradan qaldırılmasının effektiv üsulu qida məhsullarının zənginləşdirilməsidir (fortifikasiya). 

Agentlik sədrinin sözlərinə görə, təmsil etdiyi qurum fəaliyyətə başlayandan sonra müvafiq  qurumlarla birgə  unun zənginləşdirilməsinə dair qanun layihəsi üzərində işlər aparılıb. Hazırda bu prosses davam edir. Bugünkü tədbirin də əsas məqsədlərindən biri bu sahədə beynəlxalq təcrübəni öyrənmək, mövcud qanunvericilik bazasını təkmilləşdirmək, problemin həlli istiqamətində ictimaiyyəti lazımi səviyyədə məlumatlandırmaqdır.

“Bu regionda Türkmənistan və Özbəkistan unun zənginləşdirilməsi üzrə uzunmüddətli proqramlara malikdir, Qazaxıstan isə unun zənginləşdirilməsi sahəsində geniş təcrübəyə sahibdir”, - deyə FFİ-nin direktoru Skott C. Montqomeri bildirib. “Bu seminar təmsil olunan bütün ölkələrin unun zənginləşdirilməsindən faydalanması üçün onların potensialını gücləndirəcəkdir, çünki bu, insanların daha ağıllı, daha güclü və daha sağlam olması üçün sınaqdan çıxmış strategiyadır.” 

Media contacts

Ayna Mollazadə
İctimaiyyətlə Əlaqələr və tərəfdaşlıq məsələləri üzrə mütəxəssis
UNICEF Azərbaycan
Sarah Zimmerman
FFI Communications Coordinator

About UNICEF

UNICEF promotes the rights and wellbeing of every child, in everything we do. Together with our partners, we work in 190 countries and territories to translate that commitment into practical action, focusing special effort on reaching the most vulnerable and excluded children, to the benefit of all children, everywhere.

For more information about UNICEF and its work for children, visit www.unicef.org.

Follow UNICEF on Twitter and Facebook