Dünya üzrə müvafiq statistik rəqəmlər aşağı olsa da, Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinə qəbul edilən uşaqların sayında artım müşahidə olunur

BMT-nin Uşaq Fondunun (UNICEF-in) məktəbəqədər təhsil məsələlərinə dair ilk qlobal hesabatında dünyanın əksər ölkələri tərəfindən məktəbəqədər təhsil üçün lazımi vəsaitin ayrılmaması vurğulanır

09 Aprel 2019
A girl learns to identify numbers on her first day of school after the summer holidays, at UNICEF-supported Preschool.
UNICEF/UNI117104/Pirozzi
A girl learns to identify numbers on her first day of school after the summer holidays, at UNICEF-supported Preschool.

Nyu-York şəhəri, 9 aprel 2019-cu il – Bu gün açıqladığı hesabatda UNICEF dünyada 175 milyondan çox uşağın – məktəb yaşına çatmamış uşaqların təxminən yarısının məktəbəqədər təhsilə cəlb edilməməsi səbəbindən bu cür vacib təhsil imkanlarından kənarda qalaraq ümumi təhsil prosesinin başlanğıcından dərin bərabərsizliyə məruz qalması barədə xəbərdar etdiyi bir vaxtda, Azərbaycanda məktəbəqədər təhsil sahəsində çox müsbət irəliləyişlər müşahidə olunur. 

Bununla əlaqədar olaraq UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri cənab Edvard Karvardin qeyd etmişdir ki, son üç il ərzində Azərbaycanda məkətəbə hazırlıq proqramları ilə əhatə olunan 5 yaşlı uşaqların sayında nəzərəçarpan artım qeydə alınıb, belə ki, 2015-ci ildə 15% təşkil etmiş göstərici ötən il 75%-ə bərabər idi. Bununla yanaşı, son iki il ərzində 3-4 yaşlı uşaqları hədəfə götürmüş erkən yaş təhsili üzrə yeni təşəbbüs sayəsində ölkənin 100 icma əsaslı mərkəzində ümumilikdə 3.000 nəfərə yaxın uşaq məktəbəqədər təhsilə cəlb edilib. 

UNICEF-in dəstəyi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində məktəb yaşına çatmamış uşaqları əhatə etmək məqsədilə yeni kurikulum və tədris materialları işlənib hazırlanmışdır, habelə əlaqədar pedaqoji heyətin uşaq yönümlü tədrisi daha çox təşviq edən yeni metodologiyalar üzrə təlimləndirilməsi həyata keçirilmişdir.  

UNICEF-in “Təhsilə hazır dünya: keyfiyyətli erkən təhsilin prioritetləşdirilməsi” adlı ilk qlobal hesabatında bildirilir ki, ən azı birillik məktəbəqədər təhsilə cəlb edilmiş uşaqların ümumtəhsil məktəblərində müvəffəqiyyətlə oxuması üçün tələb olunan vacib bacarıqlarının inkişaf etdirilməsi daha çox, sinifdə qalması və təhsildən yayınması isə nisbətən az ehtimal olunduğundan bu cür uşaqlar böyüdükdən sonra yaşadıqları çəmiyyətin və ölkə iqtisadiyyatının stabilliyi və inkişafı üçün daha çox töhfə vermək iqtidarındadırlar.  

Məktəbəqədər təhsilə cəlb edilməyən uşaqlarla müqayisədə bu cür təhsil müəssisələrinə gedən uşaqlarda oxumaq və saymaq bacarıqlarının erkən mərhələdə təxminən iki dəfə tez formalaşması ehtimal olunur. Məktəbəqədər təhsil proqramlarında daha çox uşağın iştirak etdiyi ölkələrdə ibtidai təhsili uğurla başa vuran, habelə bu cür təhsilin sonunda oxumaq və saymaq kimi zəruri vərdişləri hərtərəfli qavrayan uşaqların sayı əhəmiyyətli dərəcədə çoxdur.  

Sözügedən qlobal hesabatda qeyd olunduğu kimi ev təsərrüfatlarının rifahı, anaların savadlılıq səviyyəsi və coğrafi aspektlər uşaqların məktəbəqədər təhsildə iştirak səviyyəsini müəyyən edən əsas amillər sırasında yer alır. Bununla belə, bu kontekstdə ən vacib və həlledici amil qismində yoxsulluq göstərilir.  

Cənab Karvardin bildirmişdir ki, oynamaq, düşünmək, yaratmaq, sosiallaşmaq və təhsilin əsaslarına yiyələnmək imkanı verən keyfiyyətli məktəbəqədər təhsilə cəlb edilmiş uşaqlarda ibtidai təhsili uğurla başa vurmağa, ümumtəhsil məktəblərində müvəffəqiyyətlə oxumağa, növbəti mərhələlərə keçməyə və fəal vətəndaş kimi formalaşmağa kömək göstərən bacarıqların hərtərəfli inkişaf etməsi və böyüdükdən sonra yaşadıqları çəmiyyətin və ölkə iqtisadiyyatının stabilliyi və inkişafı üçün töhfə vermək qabiliyyətinin güclü olması daha çox ehtimal edilir.  

2017-ci ildə müvafiq məlumatların mövcud olduğu dünya ölkələrində təhsilə ayrılmış büdcə vəsaitlərinin orta hesabla 6,6%-i məktəbəqədər təhsil üçün nəzərdə tutulmuşdur, bu ölkələrin təxminən 40%-də isə ümumi təhsil büdcəsindən məktəbəqədər təhsil sektoru üçün 2%-dən də az vəsait ayrılmışdır. Bundan fərqli olaraq Azərbaycanda dövlət büdcəsindən təhsil üçün ayrılmış vəsaitlərin 10%-i məktəbəqədər təhsil üçün nəzərdə tutulub.  

Cənab Karvardin qeyd etmişdir ki, Azərbaycan sabahın iqtisadiyyatı üçün işçi qüvvəsinin rəqabət qabiliyyətli olmasını təmin etməyə çalışır və ən erkən yaşdan insan kapitalının inkişafına qoyulan hər bir sərmayə bu məqsədə nail olmaq üçün çox önəmlidir. Əgər biz uşaqlarımızın qloballaşan iqtisadiyyatda uğur əldə etməsi üçün ən yaxşı imkanlar yaratmaq niyyətindəyiksə, əlaqədar vəzifəli şəxslər məktəbəqədər təhsilin prioritetləşdirilməsi və bunun üçün müvafiq resursların ayrılması istiqamətində işlərin davam etdirilməsini təmin etməlidirlər 

 

Media kontaktlar

Ayna Mollazadə
İctimaiyyətlə Əlaqələr və tərəfdaşlıq məsələləri üzrə mütəxəssis
UNICEF Azərbaycan

UNICEF haqqında

UNICEF həyata keçirdiyi bütün fəaliyyətlərdə uşaqların hüquqlarını və rifahını dəstəkləyir. Biz ən həssas və təcrid olunmuş vəziyyətdə olan uşaqlarla əlaqə yaratmaq üçün xüsusi səy göstərməklə, dünyanın istənilən yerindəki uşaqların maraqları naminə tərəfdaşlarımızla birgə 190 ölkədə və bölgədə bu öhdəliyi praktik olaraq həyata keçirmək üçün fəaliyyət göstəririk.   

UNICEF və onun Azərbaycandakı fəaliyyəti haqqında ətraflı məlumat üçün bu veb səhifəsini ziyarət edə bilərsiniz: www.unicef.org/azerbaijan

UNICEF-i Facebook şəbəkələrində izləyə bilərsiniz.