UNICEF və Ədliyyə Nazirliyi Azərbaycanda yetkinlik yaşına çatmayanların ədaletli mühakiməsi sisteminin gücləndirilməsi istiqamətində birgə fəaliyyət göstərir

13 Mart 2023

Bakı, 13 mart 2023-cü il – UNICEF-in Azərbaycandakı nümayəndəliyi və Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə Göyçay, Ağdaş, Kürdəmir, Ağsu, İsmayıllı və Şəki rayonlarının icra və probasiya məmurları və məhkəmə hakimləri üçün “Uşaqların Ədliyyəyə çıxışı”, “Uşaq yönümlü Ədliyyə” mövzusunda seminar təşkil edilmişdir.

Tədbir Uşaq Ədliyyəsi sahəsində yenilikləri təqdim etmək və məhkəmə proseslərində uşaqyönümlü ünsiyyət üzrə təlimatın tətbiqi ilə bağlı müzakirələrin aparılmasına köməklik etmişdir. Tədbirin əsas mövzularından bir neçəsi yetkinlik yaşına çatmayanların müdafiəsi və sosial-psixoloji reabilitasiyanın zəruriliyi olmuşdur.

UNICEF uşaqyönümlü ünsiyyət, psixoloqların və sosial işçilərin uşaqların ədalətli mühakiməsində iştirakçılığı və sektorlararası əməkdaşlıq vasitəsilə Azərbaycanda yetkinlik yaşına çatmayanların mühakiməsi sistemini gücləndirmək üçün öz tərəfdaşları ilə işləməyə davam etməkdədir.

 

Media contacts

Ayna Mollazadə
İctimaiyyətlə Əlaqələr və tərəfdaşlıq məsələləri üzrə mütəxəssis
UNICEF Azərbaycan

UNICEF dünyanın ən əlverişsiz məkanlarında ən talesiz uşaqlar üçün fəaliyyət göstərir. 190-dan çox ölkə və ərazidə biz hər bir uşaq üçün, hər yerdə, hamı üçün daha yaxşı bir dünya naminə çalışırıq.


UNICEF-i FacebookInstagram və Twitter-da izləyin.