UNICEF-in nümayəndələri səhiyyə sahəsində əməkdaşlıq məqsədilə Naxçıvana səfər ediblər

UNİCEF-in Nümayəndələri Naxçıvana səfər zamanı ortaq səhiyyə təşəbbüslərini araşdırıblar

17 Noyabr 2023
UNICEF visiting hospital in Nakhchivan
Nakhchivan/2023

BMT-nin Uşaq Fondunun (UNICEF) nümayəndənləri Naxçıvan Muxtar Respublikasında səfərdədir. Səhiyyə nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Samiq Sadıxovla ilkin görüşdə səhiyyə sahəsində mühüm islahatlar, o cümlədən 37 Ailə Sağlamlığı Mərkəzinin yaradılması və ən müasir “Smart Peyvənd”  sisteminin qurulması üçün görülən işlər vurğulanıb.  

Meeting with the Ministry of Health of Nakhchivan
Nakchivan/2023

İlkin səhiyyə xidmətinə göstərilən diqqət vətəndaşlara yüksək keyfiyyətli tibbi xidmət göstərmək öhdəliyini vurğulayır. Səhiyyə və Qidalanma Proqramının rəhbəri Töhfə Cəmilova Naxçıvanda islahatların sürətlə həyata keçirilməsindən və səhiyyə sahəsində yeni təşəbbüslərə açıq olmasından məmnunluğunu ifadə edərək, regionu bütün ölkə üçün potensial nümunə kimi qiymətləndirib. Səfərin məqsədi ilkin səhiyyə xidmətlərində bilik və bacarıqların artırılmasını vurğulayaraq, xüsusilə ana və uşaq sağlamlığı sahəsində əməkdaşlıq imkanlarını araşdırmaqdır. 

Görüşdən sonra nümayəndələr Naxçıvan Perinatal Mərkəzində, Naxçıvan Muxtar Respublikası Xəstəxanasında və Ordubad Ailə Sağlamlıq Mərkəzində olublar. Qeyd edək ki, UNICEF-in təlimçiləri tərəfindən həyata keçirilən və noyabrın 15-də başlayan 3 günlük təlim proqramı ilkin səhiyyə xidmətlərinin təkmilləşdirilməsi, erkən uşaqlıq dövrü inkişafı və Universal-Proqressiv Ev Ziyarəti (UPHV) modelinin tətbiqi kimi mövzuları əhatə edir. Bu təşəbbüs Naxçıvanda yeni səhiyyə modellərinin uğurla tətbiqi üçün mütəxəssisləri seçmək və onlara təlim keçmək məqsədi daşıyır. Beləliklə, bu da regionda səhiyyə xidmətlərinin gücləndirilməsi istiqamətində mühüm addımdır. 

Media contacts

UNICEF Azerbaijan

UNICEF haqqında
UNICEF gördüyü bütün işlərdə hər bir uşağın hüquqlarını və rifahını təşviq edir. Tərəfdaşlarımızla birlikdə biz bu öhdəliyi praktiki fəaliyyətə çevirmək üçün 190 ölkədə və ərazidə işləyirik və xüsusi səyləri hər yerdə bütün uşaqların xeyrinə ən həssas və təcrid olunmuş uşaqlara çatdırmağa yönəldirik.

UNICEF və onun uşaqlar üçün gördüyü işlər haqqında ətraflı məlumat üçün www.unicef.org saytına daxil olun.

Bizi Twitter, InstagramFacebook-da izləyin.