UNICEF-in Dağlıq Qarabağda və onun hüdudlarından kənarda bir aydır davam edən döyüş əməliyyatları haqqında bəyanatı

28 Oktyabr 2020

Cenevrə/Nyu-York, 28 oktyabr, 2020 - ci il. On aylıq Narin; bir yaşlı Mədinə; 8 yaşlı Aysu; 9 yaşlı Viktoriya; 13 yaşlı Şəhriyar; 13 yaşlı Artur; 14 yaşlı Fərid; 15 yaşlı Fidan; 15 yaşlı Nigar; 16 yaşlı Orxan. Bunlar Dağlıq Qarabağ münaqişəsi zonasında və onun hüdudlarından kənarda bir ay ərzində döyüş əməliyyatları nəticəsində qətlə yetirilmiş 10 uşağın adları və yaşlarıdır. 11-yaşlı oğlanın və 12 yaşlı qızın adları hələ açıqlanmayıb.

130.000-dən çox insan köçürülmüş, 76 məktəb və uşaq bağçası zədələnmiş, bir doğum evi isə raket atəşinə tutulmuşdur. Saysız-hesabsız uşaq mülki sahələrdə gündəlik raket və mərmi atəşinin yaratdığı psixoloji təsirdən əziyyət çəkməkdədir.

Uşaqlar üçün, bu, dörd həftədir davam edən döyüşlərin və riayət edilməyən üç atəşkəsin dəhşətli nəticəsidir. Bundan sonra uşaqların həyatlarını itirməməsi üçün, UNICEF, bir daha hərbi əməliyyatların dərhal və tam dayandırılmasına çağırır.

Media kontaktlar

Chulho Hyun
UNICEF-in Avropa və Orta Asiya üzrə nümayəndəliiyi (Cenevrə)
UNICEF
Telefon: +41 22 909 5286
Marixie Mercado
UNICEF Geneva
Telefon: +41 79 559 7172

UNICEF haqqında

UNICEF ən əlverişsiz şəraitdə yaşayan uşaqlara çatmaq üçün dünyanın ən çətin yerlərində işləyir. Biz 190-dan çox ölkə və ərazilərdə hər bir uşaq, hər yerdə, hər kəs üçün daha yaxşı bir dünya qurmaq məqsədilə çalışırıq,.

FacebookInstagram səhifələrimizi izləyin.