UNICEF-in Azərbaycandakı Nümayəndəsi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Sədri uşaq hüquqları təşəbbüslərini müzakirə ediblər

04 Mart 2024
Meeting between UNICEF Azerbaijan and the Chair of the State Committee for Family, Women, and Children Affairs
The State Committee for Family, Women and Children Affairs

Bugün UNICEF-in Azərbaycandakı Nümayəndəsi Dr. Saca Faruq Abdullahın Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Bahar Muradova ilə səmərəli görüşü baş tutmuşdur. 

Xanım Bahar Muradova UNICEF-in Azərbaycandakı Nümayəndəsinə səmimi təbrikini və xoş arzularını çatdırıb. 

Dr. Saca Faruq Abdullah UNICEF-in Azərbaycan Ofisi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında güclü tərəfdaşlığı və Komitənin ölkədə uşaq hüquqları gündəliyinin inkişafında aparıcı rol oynadığı mühüm təşəbbüsləri qeyd edərək, Azərbaycan Hökumətinin bu işə sadiqliyini vurğulayıb. 

Xanım Bahar Muradova Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planının icrasında əməkdaşlığın vacibliyini qeyd edib. “Biz uşaqların inkişafını əngəlləyən, onların sağlamlığına zərər verən, gələcək həyatını təhlükə altına alan maneələri aradan qaldırmalıyıq” - deyə o bildirib. 

 Qeyd edək ki, xanım Muradova, həm də Qarabağ bölgəsinə geri qayıdan insanların üzləşdiyi partlayıcı sursatlarla bağlı riskləri vurğulayıb. 

Dr. Abdullah partlayıcı sursat riski ilə bağlı narahatlığa istinad edərək bildirib ki, UNICEF-in Azərbaycan Ofisi hazırkı fəaliyyətində partlayıcı sursat riski ilə bağlı maarifləndirməni əsas prioritet hesab edir. 

 

Media contacts

UNICEF Azerbaijan

UNICEF haqqında

UNICEF dünyadakı ən həssas vəziyyətdə olan uşaqları əhatə etmək üçün dünyanın bəzi ən çətin ərazilərində fəaliyyət göstərir. Biz 190 ölkə və ərazidə fəaliyyət göstərərək, hər kəs üçün daha yaxşı gələcək naminə, hər bir yerdə hər bir uşaq üçün çalışırıq.

UNICEF və onun fəaliyyəti barədə daha ətraflı məlumat üçün: www.unicef.org

UNICEF-i TwitterFacebookInstagram və YouTube sosial şəbəkələrində izləyin.