UNICEF-in Azərbaycandakı Nümayəndəliyini rəhbəri Ağdam və Ağcabədi rayonlarında

Cənab Edvard Karvardin rayonlardakı həssas ailələrlə görüşüb

23 Dekabr 2020
UNICEF Representative to  Azerbaijan, Edward Carwardine meeting with children at the Integrated Social Services Centre.
UNICEF Azerbaijan/2020/Mammadov

UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Edvard Karvardin ötən həftə Ağdam və Ağcabədi rayonlarına səfərdə olub.

O, Ağdam rayonu İcra Hakimiyyətinin başçısı cənab Vagif Həsənov ilə böhrandan zərər çəkən ailələrə körpə və uşaqlar üçün nəzərdə tutulan xidmətlər göstərmək üçün UNICEF, TƏBİB və RİİB-in birgə təşəbbüsü çərçivəsində yaradılan xüsusi otaqlara baş çəkib. Bu otaqlarda analar və uşaqlar ilkin səhiyyə xidməti, ana südü ilə qidalandırma və erkən uşaqlıq dövrü inkişafı və qayğısı üzrə xidmətlərdən faydalana biləcəklər.

Nümayəndəliyin rəhbəri, münaqişədən zərər görən ailələrlərdəki uşaqların fiziki və psixoloji vəziyyətinin qiymətləndirilməsi və lazımi xidmətlərə yönləndirilməsi işini görən ASAN Könüllüləri ilə də görüş keçirib.

Cənab Karvardin həmçinin, Ağcabədi rayonu İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov ilə görüşüb. Onlar UNICEF və rayon icra hakimiyyətinin münaqişədən zərər çəkən ailələrə dəstək üçün birgə əməkdaşlığını müzakirə ediblər. Daha sonra cənab Karvardin, integrasiya olunmuş sosial xidmətlər mərkəzini ziyarət edib. O, hal-hazırda mərkəzdəki rehabilitasiya imkanlarından yararlanan əlilliyi olan uşaqlarla və həmçinin sosial işçilər və uşaq psixoloqları tərəfindən dəstəklənən ailələrlə görüşüb. Mərkəz, Avropa İttifaqının maliyyə dəstəyi, UNICEF və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliynin əməkdaşlığı ilə “İnteqrasiya olunmuş sosial xidmətlər modeli” layihəsi çərçivəsində yaradılıb.

Cənab Karvardin, əlilliyi olan uşaqları ilə münaqişədə yaşayış yerini müvəqqəti tərk edən ailə ilə vaxt keçirib.

Media kontaktlar

Ayna Mollazadə
İctimaiyyətlə Əlaqələr və tərəfdaşlıq məsələləri üzrə mütəxəssis
UNICEF Azərbaycan

About UNICEF

UNICEF promotes the rights and wellbeing of every child, in everything we do. Together with our partners, we work in 190 countries and territories to translate that commitment into practical action, focusing special effort on reaching the most vulnerable and excluded children, to the benefit of all children, everywhere.

For more information about UNICEF and its work for children, visit www.unicef.org.

Follow UNICEF on Twitter and Facebook