UNICEF Azərbaycanda su təhlükəsizliyini yaxşılaşdırmaq üçün tərəfdaşları ilə qüvvələrini birləşdirir

“İqlimə Dayanıqlı Su Təhlükəsizliyi Planının hazırlanması” pilot layihənin açılış görüşü keçirilib.

10 Mart 2023

10 mart 2023-ci il, Baku - Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində “İqlimə Dayanıqlı Su Təhlükəsizliyi Planının hazırlanması” pilot layihənin açılış görüşü keçirilib.

UNICEF tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihənin məqsədi su ehtiyatlarının dayanıqlı idarə edilməsi ilə bağlı seçilmiş hövzədə mənbədən istehlakçıya çatdırılanadək içməli su təchizatı sisteminin səmərəliliyinin təmin edilməsinin qiymətləndirilməsidir.

Layihə su ehtiyatlarının kəmiyyət və keyfiyyət göstəricələrin monitorinqi, əhalinin suya əlçatanlığının və suyun mənbədən istehlakçıya çatdırılmasına kimi təchizat sisteminin qiymətləndirilməsi, əhalinin sudan səmərəli istifadəsinin təşviqi məqsədilə təbliğat işlərinin aparılması, mövcud çatışmazlıqların aradan qaldırılması və sudan daha səmərəli istifadə ilə bağlı tədbirləri əhatə edəcəkdir.

Layihə çərçivəsində formalaşmış komanda seçilmiş su təchizatı sisteminin iqlimə davamlı su təhlükəsizliyi planı hazırlamaqla, su təchizatı ilə bağlı riskləri idarə etmək, gələcək su təchizatının və təhlükəsizliyinin sabitliyini təmin etmək və risklərin azaldılması üçün suyun mühafizəsi (təhlükəsizliyi) və planlaşdırılması konsepsiyası hazırlamaq kimi vərdişlərə yiyələnəcəklər.

 

Media contacts

Ayna Mollazadə
İctimaiyyətlə Əlaqələr və tərəfdaşlıq məsələləri üzrə mütəxəssis
UNICEF Azərbaycan

UNICEF haqqında


UNICEF dünyanın ən əlverişsiz məkanlarında ən talesiz uşaqlar üçün fəaliyyət göstərir. 190-dan çox ölkə və ərazidə biz hər bir uşaq üçün, hər yerdə, hamı üçün daha yaxşı bir dünya naminə çalışırıq.
UNICEF-i FacebookInstagram və Twitter-da izləyin.