UNICEF Azərbaycan və TƏBİB-in birgə əməkdaşlığı çərçivəsində vebinar təşkil olunub

04 Avqust 2023
An image of Zoom Meeting
UNICEF Azerbaijan/ 2023

Bu gün, UNICEF Azərbaycan və TƏBİB-in birgə əməkdaşlığı çərçivəsində ölkə üzrə 500-dən çox tibb işçisinin iştirak etdiyi ana südü ilə qidalanmanın dəstəklənməsi üzrə vebinar təşkil edilib.

Vebinarda Elmi-Tədqiqat Pediatriya İnstitutundan Dr. Aynur Poluxova ana və körpələr üçün ana südü ilə qidalanmanın faydaları, düzgün ana südü ilə qidalanmanın qurulması mexanizmləri və körpələrin sağlam böyüməsi və inkişafını unikal edən ana südünün xüsusiyyətləri haqqında təqdimat edib. TƏBİB-dən Şəbnəm Şalgəldiyeva “Körpə Dostu Xəstəxana Təşəbbüsü” çərçivəsində uğurlu ana südü ilə qidalanma üçün əhəmiyyətli olan 10 addımdan danışdı. UNICEF-in Sağlamlıq və Qidalanma üzrə məsləhətçisi Vəfa Ağayeva Azərbaycanda Körpə Dostu Xəstəxana Təşəbbüsünün həyata keçirilməsinin gedişi barədə məlumat verib. Daha sonra Körpə Dostu Klinikası Təşəbbüsü üzrə nəzərəçarpan nailiyyətlər əldə etmiş tibb müəssisələrindən - Lənkəran, Quba və Sumqayıt Regional Perinatal Mərkəzləri 10 Addım tətbiqi üzrə ən yaxşı təcrübələrini bölüşüblər.

Vebinarın məqsədi tibb işçilərinin diqqətini ana südü ilə qidalandırmanın əhəmiyyətinə cəlb etmək, onların bacarıqlarının artırılmasına töhfə vermək və onları öz icmalarında ana südü ilə qidalandırmağı təşviq etməyə təşviq etməkdir. 

Media contacts

UNICEF Azerbaijan

About UNICEF

UNICEF promotes the rights and wellbeing of every child, in everything we do. Together with our partners, we work in 190 countries and territories to translate that commitment into practical action, focusing special effort on reaching the most vulnerable and excluded children, to the benefit of all children, everywhere.

For more information about UNICEF and its work for children, visit www.unicef.org.

Follow UNICEF on Twitter and Facebook