UNICEF Azərbaycan Ətraf Mühitin Uşaqların Sağlamlığına Təsirinə dair Dəyirmi Masa keçirib

04 Mart 2024
The reports on Environmental Health presented in the round table
Aziz Karimov

BMT Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə iqlim dəyişikliyi və çirklənmənin( hava, su v s.) uşaq sağlamlığına təsiri ilə bağlı ilkin səhiyyə işçiləri ilə keçirilən sorğunun təhlilinə həsr olunmuş dəyirmi masa keçirilib.

Blocks
People are gathered around the table for the round-table discussion
UNICEF/2024/ Aziz Karimov

Tədbirdə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə yanaşı Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Tibb Universiteti, Azərbaycan Təhsil Nazirliyi akademik H.Əliyev Adına Coğrafiya İnstitutu,Tibb Kollecləri, həmçinin Dövlət Gömrük Komitəsinin nümayəndələri iştirak ediblər

Blocks
People are gathered around the table for the round-table discussion
UNICEF/2024/ Aziz Karimov

TƏBİB-in dəstəyi ilə 2023-cü ilin oktyabr ayında ölkəmizin müəyyən rayonarında aparılan sorğunun nəticəsi oaraq ilkin səhiyyə işçilərinin mövzu üzrə bilik, bacarıq və adaptive davranışlarının gücləndirilməsi məqsədilə bir neçə məqamlar təklif edildi. Bunlar ətraf mühit sağlamlığı üzrə ölkəmizə uyğunlaşdırılmış təlim modullarının ali və orta tibb təhsil müəssisələrində tədris proqramına inteqrasiyası, ətraf mühit sağlamlığı üzrə ilkin səhiyyə işçiləri üçün rəqəmsal platformanın tətbiqi, o cümlədən rayonlarlada ətraf mühitin sağlamlığı üzrə ilkin səhiyyə işçiləri üçün təlimlərin keçirilməsidir.

Blocks
People are gathered around the table for the round-table discussion
UNICEF/2024/Aziz Karimov

Nümayədələr dəyirmi masanın əhəmiyyətli mövzuya həsr edildiyini vurğuladılar. Onların sözlərinə görə, uşaqlarda iqlim və çirklənmə ilə bağlı xəstəliklərin qarşısının alınması, diaqnozu və müalicəsi ilə əlaqədar tibb işçilərinin bilik, bacarıq və davranışlarının inkişaf etdirilməsi uşaqları iqlim dəyişikliyinin və çirklənmənin təsirlərindən qorumağa kömək edəcəkdir.

Media contacts

UNICEF Azerbaijan

UNICEF haqqında

UNICEF dünyadakı ən həssas vəziyyətdə olan uşaqları əhatə etmək üçün dünyanın bəzi ən çətin ərazilərində fəaliyyət göstərir. Biz 190 ölkə və ərazidə fəaliyyət göstərərək, hər kəs üçün daha yaxşı gələcək naminə, hər bir yerdə hər bir uşaq üçün çalışırıq.

UNICEF və onun fəaliyyəti barədə daha ətraflı məlumat üçün: www.unicef.org

UNICEF-i TwitterFacebookInstagram və YouTube sosial şəbəkələrində izləyin.