UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə Regional Direktorunun Azərbaycana səfəri başa çatıb

UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə Regional Direktoru, Regina De Dominikis Azərbaycan Hökumətini COP29-a ev sahibliyi edəcəyinə görə təbrik edib, inklüziv, eləcə də uşaq-gənc mərkəzli iqlim siyasətinin zəruriliyini vurğulayıb.

13 Yanvar 2024
Regional Director Regina De Dominicis together with children in Azerbaijan.
UNICEF/2024/Mammad Aliyev

BAKI, Azərbaycan, 12 yanvar 2024  

UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə Regional Direktoru və Avropada Qaçqın və Miqrantların Məsələləri üzrə Xüsusi Əlaqələndiricisi Regina De Dominikisin Azərbaycana ilk rəsmi səfəri bu gün başa çatıb.

Xanım De Dominikis səfər çərçivəsində Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov və hökumət rəsmiləri, o cümlədən Səhiyyə naziri Teymur Musayev, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və Xarici İşlər naziri Ceyhun Bayramov ilə görüşüb, uşaqlara dair əsas prioritetləri müzakirə edib və UNICEF-in Azərbaycandakı bütün uşaqların keyfiyyətli müdafiə xidmətlərinə, səhiyyə, təhsil və sosial dəstəyə ədalətli çıxış imkanının təmin edilməsi istiqamətində birgə çalışmaq öhdəliyini bir daha təsdiq edib.

De Dominikis Hökumət tərəfindən uşaq hüquqlarının təşviqi istiqamətində görülmüş işləri, o cümlədən ana və uşaq sağlamlığının qorunmasına, uşaq müdafiəsi xidmətlərinə və əlilliyi olan uşaqların öz yaşıdları ilə bərabər təhsil ala bilməsini təmin etmək üçün inklüziv  məktəblərə edilmiş investisiyaları təqdir edib. De Dominikis, həmçinin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un ölkədə keçirilməsi ilə bağlı Hökumətin uğurla nəticələnmiş təklifini alqışlayıbUNICEF 

“COP29 Azərbaycan üçün iqlimlə bağlı müzakirələrin, eləcə də maliyyə məsələləri üzrə planların mərkəzində uşaqların olmasının təmin edilməsinə öncüllük etməsi baxımından misilsiz imkan yaradır.”

“Hökumətin uşaq hüquqlarının müdafiəsinə investisiyası uşaq ölümünün əhəmiyyətli dərəcədə azalması, eləcə də ən təcrid olunmuş qruplara daxil olan uşaqların keyfiyyətli inklüziv təhsilə çıxış imkanının artması ilə nəticələnib. Biz bu səylərin genişləndirilməsinə dəstək göstərərək bütün uşaqları ictimai səhiyyə xidməti, sosial müdafiə və təhsillə əhatə etmək üçün birgə çalışmağı səbirsizliklə gözləyirik”, - deyə De Dominikis bildirib.

De Dominikis  xarici işlər naziri Ceyhun Bayramov ilə görüşərək, uşaqlar üçün zəruri olan xidmətlərin iqlim dəyişikliyinin təsirlərinə davam gətirmək üçün uyğunlaşdırılmasını və gücləndirilməsini, eləcə də  uşaqların iqlim tədbirlərində fəal və əhəmiyyətli iştirakı ilə bağlı səlahiyyətləndirilməsini təmin etmək məqsədilə UNICEF-in texniki dəstək təmin edə biləcəyini diqqətə çatdırıb.

“Risklərin ən çox olduğu ərazilərdə uşaqların təhlükəsizliyini necə qorumaqla bağlı narahat olan müəllim və iki uşaq anası Röya ilə görüşdümI met with Roya, a teacher and mother of two, who is concerned about keeping children safe in the areas where risks are the highest.”

De Dominikis, həmçinin, ağır dərəcədə minalanmış ərazilərdən köçməli olmuş ailələrin uşaqları ilə görüşüb. Bu uşaqlar minalarla bağlı risklər, həmçinin özlərini digər partlayıcı qalıqlarından qorumağın yolları barədə həyati əhəmiyyətli məlumatlandırma ilə təmin olunub. UNICEF-in dəstəyi ilə həyata keçirilən proqram çərçivəsində partlayıcı sursat riski ilə bağlı maarifləndirmə (PSTM) sessiyaları barədə məlumatlandırma təlimləri ağır dərəcədə minalanmış ərazilərdə yaşayan 46,000 uşaq da daxil olmaqla, 124,000-dən çox əhalini əhatə edib.

 

“Risklərin ən çox olduğu ərazilərdə uşaqların təhlükəsizliyini necə qorumaqla bağlı narahat olan müəllim və iki uşaq anası Röya ilə görüşdüm. UNICEF bütün icmaların mina təhlükəsindən və digər partlayıcı qalıqlarından qorunmasını, eləcə də hər bir uşaq üçün təhlükəsizliyi təmin etmək üçün tərəfdaşlarını dəstəkləməyi davam etdirəcək”.

 

UNICEF 1993-cü ildən Azərbaycanda fəaliyyət göstərir və uşaqların, xüsusilə ən təcrid olunmuş qruplara daxil olan uşaqların  müdafiəsi, səhiyyə, təhsil və sosial siyasət sahələrində ehtiyaclarının qarşılanmasına yönələn proqramların hazırlanması və icrasında Hökumətə dəstək göstərir. 

Media contacts

UNICEF Azerbaijan

UNICEF haqqında

UNICEF dünyadakı ən həssas vəziyyətdə olan uşaqları əhatə etmək üçün dünyanın bəzi ən çətin ərazilərində fəaliyyət göstərir. Biz 190 ölkə və ərazidə fəaliyyət göstərərək, hər kəs üçün daha yaxşı gələcək naminə, hər bir yerdə hər bir uşaq üçün çalışırıq.

UNICEF və onun fəaliyyəti barədə daha ətraflı məlumat üçün: www.unicef.org

UNICEF-i TwitterFacebookInstagram və YouTube sosial şəbəkələrində izləyin.