RDPU Volunteers Join COVID-19 Public AwarenessRİİB könüllüləri UNİCEF-in koronavirus (COVİD-19) pandemiyası ilə bağlı ölkəmizdə həyata keçirilən maarifləndirmə layihəsinə qoşulub

05 May 2020

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycan nümayəndəliyi tərəfindən yeni növ koronavirus (COVID-19) pandemiyası ilə bağlı ölkəmizdə həyata keçirilən ictimai maarifləndirmə layihəsinə “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) könüllüləri də qoşulub.

Layihə çərçivəsində distant formada keçiriləcək vebinarda könüllülərin koronavirus infeksiyasından qorunma yolları, gigiyenik qaydalar, sosial təcrid olmanın əhəmiyyəti, karantin dövründə psixoloji dəstək, valideynlər və uşaqlar üçün faydalı məsləhətlər barədə təlimatlandirilməsi, eləcə də müxtəlif maarifləndirici materialların internet resurslarında yerləşdirilməsi və onların ölkə üzrə vətəndaşlara paylanılması həyata keçirilir.

Eyni zamanda, karantin rejimi dövründə 65 yaşdan yuxarı tənha yaşayan şəxslərə, aztəminatlı və digər həssas kateqoriyadan olan ailələrə davamlı dəstək vermək məqsədilə rəqəmsal kommunikasiya platforması yaradılacaq. Platforma vasitəsi ilə RİİB könüllüləri həmin kateqoriyadan olan insanlarla mütəmadi ünsiyyətdə olacaq və onlara müxtəlif sosial xidmətlər göstərəcək. 

Media kontaktlar

Ayna Mollazadə
İctimaiyyətlə Əlaqələr və tərəfdaşlıq məsələləri üzrə mütəxəssis
UNICEF Azərbaycan

UNICEF haqqında

UNICEF ən əlverişsiz şəraitdə yaşayan uşaqlara çatmaq üçün dünyanın ən çətin yerlərində işləyir. Biz 190-dan çox ölkə və ərazilərdə hər bir uşaq, hər yerdə, hər kəs üçün daha yaxşı bir dünya qurmaq məqsədilə çalışırıq. 

Bizi FacebookInstagramda izləyin.