Naxçıvan Muxtar Respublikasında “Ana südü ilə qidalandırmaya doğru 10 addım” mövzusunda təlimlər keçirilir.
- English
- Azərbaycanca
UNICEF-in “Körpə Dostu Klinikası Təşəbbüsü” proqramı çərçivəsində Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzdə “Ana südü ilə qidalandırmaya doğru 10 addım” mövzusunda təlimlərə başlanılıb.
Aprel ayının 2-dən 4-dək baş tutacaq təlimlərdə məqsəd ana südü ilə qidalandırmanın təşviqi, süni qida vasitələrinin, əmzikli şüşələrin və əmziklərin təbliğatının aparılmaması, ana südü ilə qidalanmanın həm körpə, həm də ana üçün əhəmiyyəti və qidalandırma zamanı yaranan çətinliklərin həlli yolları barədə həkim və orta tibb heyətinin bilik və bacarıq səviyyələrinin artırılmasından ibarətdir.
Təlimlərin açılış mərasimində çıxış edən Naxçıvan MR Perinatal Mərkəzin direktoru Ülkər Bayramova bildirib ki, ölkəmizdə uşaq hüquqları əsaslı şəkildə qorunur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2 iyun 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası”na uyğun olaraq, ölkədə, o cümlədən muxtar respublikada müvafiq tədbirlər həyata keçirilir. Respublikamızda uşaqların müdafiəsi və inkişafı, onların hüquqlarının qorunması dövlətin sosial siyasətində mühüm yer tutur.
Sonra UNICEF-in Azərbaycandakı nümayəndəliyinin Səhiyyə və qidalanma proqramının rəhbəri Töhfə Cəmilova çıxış edərək ana südü ilə qidalanmanın həm əhali arasında, həm də doğuşayardım tibb müəssisələrində geniş təşviq edilməsinin əhəmiyyətini vurğulayıb.
Media contacts
UNICEF haqqında
UNICEF dünyadakı ən həssas vəziyyətdə olan uşaqları əhatə etmək üçün dünyanın bəzi ən çətin ərazilərində fəaliyyət göstərir. Biz 190 ölkə və ərazidə fəaliyyət göstərərək, hər kəs üçün daha yaxşı gələcək naminə, hər bir yerdə hər bir uşaq üçün çalışırıq.
UNICEF və onun fəaliyyəti barədə daha ətraflı məlumat üçün: www.unicef.org
UNICEF-i Twitter, Facebook, Instagram və YouTube sosial şəbəkələrində izləyin.