Dağlıq Qarabağ münaqişəsi ilə bağlı UNICEF-in bəyanatı

17 Oktyabr 2020
Unicef logo
UNICEF

NYU-YORK və CENEVRƏ şəhərləri, 17 oktyabr 2020-ci il - Dağlıq Qarabağda və onun hüdudlarından kənarda davam edən münaqişə uşaqlara dəhşətli və qəbuledilməz şəkildə zərər vurur. Həlak olan və xəsarət alan uşaqların sayının artması ilə yanaşı, çoxlu sayda yaşayış evi və məktəb binası zədələnib və ya dağıdılıb. Həftələrdir ki, saysız-hesabsız uşaqlar və ailələr hədsiz psixoloji travmalara və əzablara dözməli olur.

UNICEF  hər iki tərəfi  oktyabrın 9-da qəbul etdikləri humanitar atəşkəs rejiminə təxirəsalınmadan əməl etməyə qətiyyətlə çağırır. Uşaqlar, ailələr və onlarla əlaqəli mülki obyektlər beynəlxalq səviyyədə qəbul edilmiş insan hüquqlarına və humanitar hüquqa uyğun qorunmalıdır. Hərbi əməliyyatların tamamilə dayandırılması bütün uşaqların ən yaxşı mənafelərinə uyğundur.

Media kontaktlar

Chulho Hyun
UNICEF-in Avropa və Orta Asiya üzrə nümayəndəliiyi (Cenevrə)
UNICEF
Telefon: +41 22 909 5286

UNICEF haqqında

UNICEF ən əlverişsiz şəraitdə yaşayan uşaqlara çatmaq üçün dünyanın ən çətin yerlərində işləyir. Biz 190-dan çox ölkə və ərazilərdə hər bir uşaq, hər yerdə, hər kəs üçün daha yaxşı bir dünya qurmaq məqsədilə çalışırıq,.

FacebookInstagram səhifələrimizi izləyin.