Bu gün dünyada 1 milyard həssas uşaq böyük risk altındadır. Dünya hərəkətə keçməsə, sabah bütün uşaqlar bu riskə məruz qalacaq. Uşaqları iqlim hərəkətinin mərkəzinə qoymağın vaxtıdır.

UNICEF-in icraçı direktoru Ketrin M. Rasselin İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panel (IPCC) AR6 Hesabatı üzrə bəyanatı

01 Mart 2022

NYU YORK, 28 fevral 2022-ci il – “Bugünkü əlamətdar İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin hesabatı qalan şübhələri aradan qaldırır: İqlim böhranı gələcəyin təhlükəsi deyil. O, buradadır, sürətlənir və getdikcə daha dağıdıcı şəkildə dünyaya təsir etməyə davam edəcək.

“Artıq iqlim böhranı hər bir qitədə demək olar ki, hər bir uşağı isti dalğaları və quraqlıqlardan siklonlara və daşqınlara, havanın çirklənməsindən vektorla ötürülən xəstəliklərə qədər daha tez-tez, intensiv və dağıdıcı iqlim təhlükələri riskinə məruz qoyub.

“Ancaq bəzi uşaqlar üçün iqlim böhranı artan riskdən daha çoxdur. Bu, həyat üçün təhlükə yaradan reallıqdır.

“UNICEF-in bu yaxınlarda dərc etdiyi Uşaqların İqlim Risk İndeksi – uşaq nöqteyi-nəzərindən iqlim və ətraf mühit riskinin ilk hərtərəfli təhlili – göstərir ki, 1 milyard uşaq ən ağır təhlükələrə, şoklara və stresslərə məruz qaldıqları son dərəcə yüksək riskli ölkələrdə yaşayır. Bu uşaqlara, onların ailələrinə və gələcəklərinə və cəmiyyətlərinə təsiri çox böyükdür.

“Bu gün dünyanın ən həssas uşaqlarının 1 milyardı risk altındadır. Sabah dünya hərəkətə keçməsə, bütün uşaqlar risk altında olacaq.

“Dəlillər təkzibedilməzdir – iqlim böhranı uşaqların böhranıdır. Bununla belə, iqlim böhranı ilə bağlı cavab planlamasında uşaqlar daim diqqətdən kənarda qalır. İqlim dəyişikliyindən ən çox təsirlənən uşaqların ehtiyaclarına investisiya qoymaq prioritet qəbul olunmur. Bir çox hallarda bu, gündəmdə belə deyil.

“Dünya iqlim dəyişikliyi və ətraf mühitin deqradasiyası kimi böyük təhlükə ilə mübarizə apararkən uşaqları diqqətdən kənarda qoymağa davam edə bilməz. Uşaqlarımızı iqlim hərəkətinin mərkəzinə qoymağın vaxtıdır.

“Hökumətlər ilk növbədə və həmişə emissiyaların ixtisarına nail olmalıdırlar. Bu, yeganə uzunmüddətli həll yolu olaraq qalır, çünki iqlimə uyğunlaşmanın məhdudiyyətləri var. Amma adambaşına düşən tullantıların ən aşağı olduğu ölkələrdə yaşayan ən həssas uşaqlara iqlim dəyişikliyinin təsirlərinə uyğunlaşmalarına kömək etmək üçün - elə indi - tədbirlər görməliyik ki, onlar sürətlə dəyişən dünyada sağ qala və inkişaf edə bilsinlər.

“Əsas uyğunlaşmaya diqqət yetirməklə, ölkələri və icmaları iqlim davamlı inkişaf yolu vasitəsilə hazırlamaq uşaqların həyatını və ailə dolanışığını qorumaq üçün ən təsirli üsuldur. Bu üsulun uşaqların iqlim riskini azaltdığı sübut edilmişdir. O, gələcəkdə gözlənilən iqlim sarsıntılarına qarşı dözümlülük yaradır. Bu, real iqtisadi fayda verir.

“Lakin bir çox ölkələrdə ya tamamilə uyğunlaşma planları yoxdur, ya da onların xüsusi və təcili ehtiyaclarını qorumayan və ya həll etməyən planları var. Bu o deməkdir ki, uşaqların əksəriyyəti hələ də müdafiəsiz və iqlim dəyişikliyinin güclənən təsirinə hazır deyillər.

“UNICEF hər bir ölkəni uşaq mərkəzli uyğunlaşmanın ən yüksək prioritet məsələ kimi bütün iqlim planlarının mərkəzi hissəsi olmasını təmin etmək öhdəliyini götürməyə çağırır.

“Uşaq mərkəzli uyğunlaşma planları və davamlılıq tədbirləri effektiv olmaq üçün uşaqların sağ qalmasını və rifahını dəstəkləyən kritik sektorları əhatə edən çoxsektorlu olmalıdır: Su və sanitariya; sağlamlıq, qidalanma və təhsil; sosial siyasət və uşaqların müdafiəsi. Onlar həmçinin resursları və diqqəti ən yoxsul icmalardan olan ən təcrid olunmuş və həssas uşaqlara çatdırmağa yönəltməlidirlər. Bu planların və tədbirlən gənclərin cəlb edilməsi və iştirakı ilə hazırlanması, həyata keçirilməsi və gənclərin ehtiyaclarının qərarlarda əks olunması eyni dərəcədə vacibdir. Nəhayət, onlar müvafiq və təcili şəkildə maliyyələşdirilməli və resursla təmin edilməlidir.

“Gənclər liderlərin iqlim böhranını məhdudlaşdırmaq üçün lazım olan dərin, kəskin tədbirlər görməsini çoxdan gözləyirlər. Gəlin onları sağ qalmalarına kömək edəcək düzgün, strateji addımlar atmağımızı gözləməyək.

Media contacts

Ayna Mollazadə
İctimaiyyətlə Əlaqələr və tərəfdaşlıq məsələləri üzrə mütəxəssis
UNICEF Azərbaycan

UNICEF haqqında

UNICEF dünyada ən həssas durumda olan uşaqlara kömək etmək məqsədilə dünyanın bir sıra ən çətin yerlərində fəaliyyət göstərir. 190 ölkə və ərazidə hər kəs üçün daha yaxşı bir dünya qurmaq üçün hər yerdə hər bir uşaq üçün çalışırıq.