Azərbaycanda yerli və qlobal səviyyələrdə iqlim dəyişikiyi ilə mübarizə fəaliyyətlərində iştirak edəcək Gənc İqlim Elçiləri təyin edilib

30 Noyabr 2023
Group photo of climate envoys
Ministry of Ecology/2023

Noyabr 24-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilmiş rəsmi mərasimdə Azərbaycanın ilk 19 iqlim fəalına və könüllüsünə “Gənc İqlim Elçisi” titulu təltif edilib.  Mərhələli seçim prosesindən keçmiş və iqlim dəyişikliyi və ətraf mühitin qorunması üzrə təlim proqramında iştirak etmiş bu gənclər iqlim gündəliyini yerli və qlobal səviyyədə təbliğ etməyə hazırlaşırlar. 

Ekologiya və Təbii Sərvətlər, Gənclər və İdman nazirlikləri və UNICEF-in birgə əməkdaşlığı ilə həyata keçirilən “Gənc İqlim Elçiləri” proqramının məqsədi  Azərbaycan gənclərinin iqlim dəyişikliyi barədə məlumatlılığının artırılması və mübarizə proseslərinə cəlb edilməsidir. 

Proqram yerli icmalardan tutmuş qlobal iqlim müzakirələrinə qədər gəncləri müxtəlif səviyyələrdə səslərini eşitdirməyə və həll yolları təklif etməyə təşviq edir. Belə ki, gənc iqlim elçilərindən ikisi 30 noyabr - 12 dekabr 2023-cü il tarixlərində Dubayda keçiriləcək 28-ci Tərəflər Konfransında Azərbaycanın rəsmi nümayəndə heyətinin tərkibində iştirak edəcək.

Leyla Hasanova presenting certificate to the climate envoy
Ministry of Ecology /2023

Ekspertlər və mentorlar tərəfindən dəstəklənən proqram gənclərin iqlim gündəliyi və ətraf mühitin mühafizəsi üzrə bilik və bacarıqlarını gücləndirəcək. Bir sıra təlim sessiyaları və seminarlardan sonra, iqlim elçiləri ölkənin müxtəlif şəhər və kənd ərazilərinə səfər edərək, digər yeniyetmələri və gəncləri iqlim tədbirləri haqqında maarifləndirəcək. Bundan əlavə, proqram gənclərin rəhbərlik etdiyi yerli icma təşəbbüsləri üçün təhsil və qrant imkanları təklif edəcək

People are discussing around the table
Ministry of Ecology/2023

“İqlim dəyişmələri dünyanın hər yerindəki uşaqların və gənclərin həyatına təsir edir”, - deyə UNICEF-in Nümayəndəsinin müavini vəzifəsini icra edən Leyla Hüseynova vurğulayıb. “UNICEF gənclərin səsini eşitdirmək və onların öz gələcəklərinə təsir edən qərar və fəaliyyətlərdə iştirak edə bilmələri üçün səlahiyyətlərinin artırılması istiqamətində çalışır. Biz iqlim tədbirləri üçün uşaq yönümlü alətlər hazırlamaq və gənc iqlim fəallarını, innovatorları və sahibkarları dəstəkləmək üçün əməkdaşlıq etməyə hazırıq”.

Enerji, texnologiya, maliyyə və hüquq kimi müxtəlif sahələrdə təhsil alan gənc elçilər dəyişikliyə nail olmaq və başqalarını daha yaşıl və dayanıqlı gələcək üçün səfərbər etmək əzmindədirlər. 

 

People are sitting around the table
Ministry of Ecology/2023

“Gənc iqlim elçisi kimi mən iqlim problemlərini həll etmək üçün qlobal əməkdaşlığın gücünə inanıram” – deyə, Gənc İqlim Elçisi, COP28-in iştirakçısı olan 19 yaşlı Oruc Bayramov deyir

Media contacts

UNICEF Azerbaijan

UNICEF haqqında
UNICEF gördüyü bütün işlərdə hər bir uşağın hüquqlarını və rifahını təşviq edir. Tərəfdaşlarımızla birlikdə biz bu öhdəliyi praktiki fəaliyyətə çevirmək üçün 190 ölkədə və ərazidə işləyirik və xüsusi səyləri hər yerdə bütün uşaqların xeyrinə ən həssas və təcrid olunmuş uşaqlara çatdırmağa yönəldirik.

UNICEF və onun uşaqlar üçün gördüyü işlər haqqında ətraflı məlumat üçün www.unicef.org saytına daxil olun.

Bizi TwitterInstagram və Facebook-da izləyin.