Azərbaycanda uşaqların sağlamlığına dair dəyirmi masa keçirilib

26 İyul 2023
People are sitting around the round table and having discussions
UNICEF/2023/Azerbaijan

BMT Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə ölkəmizdə uşaqların ətraf mühit amilləri ilə bağlı sağlamlığına dair vəziyyətin təhlilinə həsr olunmuş dəyirmi masa keçirilib. 

Tədbirdə Səhiyyə Nazirliyi, Milli Məclisin Səhiyyə Komitəsi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə yanaşı Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Energetika Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, həmçinin Dövlət Gömrük Komitəsinin nümayəndələri iştirak ediblər.  

Giriş sözü ilə çıxış edən UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Aleks Haykens vurğuladı ki, iqlim dəyişikliyi, bunun uşaqlara təsiri və ətraf mühit sağlamlığına aid məsələlər təmsil etdiyi təşkilatın fəaliyyətinin prioritet sahələrindən biridir. Onun sözlərinə görə, Azərbaycan Səhiyyə Nazirliyinin dəstəyi ilə 2023-cü ilin mart-iyun aylarında bir qrup milli ekspert tərəfindən ölkəmizdə uşaqların ətraf mühit amilləri ilə bağlı sağlamlığı məsələlərinə dair çevik qiymətləndirmə aparılıb: “Aparılmış qiymətləndirmənin nəticələri, o cümlədən müvafiq problemlərin potensial həlli yollarını müzakirə etmək üçün dəyirmi masa təşkil olunub”.   

Tədbirdə çıxış edən səhiyyə nazirinin müavini İlqar Qasımov dəyirmi masanın əhəmiyyətli mövzuya həsr edildiyini vurğuladı. Onun sözlərinə görə, səhiyyə siyasətini formalaşdıran mərkəzi icra hakimiyyəti orqanı olaraq Səhiyyə Nazirliyi vətəndaşların sağlamlığına yanaşmada praktiki mövqeyin tərəfdarı və təşviqatçısıdır. Nazir müavini əhalinin sağlamlığının qiymətləndirməsi ictimai səhiyyənin əsas istiqamətlərindən biri olduğunu bildirdi. İ.Qasımov ekoloji təhlükələrin insan sağlamlığına birbaşa və dolayı təsirlərindən də bəhs etdi. 

Dəyirmi masada həmçinin Azərbaycan Tibb Universitetinin (ATU) Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasının müdiri Şəhla Balayeva, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, Azərbaycan Pediatriya Cəmiyyətinin sədri Erkin Rəhimov, ATU-nun I daxili xəstəliklər kafedrasının dosenti, Azərbaycan Toksikoloqlar Dərnəyinin sədri İsmayıl Əfəndiyev və digərləri çıxış ediblər.  

Tədbirdə aparılmış təhlillərin nəticələri (əsas ekoloji problemlər, səhiyyə sisteminin təhlili, uşaqların ətraf mühit təhlükələrinə məruz qalması, havanın çirklənməsi və s.)  ilə bağlı təqdimatlar edilib və müzakirələr aparılıb. 

Media contacts

UNICEF Azerbaijan

About UNICEF

UNICEF promotes the rights and wellbeing of every child, in everything we do. Together with our partners, we work in 190 countries and territories to translate that commitment into practical action, focusing special effort on reaching the most vulnerable and excluded children, to the benefit of all children, everywhere.

For more information about UNICEF and its work for children, visit www.unicef.org.

Follow UNICEF on Twitter and Facebook