Avropa Ittifaqı-UNICEF arasında birgə proqram Azərbaycan uşaqları və gəncləri üçün icma əsaslı hərtərəfli dəstəyi təmin edir
- Available in:
- English
- Azərbaycanca
Bakı, 13 iyun 2019 – Bu gün Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Avropa İttifaqının komissarı cənab Yohannes Han və UNICEF-in Azərbaycandakı Ölkə Nümayəndəliyinin rəhbəri cənab Edvard Karvardin Azərbaycanda ən həssas vəziyyətdə yaşayan uşaq və gənclərin hüquqlarını müdafiə etmək üçün yeni birgə təşəbbüsü təqdim etmişlər. Avropa İttifaqının 3 milyon avro vəsait ayırdığı bu təşəbbüs səhiyyə, qidalanma, erkən uşaqlıq dövründə inkişaf (EUDİ), inklüziv təhsil, uşaqların müdafiəsi, uşaqların və gənclərin inkişafı sahəsində keyfiyyətli icma və ailə-əsaslı inteqrasiya olunmuş social xidmətlərə çıxış imkanlarının genişlənməsinə dəstək olacaqdır.
Sözü gedən təşəbbüsün açılış tədbiri Azərbaycan Milli Paralimpiya Komitəsinin dəstəyi ilə baş tutmuşdur. Tədbirdə əlilliyi olan uşaqlar öz bacarıq və istedadlarını nümayiş etdirmişlər. Azərbaycanda Avropa İttifaqı ilə UNİCEF arasında həyata keçirilən yeni əməkdaşlığın mühüm hissəsini qızlara xüsusi diqqət yetirilməklə əlilliyi olan uşaqların idman sahəsinə cəlb edilməsi təşkil edir.
"Avropa İttifaqı inklüziv icma-əsaslı autriç (icmaların bilavasitə özlərində göstərilən) xidmətlər təmin edən vətəndanş cəmiyyəti təşkilatlarına (VCT) dəstək verir. Layihə üçün nəzərdə tutulan vəsaitin böyük hissəsi tərəfdaşlıq etdiyimiz VCT-lər vasitəsilə onların Azərbaycanda həssas uşaqlar və gənclərlə işlərini dəstəkləmək üçün yönəldiləcəkdir ", - deyə Aİ komissarı vurğulayıb.
“Məqsədimiz bu yeni tərəfdaşlıq vasitəsilə erkən uşaqlıq dövründə inkişaf proqramlarından gənclərin inkişafı təşəbbüslərinədək, hərtərəfli və əlaqəli sosial xidmətlərdən əlilliyi olan uşaqlar üçün genişləndirilmiş imkanlaradək olan geniş spektri əhatə edən keyfiyyətli xidmətləri daha çox uşaq, gənc və onların ailələrinin yararlana bilməsi üçün icmaların daxilinə gətirməkdir” - deyə UNICEF-in Azərbaycandakı Ölkə Nümayəndəliyinin rəhbəri Edvard Karvardin bildirmişdir.
Bu təşəbbüs bütün ölkədə vəziyyəti sosial baxımdan həssas olan uşaqlara geniş çeşiddə dəstəyin göstərilməsi istiqamətində icma əsaslı təşkilatların inkişafına kömək edəcəkdir. Bir çox dövlət və özəl sektordan olan qurumlarla yanaşı işləyəcək dəyərli və etibarlı sayılan "üçüncü sektor" olaraq milli standartların yaradılmasına, vətəndaş cəmiyyətinin texniki və idarəetmə potensialının gücləndirilməsinə və VCT-ların iştirakı ilə ölkə və yerli səviyyədə böyük təsir göstərən, az xərcli xidmət və proqramların modelləşdirilməsinə də kömək edəcəkdir.
Media contacts
About UNICEF
UNICEF promotes the rights and wellbeing of every child, in everything we do. Together with our partners, we work in 190 countries and territories to translate that commitment into practical action, focusing special effort on reaching the most vulnerable and excluded children, to the benefit of all children, everywhere.
For more information about UNICEF and its work for children, visit www.unicef.org.