ÜST və UNICEF Avropa İmmunlaşdırma Həftəsində uşaqların peyvənd olunması ilə bağlı maarifləndirmə kampaniyası aparıldı

28 Aprel 2023
a child looking through a cut out board with a vaccination message at the event held in Gobustan Central Hospital.
TABIB/2023

Bakı, 29 aprel 2023 -  UNICEF, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirdiyi « Vaksinasiyaya Dəstək » layihəsi çərçivəsində Azərbaycanda 24-29 aprel tarixlərində Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlər keçirib.

ÜST-nin tövsiyəsinə əsasən 6 aprel 2023-cü il tarixində Səhiyyə Nazirliyi tərəfindən respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi” keçirilməsi ilə bağlı əmr imzalanıb. Bu əmrə uyğun olaraq, ÜST-nin texniki dəstəyi ilə 2022-ci ilin göstəricilərinə görə peyvəndlərlə əhatə səviyyəsi xüsusilə aşağı olan 11 rayonda monitorinqlər keçirilib. Eyni zamanda bu rayonların 4-də - Göygöl, Mingəçevir, Yevlax  və Qobustanda ÜST və UNICEF Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “Peyvəndin vaxtını gecikdirmə! Hər doza vacibdir!” şüarı altında valideyn konfransları təşkil edib. Bu valideyn konfranslarında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-pediatr valideynlərə peyvəndləmə ilə bağlı dolğun məlumat çatdıraraq onları maraqlandıran sualları cavablandırıb. Bununla yanaşı bu rayonlarda fəaliyyət göstərən pediatr və vaksinatorlar üçün peyvəndləmə sahəsində son tibbi yeniliklərlə bağlı təlimlərin keçirilib.

Kampaniya müddəti boyunca əhaliyə ÜST tərəfindən hazırlanmış rutin immunlaşdırma ilə bağlı maarifləndirici materiallar, o cümlədən rutin peyvəndlərə bağlı miflər haqqında sual-cavab şəklində hazırlanmış broşür və peyvəndlə qarşısı alına bilən xəstəliklər haqqında yenilənmiş kitabça təqdim edilib. Həmçinin bu il ÜST-nin Avropa regionunda qızılca və məxmərək infeksiyasına yoluxma hallarının artmasını nəzərə alaraq, bu infeksiyalar haqqında məlumatların əks olunduğu posterlər əhali arasında paylanılıb.

Kampaniya çərçivəsində peyvəndləmədən kənarda qalan uşaqların peyvənd olunmağa dəvət edilməsi istiqamətində fəaliyyətlər aparılıb.

 

Media contacts

Shahnaz Hasanova
World Health Organization in Azerbaijan

UNICEF dünyanın ən əlverişsiz məkanlarında ən talesiz uşaqlar üçün fəaliyyət göstərir. 190-dan çox ölkə və ərazidə biz hər bir uşaq üçün, hər yerdə, hamı üçün daha yaxşı bir dünya naminə çalışırıq.


UNICEF-in Azərbaycandakı Nümayəndəliyini FacebookInstagram və Twitter-da izləyin.