Oyun nədi, vaxt nədi!

Gündəlik işləri öyrənilməsini və beynin inkişafını əyləncəli anlara çevirin.

by UNICEF
Blanca Nohemí López and Orlando Cristóbal Gómez are playing with their son Pablo Sebastián Gómez López (one year old) on October 24h, 2019 in the community of San Juancito, Monjas, Jalapa in Guatemala.
UNICEF/UNI235465/Willocq
26 İyun 2022

Ömrünün ilk 1000 günündə (ilk 3 il) övladınızın beyni hər zamankindən daha sürətli inkişaf edir. Ən inanılmaz isə odur ki, körpə hətta danışmağa başlamadığı müddətdə belə, siz onun beyninin inkişafına dəstək ola bilərsiniz.

Necə? Əvəz-əvəz oyunu ilə! 

>>Watch Building babies’ brains through play: Mini Parenting Master Class

Harvard Universitetinin İnkişaf etməkdə olan Uşaq MərkəzindəkiLEGO Fondundakı dostlarımızın köməyi ilə sizə körpənizlə mühüm əlaqələri inkişaf etdirməyə və bunu edərkən əylənməyə kömək edəcək şəkildə onunla necə əlaqə quracağınızı göstərəcəyik.

 

Əvəz-əvəz oyunu nədir?

Əvəz-əvəz oyunu uşaqla valideyn və uşağa qayğı göstərən əsas şəxs arasında bir sıra mən-sənə və sən-mənə kimi qarşılıqlı əlaqədir. Fəaliyyət zamanı böyüklər körpənin səs və jestlərinə məhəbbətlə və uyğun şəkildə cavab verirlər. Müəyyən mənada, stolüstü tennis oyunun düşünün: topun irəli-geri hərəkətləri əyləncəli və maraqlıdır!

Ən mühüm hissə uşağınıza qayğı göstərdiyinizi, habelə körpənin ehtiyaclarına, duyğularına və onları həyəcanlandıran məqamlara diqqət yetirdiyinizi nümayiş etdirəcək şəkildə reaksiya verməkdir!

Körpə ilə əvəz-əvəz oyununu necə məşq edə bilərəm?

Körpənizin beynini inkişaf etdirmək heç də mürəkkəb olmamalı və əslində gündəlik işlərə və fəaliyyətlərin bir təbii hissəsi ola bilər. Körpənizlə hər an öyrənmək üçün əyləncəli bir fürsətə çevrilə bilər!

Əvəz-əvəz oyununu körpənizlə gündəlik ünsiyyətə daxil etməyin bir neçə yolunu sizinlə paylaşmaq istəyirik.

 

‘İlk sözlərimiz’

Rebeccka and her baby Naybare Sheba (5 months) at the POC (ISIS Point of Care Clinic) Mbarara RRH (Regional Referral Hospital) South Western Uganda.
UNICEF/UNI211872/Schermbrucker

Səhər işlərinə əyləncə əlavə edin! Körpəni geyindirmək onunla mühüm dil əlaqələri qurmağa kömək etmək üçün əla fürsətdir. Geyindiyinə maraq göstərdiyini müşahidə etdikdə, həmin əşyanın adını səsləndirin. Məsələn, köynəyini götürdükdə, “bəli, bu sənin köynəyindir!” deyin. Bundan sonra həmin köynəyin təfərrüatlarını öyrətməklə bir addım da irəli gedə bilərsiniz: “Bu köynək hansı rəngdədir? Mavi köynəkdir!”

Əyləncəli yemək vaxtı!

On 23 July, 2019, Joaquín, 2, is offered broccoli by his mother, Rosina, during lunch at their home in a rural area of the department of San José, Uruguay.
UNICEF/UN0343212/Pazos

Mətbəxi körpə ilə birlikdə kəşf edin - körpənizin kəşf etməsi üçün maraqlı hissələr, rənglər, formalar və qoxularla boldur. Körpənin baxdığı, maraqlandığı və reaksiya verdiyi əşyalara diqqət yetirərək, nümayiş etdirdiyi marağı dəstəkləyin və həvəsləndirin. Məsələn, körpənizin banana baxdığını görsəniz, onu götürün və ona yaxınlaşdırın və ona bunun nə olduğunu, dadı haqqında məlumatı və hansı rəngdə olduğunu öyrədin. Körpənizin maraqlarını qəbul etmək ona başa düşüldüyünü və qayğı ilə əhatə olunduğunu hiss etməyə kömək edəcək.

Hamamda əyləncəli oyun

Daw Nyo Nyo Aye bathes her daughter Kyal Zin Naing (10 months) at her home, Lay Bway Chaung Village, Kan Gyi Daunt township, Irrawaddy region, Myanmar.
UNICEF/UN0338247/Htet

Hamam oyuncaqları və ya top götürüb, körpə ilə oynamağa hazırlaşın! Körpənizin əvvəlcə onun marağına səbəb olan oyuncağı seçməsinə icazə verin. Onunla əvəz-əvəz oynayın və o, növbəti oyuncağa keçməyə hazır olduqda, “Bitirdik!” deyərək ilk oyuncaqla vaxtının bitdiyini etiraf edin. Körpələr böyüklərin təkrarlaya biləcəyi əyləncəli oyunları oynamaqda azyaşlı uşaqlardan daha hazır ola bilər. Oyunun sonu və əvvəli arasında əlaqə yaratmaq, diqqətini paylaşmaq və liderliyi öz üzərinə götürməsinə icazə vermək körpənin öyrənməkdə və yeni əşyaları kəşf etməkdə özünü daha əmin hiss etməsinə kömək edəcək.

Göstər və oyrət

Zakir smiles as he watches joy on his son's face in Dhaka, Bangladesh.
UNICEF/UNI242754/Mawa

İstər avtomobildə, istərsə də həyətdə və digər mühitdə, evdən kənarda görmək və kəşf etmək üçün çox fərqli şeylər var. Körpənin jestləri, baxışları və ya səsləri ilə nə ilə maraqlandığına diqqət yetirin və körpənizə bunun nə olduğunu söyləyərkən ona işarə edin: “Deyəsən quşa baxırsan? Bu gözəl quşdur!” Bu, körpənizə həm onun maraqlarına əhəmiyyət verdiyinizi göstərəcək, həm də onu ətrafındakı dünyanı kəşf etməyə təşviq edəcək.

Arada özüm yeyim

Refugee mother feeding her baby at ADRA community centre in Belgrade, Serbia.
UNICEF/UNI220342/Pancic

Körpəni yedizdirdikdə onu fəal iştiraka cəlb edin. Bir qaşığı siz verdikdən sonra, növbəti qaşığı özü götürməsinə imkan verin. Hətta bir az daha çox vaxt aparsa belə, uşağınızın maraq göstərməsini gözləyin. Növbə ilə bunu etmək körpənin özünə inamını və sosial bacarıqlarını inkişaf etdirməyə kömək edir. Bu, 6 aylıq və daha böyük körpələr üçün əla oyundur.

Hər gün bu cür qarşılıqlı əlaqə yaratmaq üçün vaxt ayırmağınız körpənizi inkişaf etdirir, ona ömür boyu öyrənmə və problem həll etmək üçün təməl bacarıqlar aşılayır. Beyin inkişafının bu qədər əyləncəli ola biləcəyini heç təsvir edirdiniz?


Məqalə müəllifi: Rəqəmsal məzmun müəllifi Mendi Riç, UNICEF


 

Did you find this content useful?