Uşağın qidalanması: 1- 2 yaş arası
Uşağınız artıq ailənin digər üzvləri ilə eyni yeməyi yeyə bilər.

- Available in:
- English
- Azərbaycanca
Uşağınız 1 yaşında artıq özbaşına qida qəbulunu öyrənir. O, yeməyini sizin kimi çeynəyə və bu səbəbdən ailənin digər üzvləri ilə eyni yeməkləri yeyə bilər.
Qısa: 1-2 yaşlı uşaqların qidalanması

1 yaşında bərk qidalar, o cümlədən sağlam qəlyanaltılar uşağınızın əsas enerji və qida mənbəyidir.

O, gün ərzində üç-dörd dəfə təxminən dolu fincan qədər və arada bir-iki dəfə yüngül yemək arası qidalar da qəbul edə bilər.

Uşağınız ən azı 2 yaşı çatana qədər onu istədiyiniz qədər ana südü ilə əmizdirməyə davam edin.

Zərərli yeməklər və sərinləşdirici içkilər verməyin.
Bu yaşda ana südü hələ də mühüm qidalanma və xəstəliklərdən qorunma təmin edir, lakin ona verdiyiniz digər qidalar körpənin əsas vitamin və enerji mənbəyinə çevrilir. Əvvəlcə hazırladığınız digər qidaları, sonra hələ də acdırsa, ana südü verin.
Uşağa veriləcək qidalar
Uşağınız hər şeyi yeyə bilər, ona görə də ailənizin yediyi bütün yeməklərdən ona bir az verin və tədricən yeni təamlara öyrəşdirin. Hər bir yemək vitaminlərlə zəngin olmalıdır.
Gündəlik menüda heyvan mənşəli qidaların (süd, süd məhsulları, yumurta, ət, balıq və quş əti), üstəgəl paxlalıların (noxud, mərcimək və ya noxud), və ya qoz-fındıq, portağal və ya yaşıl tərəvəz və meyvələrin olmasını təmin edin. Enerji üçün onun yeməyinə bir az yağ və ya quyruq qatın.
Uşağın yeməklər arası qəbul etdiyi yüngül qidaların da təzə meyvə kimi sağlam mənşəli olduğundan əmin olun.
Nə qədər qida verim və hansı tezliklə?
Körpə, gün ərzində üç-dörd dəfə tam dolu olmayan fincan qədər və arada bir-iki yüngül yemək arası qidalar da qəbul edə bilər.
Əgər körpə ana südü almırsa, daha tez-tez qida qəbul etməlidir. 1 yaşa yaxın, yəni təxminən yeriməyə başladığı vaxt, uşağınız gündə dörd-beş dəfə yemək və iki dəfə sağlam qəlyanaltı qəbul etməlidir. Süd məhsulları uşağın gündəlik yeməklərinin çox vacib hissəsidir - ona gündə bir və ya iki fincan süd verin.
Körpə üçün məsləhət görülməyən qidalar
Fast-fud (tez bişən) kimi qidaları və sərinləşdirici içkiləri verməyin. Xırtıldayan çərəzlər, peçenye, tortlar, qazlı su və şirniyyat kimi fabrik istehsalı olan qəlyanaltılar onun səhhəti üçün zərərlidir. Onların tərkibindəki həddən artıq yüksək miqdarda şəkər, duz, yağ və kimyəvi maddələr körpənin mədəsindəki vitaminlər üçün nəzərdə tutulan yeri tutur.
Qidalanma vaxtı üçün ipucları
Öz yemək qabına sahib olmaq uşağınızın özünü qidalandırmağı öyrənməsinə kömək edəcək. Maraq göstərdiyi vaxtdan artıq öz qabını onu öyrəşdirin. Ona ehtiyacı olan bütün yeməkləri və qida qəbulu üçün kifayət qədər vaxt verin.
İlk vaxtda körpənin hərəkətləri ləng və nizamsız olacaq. Ona kömək edin ki, yeməyin böyük hissəsini ağzına aparsın (üstünə tökməsin və ya yerə salmasın!!!). Qidanı sona qədər yeməyinə ruhlandırın və kifayət qədər qida qəbul etməsində əmin olun.
Körpənizə yemək vaxtı çoxlu sevgi bəxş edin və onu yeməyə ruhlandırın.
Körpə ilə üzbəüz oturun və onunla göz təması qurun. Uşağınızla ünsiyyətdə olun, ona gülümsəyin, ona helayələr danışın yediyinə görə tərifləyin.
Qida qəbulunu xoş vaxta çevirin!
Uşağınız bərk qidalar yeməkdən imtina etdikdə nə etməli
Yemək vaxtı gələndə körpənin ac olduğuna və arada yalnız qəlyanaltı atışdırmadığına əmin olun. Ana südü körpəniz üçün sağlam qida olmasına baxmayaraq, onu yalnız yeməkdən sonra əmizdirin. Körpə bu yaşda ilk növbədə bərk qidalar yeməlidir.
Uşağınıza onun xoşladığı sağlam qidaları verin və ya sevdiyi qidanı sevmədiyi, lakin inkişafı üçün mühüm olan qidalarla qarışdırın. Fərqli məhsullar qarışığı və tərkibdən istifadə edin.
Əgər körpəniz hələ də bərk qidalardan imtina edirsə, onu yeməyə məcbur etməyin və ya təzyiq göstərməyin və əvəzinə ona tələsik faydasız qida verməyə tələsməyin.
Təmkinli olun və dözümlə yanaşın. Uşağınız qidadan imtina etdikdə ona müsbət münasibət göstərin və imtinadan problem yaratmayın. Sadəcə qidanı götürün, üstünü örtün və bir az sonra yenidən təklif edin.