26 İyun 2022

Oyun nədi, vaxt nədi!

Ömrünün ilk 1000 günündə (ilk 3 il) övladınızın beyni hər zamankindən daha sürətli inkişaf edir. Ən inanılmaz isə odur ki, körpə hətta danışmağa başlamadığı müddətdə belə, siz onun beyninin inkişafına dəstək ola bilərsiniz. Necə? Əvəz-əvəz oyunu ilə!  >>Watch Building babies’ brains through play: Mini Parenting Master Class Harvard…, Əvəz-əvəz oyunu nədir?, Əvəz-əvəz oyunu uşaqla valideyn və uşağa qayğı göstərən əsas şəxs arasında bir sıra mən-sənə və sən-mənə kimi qarşılıqlı əlaqədir. Fəaliyyət zamanı böyüklər körpənin səs və jestlərinə məhəbbətlə və uyğun şəkildə cavab verirlər. Müəyyən mənada, stolüstü tennis oyunun düşünün: topun irəli-geri hərəkətləri əyləncəli və maraqlıdır! Ən mühüm hissə…, Körpə ilə əvəz-əvəz oyununu necə məşq edə bilərəm?, Körpənizin beynini inkişaf etdirmək heç də mürəkkəb olmamalı və əslində gündəlik işlərə və fəaliyyətlərin bir təbii hissəsi ola bilər. Körpənizlə hər an öyrənmək üçün əyləncəli bir fürsətə çevrilə bilər! Əvəz-əvəz oyununu körpənizlə gündəlik ünsiyyətə daxil etməyin bir neçə yolunu sizinlə paylaşmaq istəyirik.  , ‘İlk sözlərimiz’, Rebeccka and her baby Naybare Sheba (5 months) at the POC (ISIS Point of Care Clinic) Mbarara RRH (Regional Referral Hospital) South Western Uganda. Səhər işlərinə əyləncə əlavə edin! Körpəni geyindirmək onunla mühüm dil əlaqələri qurmağa kömək etmək üçün əla fürsətdir. Geyindiyinə maraq göstərdiyini müşahidə etdikdə, həmin əşyanın adını…, Əyləncəli yemək vaxtı!, On 23 July, 2019, Joaquín, 2, is offered broccoli by his mother, Rosina, during lunch at their home in a rural area of the department of San José, Uruguay. Mətbəxi körpə ilə birlikdə kəşf edin - körpənizin kəşf etməsi üçün maraqlı hissələr, rənglər, formalar və qoxularla boldur. Körpənin baxdığı, maraqlandığı və reaksiya verdiyi əşyalara diqqət…, Hamamda əyləncəli oyun, Daw Nyo Nyo Aye bathes her daughter Kyal Zin Naing (10 months) at her home, Lay Bway Chaung Village, Kan Gyi Daunt township, Irrawaddy region, Myanmar. Hamam oyuncaqları və ya top götürüb, körpə ilə oynamağa hazırlaşın! Körpənizin əvvəlcə onun marağına səbəb olan oyuncağı seçməsinə icazə verin. Onunla əvəz-əvəz oynayın və o, növbəti oyuncağa…, Göstər və oyrət, Zakir smiles as he watches joy on his son's face in Dhaka, Bangladesh. İstər avtomobildə, istərsə də həyətdə və digər mühitdə, evdən kənarda görmək və kəşf etmək üçün çox fərqli şeylər var. Körpənin jestləri, baxışları və ya səsləri ilə nə ilə maraqlandığına diqqət yetirin və körpənizə bunun nə olduğunu söyləyərkən ona işarə edin: “Deyəsən quşa…, Arada özüm yeyim, Refugee mother feeding her baby at ADRA community centre in Belgrade, Serbia. Körpəni yedizdirdikdə onu fəal iştiraka cəlb edin. Bir qaşığı siz verdikdən sonra, növbəti qaşığı özü götürməsinə imkan verin. Hətta bir az daha çox vaxt aparsa belə, uşağınızın maraq göstərməsini gözləyin. Növbə ilə bunu etmək körpənin özünə inamını və sosial…, Did you find this content useful? 
26 İyun 2022

Uşağınıza mütaliəni sevməyi necə öyrətmək olar

Mütaliə sərgüzəştlərə, yeni şeylər öyrənməyə, nitqin və lüğətin inkişafı kimi bir çox əsas dil bacarıqlarına qapı açır. Kitablarla vaxt keçirmək həm də uşağınızla əlaqə saxlamağınız və bir-birinizlə ünsiyyətdən həzz almağınız üçün xüsusi imkanlar yaradır. Oxumağa gündə cəmi 10-15 dəqiqə sərf etmək uşaqda müxtəlif yeni biliklərə marağın yaranmasına…, Daha erkən yaşdan başlayın, Yeni doğulmuş körpənizə kitab oxumaq onlara həyatın ilk anlarında ən xoş abu-hava bağışlayacaq. Körpələr dili onlara sözləri təkrarlayan və oxuyan böyüklərdən öyrənirlər. Uşağınıza kitab oxuduğunuz zaman kitabdakı personajlar və əşyalar və ya heyvanların çıxardığı səslər haqqında da məlumat verin. Səsinizi eşitmək onların gördükləri hərflərə və…, Yaxşı oxucu nümunəsini göstərin, Uşaqların oxumağı çətin bir iş vəzifə kimi deyil, əyləncəli və maraqlı bir məşğuliyyət müşahidə etmələri vacibdir. Bunu öyrətmək üçün onlara nümunə olmaq ən münasib üsuldur! Uşağınız sizin tez-tez kitab oxuduğunuzu görürsə, bu, onu daha çox həvəsləndirəcək. Bu, həm də uşağın ekranlardan uzaq vaxt keçirməsinə kömək edəcək. Əgər bir müddət oxumağa…, Növbəli oxuma vərdişi, Uşağınız böyüdükcə növbə ilə bir-birinizə yüksək səslə oxuyun. Əgər uşaq hələ tam oxumağı bacarmırsa, onun tanıdığı hərfləri və sözləri göstərməsini xahiş etmək də maraqlı ola bilər. Sonra növbə ilə cümlələri oxuyun. Onun qabiliyyətləri artdıqca siz növbə ilə səhifələri və nəhayət fəsilləri oxumağa keçə bilərsiniz. Birlikdə oxuyarkən…, Uşağınıza diqqət yetirin, Balacanız böyüdükcə onun maraqlarına diqqət yetirin. Əgər o, dinozavrlar kimi müəyyən bir mövzu ilə daha çox maraqlanırsa, bu mövzuda uşaq kitabları tapmağa çalışın. Bu, kitabların əhəmiyyət verdiyimiz mövzular haqqında daha çox öyrənmək üçün alət olduğunu sübut etməyə kömək edəcək və əgər uşağın sevimli mövzusuna həsr olundqudda onun oxunması…, Sıravi məşğuliyyətə çevirin, Oxumağı uşağınızın həyatının əyləncəli hissəsinə çevirmək kitabları gündəlik məşğuliyyətinizə daxil etməklə başlayır. Yatmazdan əvvəl və ya ictimai nəqliyyatda olarkən xüsusilə mütaliə vaxtı yaradın. Birlikdə olduğunuz müddətdə cib telefonları və televiziya kimi diqqətinizi yayındıran əşyalardan istifadəni məhdudlaşdırdığınızdan əmin olun.…, Mütaliənin əsas mərhələləri, Hər bir uşaq fərqli olsa da, uşağınız oxumaq bacarıqlarını inkişaf etdirərkən müşahidə edə biləcəyiniz bəzi mərhələlər aşağıda təsvir olunub: Dünyaya gəldikdən - 18 aya qədər Bəzi sadə ifadələri başa düşür Kitablara baxır və vərəqləməyə çalışır Nitqi təqlid edir Təxminən 1 yaşında bir və ya daha çox söz deyə bilir 18 ay - 3 yaş arası Təxminən 2…
26 İyun 2022

Oynamaq uşağınızın psixi sağlamlığını necə gücləndirir

Oyunlar körpələrin ətrafdakı dünyanı öyrənməsinə və başa düşməsinə aparan yoldur. Onlar əylənərkən motor, idrak, sosial və emosional bacarıqların formalaşdırılması kimi inkişafının mühüm mərhələləri üzərində işləyirlər. Lakin oyunun təsiri yalnız bununla məhdudlaşmır: oyunlar həmçinin uşaqlarda və sizdə psixi sağlamlığın qurulmasında əsas rol…, Oyun sizinlə uşaq arasındakı bağlılığı gücləndirməyə kömək edir, Əyləncə və öyrənmənin sevincli anlarını birgə yaşamaq uşaqların və onlara qayğı göstərən şəxslərin bir-birinə daha da bağlanmasına kömək edir. Körpənin ilk oyun yoldaşı kimi siz ev mühitində öyrənmə və əlaqə yaratmaq üçün geniş imkanlara sahibsiniz. Birlikdə oynadığınız zaman dünyaya uşağınızın gözü ilə baxırsınız. Uşağınıza sevgi, rahatlıq və…, Oyun stres səviyyəsini azaltmağa kömək edir, Müxtəlif oyunlar, rəqs etmək və mahnı oxumaq həm uşağınız, həm də sizin üçün stresdən azad olmağın çox təsirli üsuludur. Əyləncəli anlardan həzz aldığınız və birlikdə güldüyünüz zaman vücudunuz rifah hissini təşviq edən endorfinlər ifraz edir. Hətta qısa oyunlar belə böyüklərə uşağı dəstəkləmək bacarığına dair təsirli xatırlatma rolunu oynaya…, Oyun uşaqlara çətin emosiyaları idarə etməyə kömək edir, Uşaqlar mürəkkəb emosional problemlərlə qarşılaşdıqda, bu hal onların oyunlarında özünü birüzə verir. Uşaqlara oynamaq üçün imkan vermək onlara hələ də uşaq kimi davranmaqla yanaşı, ağrı, qorxu və ya itki kimi hisslərin öhdəsindən gəlmək imkan verir. Oyun onlara mübarizə apardıqları və hələ tam izah edə bilmədikləri anlayışları ifadə etmək üçün…, Oyun özünə inam yaratmağa kömək edir, Oyun zamanı və ya tapmaca üzərində çalışarkən problemlərin həlli və yaradıcı yolların tapılması uşaqlara müvəffəqiyyət və bacarıqlıra əsaslanan davranış hissi verir. Oynamaq üçün vaxt ayırdığınız zaman körpəniz özünün dəyərli və onunla oynamağın əyləncəli olduğunu öyrənir. Oyun zamanı bütün diqqətinizi ayırmağınız və birlikdə oynadığınız oyunda…, Did you find this content useful?, Loading...
31 May 2022

Hamiləlik dövründə nə ilə qidalanmalı

Hamiləliyiniz münasibətilə təbrik edirik! Həyəcan özü ilə çoxlu suallar da gətirir və bu sualların ən geniş yayılanlarından biri: Mən nə ilə qidalanmalıyam? Həyatınızın istənilən vaxtında sağlam qidalanma vacib olsa da, hamiləlik dövründə bu xüsusilə zəruridir. Balanslaşdırılmış qidalanma körpənizin böyüməsinə, inkişafına və sağlam çəkiyə malik…, Hamiləlik dövründə balanslaşdırılmış qida rejiminə necə riayət etməli?, Bəsləyici qida rejimi hər bir qida qrupuna daxil müxtəlif sağlam qida növlərini ehtiva edən pəhriz növüdür (genişləndirmək üçün klikləyin):, Meyvələr, Təzə, dondurulmuş və ya qurudulmuş meyvələr hamısı əla seçimdir. Yemək vaxtları boşqabınızın yarısında meyvə və tərəvəz olmalıdır., Tərəvəzlər, Siz təzə, konservləşdirilmiş, donmuş və ya qurudulmuş tərəvəz yeyə bilərsiniz. Salatlarda tünd yarpaqlı göyərtilər qidalandırıcı seçimdir. Yemək vaxtları boşqabınızın yarısında meyvə və tərəvəz olmalıdır., Taxıl, Qidalanma zamanı taxıl porsiyanızın yarısını bütöv  taxıldan ibarət edin. Bütöv taxıl dedikdə emal olunmamış bütöv taxıl ləpələri nəzərdə tutulur.  Bəzi nümunələrə yulaf, arpa, kinoa, qəhvəyi düyü və bulqur aiddir., Zülal, Hər gün müxtəlif zülallarla qidalanmaq vacibdir. Ət, quş əti, lobya, noxud, yumurta, qoz-fındıq və toxumlar zülalla zəngin qidalara misaldır., Süd məhsulları, Süd məhsullarını seçərkən onların pasterizə edildiyinə əmin olun. Süd və süd məhsulları, məsələn pendir və qatıq yaxşı seçimlərdir., Yağlar, Bərk yağları, məsələn, ördək yağı kimi heyvan mənşəli yağları məhdudlaşdırın. Daha sağlam yağlar balıq, avokado və qoz-fındıq kimi digər qida növlərində olur. Qidalarda rast gəlinən yağlar əsasən bitki mənbələrindən (zeytun yağı və kanola yağı kimi) əldə edilir., Hamiləlik dövründə mənə hansı vitaminlər və minerallar lazımdır?, Hamiləlik dövründəki rasionunuza  aşağıdakı vitamin və mineralların daxil olması vacibdir (genişləndirmək üçün klikləyin):, Kalsium, Kalsium körpənizin dişləri və sümüklərinin formalaşması üçün vacibdir - hər gün 1000 mq qəbul etməyə çalışın. Qatıq, süd, pendir və tünd yaşıl yarpaqlı tərəvəzlər bu baxımdan əla mənbələr hesab edilir., Dəmir, Hər gün 27 mq dəmir qəbul etməyi qarşıya məqsəd qoyun. Dəmir qırmızı qan hüceyrələrinin böyüməkdə olan körpənizi oksigenlə təmin etməsinə kömək edir. O, yağsız qırmızı ət, quş əti, noxud və lobyanın tərkibində mövcuddur., Yod, Gündəlik 220 mkq yod körpənizin sağlam beyin inkişafı üçün vacibdir. Yod mənbələrinə süd məhsulları, dəniz məhsulları, ət və yumurta daxildir., Xolin, Xolin dölünüzün beyin və onurğa sütununun inkişafı üçün mühüm əhəmiyyət kəsb edir və bu məqsədlə gündəlik rasionunuza 450 mq xolin daxil olmalıdır. Süd, yumurta, fıstıq və soya məhsulları bu baxımdan yaxşı seçimdir., A Vitamini, Yerkökü, şirin kartof və yaşıl yarpaqlı tərəvəzlərin hamısında A vitamini var ki, bu da körpənizin sümüklərinin böyüməsinə və onda sağlam görmə qabiliyyəti və dərinin formalaşmasına kömək edir. Hədəfiniz gündə 770 mkq olmalıdır., C Vitamini, Hər gün 85 mq C vitamini diş ətinin, dişlərin və sümüklərin sağlam inkişafına kömək edir. C vitamini sitrus meyvələri, brokoli, pomidor və çiyələkdə olur., D Vitamini, Günəş işığı, zənginləşdirilmiş süd, eləcə də qızılbalıq və sardina kimi yağlı balıqlar hamiləlik zamanı hər gün qəbul etməli olduğunuz 600 beynəlxalq D vitamini vahidinin təminatına kömək edir. D Vitamini körpənizin sümüklərini və dişlərini, eləcə də onun sağlam görmə qabiliyyəti və dərisini inkişaf etdirməyə kömək edir., B6 Vitamini, B6 vitamini körpənizin qırmızı qan hüceyrələrinin formalaşmasına kömək edir - gündə 1,9 mq qəbul edin. Mal əti, donuz əti, bütöv taxıl lopaları və banan B6 vitamini ilə zəngin qaynaqlardır., B12 Vitamini, Balacanızın sinir sisteminin inkişafı və dəstəklənməsi, eləcə də qırmızı qan hüceyrələrinin meydana gəlməsi B12 vitamininin faydalarından yalnız bəziləridir. Ət, balıq, quş əti və süd sizə gün ərzində tövsiyə olunan 2.6 mkq-a çatmağa kömək edəcək., Fol Turşusu, Fol turşusu hamilə qadınlar üçün xüsusilə vacibdir. B vitamininin bu növü beyin və onurğanın doğuş qüsurlarının qarşısını almaqla bərabər, dölün və ciftin böyüməsini və inkişafını da dəstəkləyir. Fıstıq, tünd yaşıl yarpaqlı tərəvəzlər, lobya və portağal şirəsi sizə gündəlik 600 mkq hədəfinizə çatmağa kömək edəcək. Bununla belə, gündəlik 600 mkq…, Bəs kifayət qədər fol turşusu qəbul etdiyimə necə əmin ola bilərəm?, Təkcə qidadan 600 mkq fol turşusu əldə etmək çətin olduğundan, ehtiyac duyduğunuz hər şeyi aldığınızdan əmin olmaq üçün hər gün ən azı 400 mkq prenatal vitamin və ya fol turşusu əlavəsi qəbul etməlisiniz. Əgər hamiləliyi planlaşdırırsınızsa, mümkün qədər tez bir zamanda və ya hamiləliyiniz təsdiqlənən kimi bunları qəbul etməyə başlayın. Sizin üçün…, Hamiləlik dövründə hansı qidalardan çəkinməliyəm?, Hamilə qadınlar müəyyən qida mənşəli  xəstəliklərə qarşı daha çox həssas ola bilər ki, bu da hamiləliyin ağırlaşması ilə nəticələnə bilər. Hamiləlik dövründə çəkinməli olduğunuz qidalara aşağıdakılar daxildir: Çiy, pasterizə olunmamış süd və belə süddən hazırlanmış yumşaq pendirlər. Bunların tərkibində listerioz adlı xəstəliyi törədən Listeriya…, Hamiləlik zamanı yeməyi təhlükəsiz qaydada necə hazılaya bilərəm?, Yeməkdən öncə əllərinizi sabunla yuyun İstifadədən sonra bütün qab-qacaqları yaxşıca yuyun Əti yaxşıca bişirin Çiy tərəvəz, göyərti və meyvələri yeməkdən öncə yaxşıca yuyun Yeməyi düzgün temperaturda saxlayın Yemək bişdikdən dərhal sonra yeyin, Hamiləlik zamanı nə qədər yemək yeməliyəm?, Birinci trimestrdə əlavə porsiyalara ehtiyac yoxdur. İkinci trimestrdə gündə əlavə 340 kalori, üçüncü trimestrdə isə gündə əlavə təxminən 450 kalori lazımdır. Lazım olan əlavə enerjini qazanmaq üçün əlinizin altında qoz-fındıq, qatıq və təzə meyvə kimi sağlam qəlyanaltılar saxlamağa çalışın. Özünüzə uyğun bir plan seçmək üçün həkiminizlə…,  Hamiləlik zamanı vegetarian və ya vegan pəhrizi saxlaya bilərəmmi?, Əgər vegetarian və ya vegan pəhrizinə əməl edirsinizsə, kifayət qədər dəmir, sink, kalsium, eləcə də B12 və D vitaminləri aldığınızdan əmin olmalısınız. Sizə uyğun həll yolu tapmaq üçün həkiminizə və ya dietoloqa müraciət edin.
31 May 2022

Uşaqlarda reqressiya: Bu nə deməkdir və balacanızı necə dəstəkləyə bilərsiniz

Əgər uşağınızın irəliyə nəhəng bir addım atdığını (məsələn, nəhayət ki, tualetdən istifadəyə başlayır) yalnız sonra geri çəkildiyinin (tualetdən yenə imtina edir) şahidi olursunuzsa, siz tək deyilsiniz. Böyüməkdə olan uşaqlarda, xüsusən də ayaq açan körpələrdə reqressiya tez-tez olur. Yel Tibb İnstitutunun Uşaq Tədqiqat Mərkəzində professor…, Reqressiya nədir? Ona nə səbəb olur?, Kloz deyir: “Mən reqressiyanı proqressiya ilə müqayisə etməyi sevirəm”. “Uşaqların əksəriyyətində böyüdükcə irəliyə doğru hərəkət etmək üçün çox güclü istək olur (proqressiya). Uşaqlar öz dünyalarını kəşf etmək, manipulyasiya etmək və mənimsəmək üçün təbii enerjiyə malikdir”. Ancaq yeni şeylər edə bilmənin həyəcanı ilə yanaşı stress də gəlir.…, Reqressiv davranışlar nəyə bənzəyir?, Reqressiya müxtəlif cür ola bilər, lakin ümumiyyətlə, daha gənc və ya daha ehtiyaclı şəkildə davranış deməkdir. Siz daha çox əsəb gərginlikləri, yatmaqda və ya yeməkdə çətinliklər və ya daha kal danışıq tərzinə qayıdışların şahidi ola bilərsiniz. Məsələn, əgər uşaq özü əynini geyinməyi öyrənirsə, günlərin bir günü həmin bacarıqların bir hissəsini…, Reqressiya nə zaman baş verir?, Adətən reqressiv davranışları yeni ayaq açan körpələrdə və məktəbəqədər yaş qrupunda görmək mümkündür, lakin bu, əslində hər yaşda– hətta çağalar və daha böyük uşaqlar arasında da baş verə bilər. Əgər hər hansı körpə reqressiya yaşayırsa, bu, özünü açıq-aydın biruzə verməyə də bilər. Körpə bir az usandırıcı olur, daha çox yemək tələb edə bilər,…, Reqressiya adi bir haldırmı?, Əmin ola bilərsiniz ki, reqressiya adi haldır. Əslində, bu, gözlənilən bir şeydir və gələcək inkişaf üçün çox faydalıdır - buna uşağınızın özünü daha çox məsuliyyətə hazırlamaq üsulu kimi baxın. “Görürsən ki, bəzi uşaqlarda irəliyə doğru böyük bir addım atmazdan düz əvvəl və ya həmin addımı atdıqdan dərhal sonra geriləmə müşahidə olunur”, deyə…, Reqressiyalar zamanı valideynlər öz övladlarına necə dəstək göstərə bilər?, Uşağınıza ürək-dirək verin. Onların yanında olduğunuzu və dəstəklədiyinizi bildirin. Onları utandırmadan reqressiv davranışdan xəbərdar olduğunuzu göstərməyə çalışın. Kloz belə cümlələrdən istifadə etməyi təklif edir: “Sən artıq böyümüsən və çox şeylər öyrənmisən. Amma bilirəm ki, bu heç də asan deyil. Bəzən mənim köməyimə ehtiyac hiss etmən tam…, Valideynlər nə vaxt narahat olmağa başlamalıdır?, Bəzi reqressiyalar həftələr boyu davam edə bilər, lakin uşaqdan uşağa fərq var. Adətən, nə baş verdiyini dəqiq müəyyənləşdirə bilsəniz və uşaqlara yardımçı olsanız, onlar bunun öhdəsindən gələ biləcək. Əgər reqressiya düşündüyünüzdən daha çox, məsələn, iki-üç həftə davam edərsə, Kloz  uşağınızın həkiminə müraciət etməyinizi tövsiyə edir. “Uşaqlar…
31 May 2022

Sağlam qidalananı necə böyütməli

Yaxşı qida və qidalanma uşaq sağlamlığının əsasında dayanır və ömür boyu davam edə biləcək faydalar gətirir. Övladınıza gənc yaşlarından sağlam qidalanmağı öyrətmək, yetkinlik dövründə onun qida ilə müsbət münasibət saxlamasına kömək edəcək. Təsəvvür edin ki, bu vərdişləri formalaşdırmaq təkcə övladınız üçün deyil, bütün ailəniz üçün əyləncəli və…, 1. Müsbət vərdişləri təbliğ edin, Balacalarınız sizin etdiyiniz hər bir şeyə nəzər yetirir – o cümlədən, yemək vaxtında. Sağlam qida, içki və qəlyanaltıları seçməklə və əyləncəli fiziki fəaliyyətlərlə məşğul olmaqla nümunəvi davranış nümayiş etdirə bilərsiniz. Süfrəyə sağlam, təbii qidaların qoyulması isə övladınız üçün gözəl nümunə olacaq. Övladlarınızı yemək bazarlığı və…, 2. Qida ilə sağlam münasibət saxlayın, Yemək haqqında sağlam düşüncə tərzinə sahib olmaq ömür boyu sağlamlığın və xərçəng, diabet və ürək xəstəliklərdən qorunmanın açarıdır. Siz azyaşlı övladınıza aşağıdakılarla kömək edə bilərsiniz: Onlara fiziki olaraq ac olub-olmadıqlarını anlamağa kömək edin. Bu, onlara bədənlərinin ehtiyaclarına uyğunlaşmağa kömək edəcək. Yeməkdən mükafat və ya…, 3. “Boşqabında yemək saxlama!” fikrindən əl çəkin, Bunun uşağınızın yeməkdən lazım olan qidaları almasına kömək edə biləcəyini düşünsəniz də, belə davranışlar yeməyi sevməməyə və yemək vaxtı ilə mənfi assosiasiyaların yaranmasına səbəb ola bilər. Əgər övladınız tərəvəzlərini yemək istəmirsə, elə edin ki, onlar sizin tərəvəz yeməyinizi və bundan həzz almağınızı görsün. Balacalarınız yemək…, 4. Porsiyalara nəzarəti prioritetləşdirin, Böyük porsiyalar çəki artımına səbəb ola bilər, buna görə də uşaqlarınıza boşqablarına nə qədər yemək qoyulmalı olduğunu öyrətmək vacibdir. Övladınıza uşaq porsiyalarının ölçüləri haqqında öyrətməyin asan yolu, məsələn, əyani vasitələrdən istifadə etməkdir: makaron, düyü və ya taxıl lopasının bir hissəsi üçün qapalı yumruq ölçüsü tövsiyə olunur.…, 5. Günə sağlam səhər yeməyi ilə başlayın, Səhərlər bir çox ailələr üçün tələsik mühitdə keçə bilər, lakin günə balanslaşdırılmış yeməklə başlamaq uşağınızın böyüməsi və inkişafı üçün lazım olan kalsium və lif kimi vacib qidaları almasına kömək edir. Səhər yeməyini kalori baxımından yüksək, lakin qidalandırıcı baxımından aşağı olan şirinləşdirilmiş dənli bitkilər və xəmir şirniyyatları…, 6. Fəaliyyətlərinizi əyləncəli edin, Uşaqlara gündə ən az 60 dəqiqə fiziki fəaliyyət lazımdır. Nə üçün bunu əyləncəli etməyək? Nahardan sonra gəzinti və ya üzgüçülük kimi hər kəsi hərəkətə gətirən ailə fəaliyyətlərini planlaşdırmağa çalışın. Fürsət gördüyünüz zaman kortəbii olun, məsələn, radioda sevimli mahnı eşidən kimi birlikdə rəqs edin. Uşağınızın hərəkət tələb edən aktiv…
31 May 2022

Övladınızın ayrılma qorxusunu necə idarə etməli

Uşağınızdan uzaqda vaxt keçirmək hər ikiniz üçün ağrılı ola bilər. Ancaq bəzən vidalaşmaq övladınızda narahatlıq və kədər hissi yaradır. Burada balacanızın çətin hisslərinin öhdəsindən gəlməsi və nəticədə özünü daha rahat və təhlükəsiz hiss etməsi üçün diqqət yetirməli olduğunuz bəzi məqamlar və kömək edə biləcək bəzi üsullar qeyd olunub., Ayrılma qorxusu nədir?, Ayrılma qorxusu ən çox 6 aydan 3 yaşa qədər olan dövrü əhatə etməklə bir çox uşaqlarda müşahidə edilir. Valideynlər və ya baxıcıları çağaların və körpələrin göz önlərini tərk etdikdə onlar narahat olmağa başlaya bilər, çünki bu ayrılıqların müvəqqəti olduğunu hələ tam öyrənməyiblər., Övladımda ayrılma qorxusunun olduğunu göstərən əlamətlər hansılar ola bilər?, Adətən bu əlamətləri görmək asandır: Uşağınızı bağçaya qoyarkən göz yaşlarına şahid olursunuzmu? Əlamətlərdən biri elə budur. Digərlərinə isə aşağıdakılar aiddir: Uşaqlarınızı tərk edib harasa gedəndə sızıldamağa başlayırlar Yeni vəziyyətlərdə ağlayır və ya sızıldayırlar (əsasən 6 ay – 3 yaş arasında) Siz və ya hər hansı digər baxıcı yanında…, Övladıma necə kömək edə bilərəm?, Övladınızı qısa müddətə tərk etməli olduğunuz zaman özünüzü günahkar hiss etmək üçün heç bir səbəb yoxdur. Əvəzində uşağınıza kömək edin ki, hisslərini sizsiz idarə edə bilsin – bu həm də onun daha müstəqil olması istiqamətində atılan vacib addımdır. Birlikdə sonra nə edəcəyiniz haqqında danışın Övladınızdan ayrılarkən onun narahatlıqlarının bir…
22 Aprel 2022

Uşağınızla iqlim dəyişikliyi haqqında necə söhbət aparmalı?

İqlim dəyişməkdədir və dünyada, demək olar ki, hər bir uşaq bu dəyişikliyin təsirinə məruz qalacaqdır. Bir çox valideyn üçün öz övladı ilə iqlim dəyişikliyi haqqında danışmaq çətin ola bilər. Uşaqları zərər və narahatlıqdan qorumaq istəyi təbiidir. Ancaq müəyyən yaşa çatandan sonra uşağınız iqlim dəyişikliyi haqqında məktəbdə, onlayn və ya…, 1. Söhbətə öncədən hazırlaşın, İqlim dəyişikliyi ilə bağlı bütün suallara heç kəs cavab verə bilməz və sizin də müəyyən cavabları bilməməyiniz normal haldır. İnternetdə mövcud olan çoxsaylı etibarlı resurslar, o cümlədən müzakirələr, videolar və məqalələrdən yaralanaraq elmi biliklərinizi yeniləyə bilərsiniz. NASA-nın bu mövzuda  uşaqlar üçün münasib formatda olan yaxşı…, 2. Dinləyin, Uşağınızla iqlim dəyişikliyi haqqında söhbətə başlamaq üçün onun bu mövzu ilə bağlı nələri artıq bildiyini və hansı hisslər keçirdiyini öyrənin. Uşağınızın artıq çox məlumatlı olması və bu mövzuda ifadə edə bildikləri sizi təəccübləndirə bilər. Onların planetimizlə bağlı qorxularını və ümidlərini öyrənmək üçün bu imkandan istifadə edin. Onları tam…, 3. Sadə elmi dildən istifadə edin, Uşağınızı ən yaxşı siz tanıyırsınız və buna görə də verəcəyiniz məlumatın uşağınız üçün uyğun olduğuna əmin olun. Yaxşı bir başlanğıc kimi, iqlim dəyişikliyini onların gündəlik həyatları ilə əlaqələndirmə imkanlarını, eləcə də əsas faktları birlikdə araşdıra bilərsiniz. Məsələn: “İnsanlar avtomobil sürmək, təyyarələri uçurmaq və evlərini…, 4. Çölə çıxın!, Uşağınızı imkan olan qədər təbiətlə tanış etməyə çalışın. Onların açıq havada oynamağa həvəsləndirilməsi təbiətdən həzz almaq və ona hörmət hissini inkişaf etdirməyə kömək edir. Birlikdə bayırda olanda ara-sıra fasilə edin və uşağın diqqətini təbiətdəki maraqlı yerlərə yönəldin, bu hər-hansı bir ağac, bulud, hörümçək toru və ya quş ola bilər.…, 5. Diqqəti həll yollarına yönəlidin, Müzakirə etdiyiniz hər problem üçün həll yolunu göstərməyə çalışın. Uşağınızla birlikdə iqlim dəyişikliyinin həlli yolları üzərində çalışan fərqli insanlar haqda məlumat araşdırın. Xəbərlərdə və ya öz icmanızda görüb-eşitdiyiniz müsbət və ruhlandırıcı hadisələri müzakirə edin. Bir ailə olaraq evinizdə tullantıları azaltmaq, suya qənaət etmək,…, 6. Uşağınızın hərəkətə keçməsi üçün ona dəstək göstərin, Dünyada gənclər iqlim dəyişiklikləri ilə bağlı tədbirləri öz əllərinə alır və hökumətlərin masasına çıxarırlar . Bir sıra başqa gənclər enerjidən daha səmərəli istifadə etməyin yeni yolları üzrərində çalışır, sosial mediada həll yollarını paylaşır və həftəlik iqlim yürüşlərinə qatılırlar. Uşağınıza bildirin ki, bir çox gənclər planetimizi qorumaq…, Bu mətn sizin üçün maraqlı idi?, Loading...
28 Dekabr 2021

Omikron variantı haqqında nələr bilirik?

Dünyadakı insanlar COVID-19-un Omicron variantından narahatdırlar. Biz bu yeni variant haqqında ən son ekspert məlumatlarını topladıq və daha çox məlumat əldə olunduqca bu məqaləni yeniləməyə davam edəcəyik. COVID-19 haqqında daha çox məsləhət və məlumat əldə etmək üçün   COVID-19 bələdçisinə baxın. Son yenilənmə: 17 dekabr 2021-ci il, Omicron variantı nədir?, COVID-19-un Omicron variantının davranışına təsir edə biləcək bir neçə mutasiyaya malik olduğuna dəlalət edən sübutlara əsaslanaraq, ÜST onu, narahatlıq doğuran variant adlandırılıb. Omicron ilə bağlı hələ də əhəmiyyətli dərəcədə qeyri-müəyyənlik var və onun ötürülməsi, şiddəti və təkrar infeksiya riskini qiymətləndirmək üçün bir çox araşdırma…, Omicron variantı necə inkişaf etdi?, Virus geniş yayılanda və çoxsaylı infeksiyalara səbəb olduqda, virusun mutasiyaya uğrama ehtimalı artır. Virusun yayılma imkanları nə qədər çox olarsa, onun dəyişmək imkanları da bir o qədər çox olur. Omicron kimi yeni variantlar, bizə COVID-19 pandemiyasının hələ bitməkdən çox uzaq olduğunu xatırladır. Buna görə də insanların peyvəndin əlçatan…, Omicron variantı harada mövcuddur?, Omicron variantı indi dünyanın bir çox ölkəsində aşkar edilmişdir. Ümumdünya Səhiyyə Təşkilatı, Omicronun hələ aşkar edilməmiş olsa belə, ehtimal ki, əksər ölkələrdə mövcud olduğunu bildirir., Omicron variantı digər COVID-19 variantlarından daha ağırdır?, Aşkar edilmiş ilkin məlumatlar Omicron-un Delta variantından daha az ağır ola biləcəyinə dəlalət edir, lakin daha çox məlumata ehtiyac var və ÜST xəbərdarlıq edir ki, onu "yüngül" variant kimi məhəl qoymaq olmaz. Araşdırmalar davam edir və bu məlumatlar mövcud olduqda yenilənəcək. Yadda saxlamaq lazımdır ki, COVID-19-un bütün variantları ağır…, Omicron variantı daha yoluxucudur?, Omicron digər variantlardan daha sürətlə yayılır. Mövcud məlumatlara və ÜST-nin qənaətinə əsasən, o icmalarda ki, COVID-19 ötürülməsi halları var, orada Delta variantını Omicron ötüb keçəcəkdir. Bununla belə, peyvənd olunmaq və izdihamlı yerlərdən qaçınmaq, başqaları ilə məsafə saxlamaq və maska ​​taxmaq kimi ehtiyat tədbirlərinin görülməsi COVID-…, Omicron variantı fərqli simptomlara səbəb olurmu?, Omicron-un digər COVID-19 variantlarından fərqli COVID-19 simptomlarına səbəb olduğuna dəlalət edən heç bir məlumat yoxdur., COVID-19 peyvəndləri Omicron variantına qarşı effektivdirmi?, Tədqiqatçılar Omicron variantının COVID-19 peyvəndlərinin effektivliyinə potensial təsirini araşdırırlar. Məlumatlar hələ də məhduddur, lakin ağır xəstəlik halalrına və ölümə qarşı peyvəndlərin effektivliyində kiçik bir azalma və yüngül xəstəlik və infeksiyanın qarşısının alınmasında azalma ola bilər. Bununla belə, ÜST bildirir ki, indiyə qədər…, Əvvəlki COVID-19 infeksiyası Omicron variantına qarşı effektivdirmi?, ÜST bildirir ki, ilkin sübutlar əvvəlki infeksiyanın Delta kimi digər narahatlıq doğuran variantlarla müqayisədə, Omicron-a qarşı daha az qorunma təmin edə biləcəyinə dəlalət edir. Məlumatlar hələ də məhduddur və yeniləndikcə biz onları paylaşacağıq. Əvvəllər COVID-19 olsanız belə, peyvənd olunmalısınız. COVID-19-dan sağalmış insanlarda virusa…, Hazırkı COVID-19 testləri Omicron variantını aşkar edirmi?, Geniş istifadə olunan PZR ( Polimeraz Zəncirvari Reaksiya ) və antigenə əsaslanan sürətli diaqnostik testlər Omicron da daxil olmaqla, COVID-19 infeksiyasını aşkarlamağa davam edir., Uşaqların Omicron variantına yoluxma ehtimalı daha yüksəkdir?, Omicron-un yoluxuculuğu ilə bağlı araşdırmalar davam edir və daha çox məlumat əldə olunduqca biz yeni məlumatları paylaşacağıq. Bununla belə, sosial üsniyyətdə olan və peyvənd olunmamış insanlar COVID-19-a yoluxmağa daha həssasdırlar. Mən özümü və ailəmi Omicron variantından necə qoruya bilərəm? Edə biləcəyiniz ən vacib şey virusa məruz qalma…, Uşağımla Omicron və digər COVID-19 variantları haqqında necə danışa bilərəm?, Gündəlik həyatımız COVID-19 və indi də Omicron variantı ilə bağlı xəbərlərlə dolur və balaca uşaqların buna dair suallarının çox olması təbiidir. Mürəkkəb bir mövzunun sadə və arxayınlaşdırıcı ifadələrlə izah etməyə sizə kömək edəcək məsləhətləri yadda saxlamaq üçün bəzi tövsiyələrə diqqət edin: • Uşaqların nə baş verdiyini bilmək hüququ var,…