07 Fevral 2024

Uşağınızın qızılca, parotit və məxmərəkdən qorunması

COVID-19 pandemiyası müddətində peyvəndlənmənin azalması nəticəsində, Avropa və Mərkəzi Asiyada qızılcaya yoluxma halları artmaqdadır. QPM peyvəndi ilə tam peyvənd olunmamış uşaqlar pnevmoniya, ömürlük beyin zədələnməsi, eşitmə qabiliyyətinin itirilməsi və hətta ölümlə nəticələnə bilən qızılca virusuna yoluxma riski ilə üzləşir. Dünyadakı…, Qızılca nədir?, Qızılca yüksək yoluxduruculuğa malik virus mənşəli bir xəstəlikdir.  O, yoluxmuş şəxsin öskürməsi və ya asqırması zamanı yayılaraq başqalarına keçə bilər. Digər insanlar çirklənmiş hava ilə nəfəs aldıqda və ya virusun olduğu səthə toxunduqdan sonra göz, burun və ya ağıza toxunduqda virusa yoluxa bilər.  Qızılca virusu havada iki saata qədər qala…, Parotit nədir?, Parotit yüksək yoluxduruculuğa malik virus mənşəli xəstəlikdir.  Yoluxmuş şəxs yanımızda öskürdükdə və ya asqırdıqda biz də yoluxa bilərik. O, həmçinin yoluxmuş bir şəxs burnuna və ya ağzına toxunduqdan sonra başqa birinin toxuna biləcəyi səthə toxunanda da yayılır. Simptomlar çox vaxt yüngül olur və adətən bir neçə gündən sonra başlayır.  Ən çox…, Məxmərək nədir?, Məxmərək virus mənşəli yoluxucu infeksiyadır.  Yoluxmuş şəxs yanımızda öskürdükdə və ya  asqırdıqda biz də bu infeksiyaya yoluxa bilərik. Bundan əlavə, yoluxmuş bir şəxsin toxunduğu və nəticədə məxmərək virusu ilə çirklənmiş səthə toxunduğumuz və sonra gözümüzə, ağzımıza və ya burnumuza toxunduğumuz zaman da bu infeksiya yayılır. Məxmərək keçmişdə…, QPM peyvəndi nədir?, QPM peyvəndi uşaqlarımızı qızılca, parotit və məxmərəyə (QPM) qarşı qoruyur. Bu xəstəliklər ağır fəsadlar doğura, hətta ölümlə nəticələnə bilər. Məhz buna görə də, bu xəstəliklərə qarşı immunlaşdırma uşaqlarımızın sağlam və qorunaraq böyüməsinə kömək etməyimiz üçün olduqca vacibdir. QPM peyvəndi 1970-ci illərdən istifadə olunur və dünyada 500…, QPM peyvəndi necə verilir?, Uşağa QPM peyvəndi qısa şpris vasitəsilə dəri altına yeridilir. Qızılca, parotit və məxmərəkdən ən yaxşı müdafiəni təmin etmək üçün uşaqlarımız QPM peyvəndinin hər iki dozasını almalıdır. QPM peyvəndinin dəqiq vaxtı ölkənizin peyvənd təqvimindən asılıdır. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə əsasən, QPM peyvəndinin 1-ci dozası uşağımızın ilk…, Övladımın yumurtaya allergiyası varsa, o,  QPM və digər peyvəndləri qəbul edə bilərmi?, Bəli. Yumurtaya allergiyası olan uşaqlar da QPM (qızılca-parotit-məxmərək) peyvəndini ala bilər. Vaksinin tərkibində çox cüzi miqdarda yumurta zülalı olur və hətta yumurtaya qarşı ağır allergiyası olan, məsələn, anafilaksiya  (çətin tənəffüs, sürətli ürək döyünməsi, ürəkbulanma və ya qusma, huşunu itirmək) keçirən uşaqlara da verilə bilər.…, Uşağım artıq qızılca, parotit və ya məxmərək keçiribsə, yenə də peyvənd edilməsinə ehtiyac varmı?, Uşaqlarımız keçmişdə bu xəstəliklərdən birini keçirmiş olsa belə, yenə də bu xəstəliklərə qarşı onları peyvənd etməliyik. QPM peyvəndi bir inyeksiya vasitəsilə uşağımızı 3 xəstəlikdən qoruyur: qızılca, parotit və məxmərək. Uşağımızın daha əvvəl bir xəstəliyə yoluxmuş olması onu hər 3 xəstəlikdən qoruya bilməz. Yadda saxlayın: bəzi xəstəliklər, o…, QPM peyvəndi autizmə səbəb olurmu?, Xeyr. Çoxsaylı tədqiqatlar göstərir ki, QPM (qızılca-parotit-məxmərək) peyvəndi və digər peyvəndlər autizmə səbəb olmur. QPM peyvəndi ilə autizm arasındakı əlaqə internetdə dolaşmağa davam edən bir mifdir və çoxsaylı tədqiqatlar bunun tamamilə yanlış olduğunu göstərib. QPM peyvəndi təhlükəsizdir və uşaqlarımızı qızılca, parotit və məxmərəkdən…, QPM peyvəndinin potensial yan təsirləri hansılardır?, İstənilən digər peyvənd və ya dərmanlar kimi, QPM (qızılca-parotit-məxmərək) peyvəndi bəzi yan təsirlərə malik ola bilər. Onların çoxu yüngül və müvəqqəti xarakterlidir. QPM peyvəndi təhlükəsiz və effektivdir və uşaqlarımızı qızılca, parotit və məxmərəkdən qoruyur. Bu təhlükəli xəstəliklər ağır fəsadlar törədə, hətta ölümlə nəticələnə bilər. QPM…
16 İyun 2021

COVID-19 vaksini olunmazdan əvvəl, bu proses zamanı və vaksinasiyadan sonra siz nəyi bilməlisiniz

Dünyada milyonlarla insan COVID-19 xəstəliyi əleyhinə təhlükəsiz şəkildə vaksinasiya olunaraq bizi yaxınlarımızla birlikdə zövq aldığımız işlərin çoxu ilə məşğul olmaq üçün qayıdışımıza bir addım da yaxınlaşdırıb. Çoxlarının COVID-19 xəstəliyinə qarşı vaksinlə tez bir vaxtda təmin edilməsi mümkün olmasa da, digərlərinin vaksinasiya prosesi…, Vaksinasiyaya getməzdən əvvəl, Öz araşdırmanızı aparın. İnternetdə vaksinlər haqqında yanlış məlumatlar həddindən artıq çox olduğundan, UNICEF və ÜST kimi etibarlı mənbələrdən məlumat almağınız vacibdir. Sizdə COVID-19 xəstəliyinə qarşı vaksini vurdurub-vudurmamaq barədə hər hansı sual yarandıqda, öz həkiminizə müraciət edin. Hal-hazırda aşağıdakı xəstəlikləri olan insanlar…, Vaksinasiya məntəqəsində olduğunuz vaxt ərzində, Təhlükəsiz yerdə qalın. Vaksinasiya məntəqəsində bütün təhlükəsizlik tədbirlərinə əməl edin, o cümlədən növbəni gözlədiyiniz zaman fiziki məsafə saxlayın və maskadan istifadə edin. Ünsiyyətdə olun. Əgər sizin sağlamlıq vəziyyətinizə görə hər hansı ehtiyat tədbirlərinin görülməsi tələb olunursa, məsələn əgər siz hamiləsiniz və ya sizin immunitet…, Vaksinasiya olunduqdan sonra, Müşahidə olunmaq üçün müvafiq məntəqədə qalın. Vaksinasiya olunduqdan sonra 15 dəqiqə ərzində sizdə hansısa birbaşa reaksiyaların baş vermədiyinə əmin olmaq üçün əlaqədar tibb işçisi sizi müşahidə etməlidir. Lakin bu vaksinasiyadan sonra insan orqanizmində kəskin reaksiyalar nadir hallarda baş verir. Bəzi yan təsirlərə hazır olun. Vaksinlər,…
16 İyun 2021

COVID-19 xəstəliyinə qarşı vaksinlər barədə nəyi bilməlisiniz?

Hər il vaksinlər 2-3 milyon nəfərin həyatını xilas edir. COVID-19 xəstəliyinə qarşı təhlükəsiz və səmərəli vaksinlərin işlənib hazırlanması pandemiyaya son qoymaq və yaxınlarımızla birlikdə zövq aldığımız işlərin çoxu ilə məşğul olmağa qayıtmaq üçün qlobal səylərimizdə irəliyə doğru böyük bir addımdır. Biz COVID-19 xəstəliyinə qarşı vaksinlər…, COVID-19 xəstəliyinə qarşı vaksinlər necə işləyirlər?, Vaksinlər müvafiq infeksiya agentini - xəstəliyə səbəb ola biləcək virusları, bakteriyaları və ya digər mikroorqanizmləri imitasiya edərək işləyirlər. Bu, immunitet sistemimizə ona qarşı sürətli və təsirli şəkildə cavab verməyi “öyrədir”. Ənənəvi olaraq, vaksinlər bunu immunitet sistemimizin “yadda saxlamasına” imkan verən infeksiya agentinin…, COVID-19 xəstəliyinə qarşı vaksinlər təhlükəsizdir?, Bəli, COVID-19 xəstəliyinə qarşı vaksinlərin mümkün qədər sürətlə işlənib hazırlanmasına baxmayaraq, onlar beynəlxalq səviyyədə razılaşdırılmış meyarlara cavab verdiyini sübut etmək üçün təhlükəsizlik və səmərəlilik üzrə ciddi klinik sınaqlardan keçməlidirlər. Yalnız bu standartlara cavab verdiyi təqdirdə, vaksin ÜST-nin və milli tənzimləyici…, Necə oldu ki, COVID-19 xəstəliyinə qarşı vaksinlər bu qədər sürətlə işlənib hazırlandı?, Tədqiqat və hazırlama sahəsinə misli görülməmiş sərmayə yatırımı və qlobal əməkdaşlıq sayəsində alimlər COVID-19 xəstəliyinə qarşı təhlükəsiz və səmərəli vaksinləri rekord müddətdə hazırlamağa müvəffəq oldurlar. Bütün standart təhlükəsizlik prosedurlarına və ciddi tənzimləmə normalarına riayət olunub: Qlobal pandemiya səbəbindən tədqiqatı aparmaq…, Mənim üçün COVID-19 xəstəliyinə qarşı ən yaxşı vaksin hansıdır?, ÜST-nin təsdiq etdiyi bütün vaksinlərin sizi ağır COVID-19 xəstəliyindən qorumaqda yüksək dərəcədə səmərəli olması sübuta yetirilib. Sizin üçün ən yaxşısı hazır və əlçatan olan vaksindir!, COVID-19 xəstəliyinə qarşı vaksinlər bu xəstəliyin yeni variantlarına qarşı işləyəcəkmi?, ÜST, bu günə qədər təsdiqlənmiş vaksinlərin COVID-19 xəstəliyinin yeni variantlarına qarşı ən azı müəyyən müdafiəni təmin edəcəyini bəyan edib. Dünya ekspertləri yeni variantların virusun davranışına necə təsir etdiyini, o cümlədən COVID-19 xəstəliyinə qarşı vaksinlərin səmərəliliyinə potensial təsirləri daim araşdırırlar. Bu vaksinlərdən hər…, Kimlər ilk növbədə vaksinasiya olunmalıdır?, 2021-ci ildə bütün qlobal ehtiyacları ödəmək üçün istehsal potensialı yetərli olmadığından, hamını eyni vaxtda vaksinasiya etmək mümkün olmayacaq. Ölkələr ÜST-nin tövsiyə etdiyi (səhiyyə sistemini qorumaq üçün) ilkin səhiyyə xidməti göstərən tibb işçilərindən və COVID-19 səbəbindən ən yüksək ölüm riski olanlardan, məsələn ahıllar və müəyyən…, Hansı hallarda siz COVID-19 xəstəliyinə qarşı vaksini vurdurmamalısınız?, Sizdə COVID-19 xəstəliyinə qarşı vaksini vurdurub-vudurmamaq barədə hər hansı sual yarandıqda, öz həkiminizə müraciət edin. Hal-hazırda aşağıdakı xəstəlikləri olan insanlar mümkün mənfi təsirlərdən qorunmaq üçün COVID-19 xəstəliyinə qarşı vaksini vurdurmamalıdırlar: Əgər onların COVID-19 xəstəliyinə qarşı vaksinin tərkibindəki hər hansı bir…, Mən nə vaxtsa COVID-19 xəstəliyinə artıq yoluxduğum halda, vaksinasiya olunmalıyammı?, Bəli, hətta əgər siz əvvəllər COVID-19 xəstəliyinə yoluxmusunuzsa, vaksinasiya olunmalısınız. COVID-19 xəstəliyindən sağalmış insanlarda virusa qarşı müəyyən təbii imunnitet əmələ gəlsə də, biz bu immunitetin hansı müddət ərzində davam edəcəyini və ya sizi nə dərəcədə səmərəli qoruyacağını bilmirik. Vaksinlər daha səmərəli müdafiəni təmin edirlər., COVID-19 vaksinləri nəsilartırma qabiliyyətinə təsir edə bilərmi?, Xeyr, sosial mediada yalan iddialar görmüş ola bilərsiniz, ancaq COVID-19 vaksinləri də daxil olmaqla hər hansı bir vaksinin qadınlarda və ya kişilərdə nəsilartırma qabiliyyətinə təsir edə biləcəyinə dair heç bir dəlil yoxdur. , COVAX nədir?, COVAX, COVID-19 xəstəliyinə qarşı vaksinlərin işlənib hazırlanması və istehsalını sürətləndirməyə, habelə onların dünya üzrə ədalətli və bərabərhüquqlu istifadəsini təmin etməyə yönəldilmiş qlobal səylərin bir hissəsidir. Bütün ölkələrin COVID-19 xəstəliyindən qorunması təmin edilməyənə qədər heç bir ölkə özünü bu xəstəlikdən sığortalaya…, Mən internetdə COVID-19 xəstəliyinə qarşı vaksinlər haqqında qeyri-dəqiq məlumatlara rast gəlmişəm. Mən nə etməliyəm?, Təəssüflər olsun ki, internetdə COVID-19 virusu və ona qarşı vaksinlər haqqında qeyri-dəqiq məlumatlar həddindən artıq çoxdur. Səhiyyə sahəsində böhran zamanı yanlış məlumatlar paranoyanın, qorxunun və stiqmatizasiyanın geniş şəkildə yayılmasına səbəb ola bilər. Eyni zamanda, bu, insanların virus qarşısında özünü çarəsiz və ya daha həssas his…, COVID-19 xəstəliyinə qarşı vaksinlər sizin DNT-nə təsir edə bilər?, Xeyr, COVID-19 xəstəliyinə qarşı vaksinlərdən heç biri sizin DNT-nə heç bir formada təsir etmir və ya onunla əlaqə qurmur. Matrisalı RNT ya da mRNT vaksinləri sizin orqanizmdə immunitetin cavab reaksiyasını hərəkətə gətirən proteinin hazırlanmasını hüceyrələrə “öyrədirlər”. Bu cavab reaksiyası nəticəsində sizi virusdan qoruyan anticisimlər əmələ…, COVID-19 xəstəliyinə qarşı vaksinlərin tərkibində hər hansı heyvan mənşəli məhsullar vardır?, Xeyr, ÜST-nin təsdiq etdiyi COVID-19 xəstəliyinə qarşı vaksinlərdən heç birinin tərkibində heyvan mənşəli məhsullar yoxdur., Hamımız COVID-19 xəstəliyi əleyhinə vaksinasiya olunana qədər mən öz ailəmi necə qoruya bilərəm?, Təhlükəsiz və səmərəli vaksinlər “oyunun qaydalarını dəyişirlər”, lakin hələ də aydın deyil, onlar bizi infeksiya və yoluxma hallarından nə dərəcədə qoruya biləcəklər. Hələlik isə, biz vaksinasiya olunduqdan sonra da özümüzü və başqalarını qorumaq üçün ehtiyat tədbirləri görməkdə davam etməliyik. Bu tədbirlər sırasına maskadan istifadə, fiziki…
15 İyun 2021

COVID-19 xəstəliyinə qarşı vaksinlər barədə dostlarınızla və ailə üzvlərinizlə necə danışmaq olar?

Hər il vaksinlər 2-3 milyon nəfərin həyatını xilas edir və müasir təbabətin ən böyük nailiyyətləri arasında yer alır. COVID-19 xəstəliyinə qarşı təhlükəsiz və səmərəli vaksinlərin işlənib hazırlanması pandemiyaya son qoymaq üçün qlobal səylərimizdə irəliyə doğru böyük bir addımdır. Bu, ürəkaçan bir xəbərdir, lakin COVID-19 xəstəliyinə qarşı…, Söhbət etdiyiniz şəxsin dəyərləri ilə əlaqə qurun, Hətta məysluq hiss etsəniz belə, empatiya göstərməyiniz vacibdir. Doktor Omər bunu məsləhət görür: “Danışana hiss etdirin ki, onu dinləyirsiniz.” Onun əsas hissləri ilə əlaqə qurmağa çalışın, məsələn əgər o etmək istədikləri işlərdən COVID-19 pandemiyasına görə çəkinməkdən yorulubdursa, hamımız xəstəlik əleyhinə vaksinasiya olunsaq xoşladığımız…, Söhbət etdiyiniz şəxsin sözünü kəsməyin, Yaxınınızın sözünü kəsmədiyinizə, onunla eyni vaxtda danışmadığınıza və səhvlərini dərhal düzəltmədiyinizə əmin olun. Söhbət etdiyiniz şəxsi dinləyin və o dayandıqdan sonra danışmağa başlayın. Doktor Ömər bunları deyir: “Siz hər hansı yanlış məlumatla razılaşmamalısınız, lakin empatiya göstərməlisiniz və bu cür məlumatlara görə münasibətləri…, Söhbət etdiyiniz şəxsin özündə güc hiss etməsinə kömək edin, Hal-hazırda insanların çoxu qorxu içində yaşayır. Pandemiya bizim həyatımızı tamamilə dəyişib. Doktor Ömər yaxınınıza gücverici mesaj göndərməyi təklif edir: Sən bu xəstəliklə nəsə edə bilərsən! Vaksinasiya olunduqda, özünün və yaxınlarının pandemiya şəraitində həyat tərzini dəyişməyə kömək edə biləcəyini ona xatırladın. “O bununla nəsə edə bilər…, Uydurmalara əhəmiyyət verməyin, Doktor Ömər bunu deyir: “Yanlış təsəvvürə birbaşa müqavimət göstərməkdə bir qədər ehtiyatlı olun”. Müzakirə konkret bir uydurmanın bütövlükdə və ya qismən ifşa edilməsi üzərində qurulmamalıdır, çünki adətən bir uydurmanın arxasınca başqası gəlir. Diqqəti uydurmaya yönəltmə, müvafiq faktla müqayisədə onu daha yaddaqalan etməklə əks nəticə verə…, Söhbət etdiyiniz şəxsin vaksinasiya olunacağını ehtimal edin, Dostunuza və ailə üzvünüzə sadəcə bunu deyin: “Gəl gedib vaksinasiya olunaq!” Bu metod ehtimaledici ünsiyyət adlanır. Doktor Ömər bunu deyir: “Elanedici və ya ehtimaledici yanaşma uğurlu olduğunu klinikada sübuta yetirib və şəxslərarası ünsiyyətdə də böyük ehtimalla işləyəcək.” Siz kiminsə müstəqilliyini əlindən almırsınız, sadəcə olaraq şifahi…, Məyus olmayın, Vaksinlər əleyhinə olan hər hansı şəxsi inandırmaq uzun sürən bir prosesdir. Doktor Ömər bunu deyir: “Bu, həddindən artıq çətindir.” Unutmayın ki, ümumiyyətlə vaksinlər əleyhinə qəti şəkildə olanların mövqeyi bir söhbət nəticəsində, böyük ehtimala, dəyişməyəcək. Bəs, burada vacib olanı nədir? Onlarla əlaqə saxlamaq. Müsahibə və məqalə UNICEF-in…
14 İyun 2021

COVID-19 xəstəliyinə qarşı vaksinlər barədə uşaqlarınızla necə danışmaq olar?

1. Son hadisələr barədə məlumatlı olduğunza əmin olun, COVID-19 xəstəliyinə qarşı vaksinlər barədə uşaqlarınızla danışmağa başlamazdan əvvəl, onları şəxsən başa düşməyiniz vacibdir. Doktor May Varşavskilə söhbət başlanğıc üçün ən gözəl fürsətdir., 2. Soruşun və dinləyin, Uşağınızı COVID-19 xəstəliyinə qarşı vaksinlər barədə eşitdiklərini sizinlə bölüşməyə dəvət edin və onun cavablarını dinləyin. Bu cür söhbətə hərtərəfli qoşulmaq və uşağınızın hər hansı qorxusunu ciddi şəkildə qəbul etmək vacbdir. Təmkinli olun, pandemiya və yanlış məlumatlar hər kəs üçün böyük narahatlıqlara və qeyri-müəyyənliyə səbəb olub.…, 3. Uşağınızla səmimi olun, Uşaqlar baş verənlər barədə bilmək hüququna malik olsalar da, bu, onların yaşına uyğun tərzdə izah olunmalıdır. Nəzərə alın ki, uşaqlar böyüklərdən emosional siqnallar alırlar, buna görə də uşağınızın narahat ola biləcəyini bildiyiniz üçün həyacanlansaz da, öz qorxunuzu ona açıq şəkildə göstərməkdən çəkinin. Oyun, azyaşlı uşaqlarda çətin…, 4. Uşağınızın suallarına cavab verin, Uşağınızın COVID-19 xəstəliyinə qarşı vaksinlər barədə verə biləcəyi suallara ehtiyatda saxlamağınız üçün bəzi münasib cavablar bunlardır: Vaksin nədir? Vaksin səni xəstəlikdən qoruyan bir qalxandır. Vaksinlər necə işləyirlər? Vaksinlər sənin orqanizminə xəstəliklərə qarşı mübarizə aparmağı öyrədirlər. Onlar xəstəlik yaradan mikrobun (və ya mikrob…