Məktəbə qayıdış
Uşaqlarımızı yenidən məktəbə göndərməyə hazırlaşdığımız zaman, onları ən yaxşı şəkildə COVID-19-dan necə qoruyacağımıza dair suallarımız ola bilər. Məktəblərin bağlanmasının uşağın rifahına əhəmiyyətli təsiri var. Uşaqların mümkün olduqca həmyaşıdları ilə ünsiyyət qurmaq, öyrənmək və emosional inkişaf etmək imkanının olması önəmlidir. Aparılan…, 1. Bu il uşağımı məktəbə göndərməliyəm?, Qısa cavab: Əlbəttə! Göründüyü kimi, məktəblərin bağlanması uşaqların sağlamlığına və rifahına, eləcə də onların təhsilinə mənfi təsir göstərir. İşçi heyət və müəllimlər COVID – 19 dair tövsiyə olunan ehtiyat tədbirlərinə riayət etdikdə və əllərin yuyulması, fiziki məsafənin saxlanılması və havalandırma üzrə təhlükəsizlik protokolları fəaliyyət…, 2. Uşağımı məktəbə necə hazırlamalıyam?, Uşaqlarınıza, məktəbə qayıdışın onlara dostları və müəllimləri ilə birgə vaxt keçirmək, gündəlik məşğuliyyətlər və fəaliyyətlər kimi bütün əyləncəli və maraqlı şeyləri geri gətirəcəyini xatırladın. Onlarla əllərin təmiz saxlanılması, fiziki məsafənin gözlənilməsi, öskürək və ya asqırma zamanı ağız və burunların dirsək və ya salfet ilə tutulması…, 3. Məktəbə qayıdışla bağlı uşağım həyəcan keçirərsə, nə edim?, Uşaqlarda məktəbə qayıdış perspektivi ilə bağlı narahatıq ola bilər. Stress əlamətlərinə diqqət yetirin və uşaqınızı narahatlıqları barədə açıq danışmağa təşviq edin. Onları əmin edin ki, məktəb, hər kəsi COVID-19-dan qorumaq üçün əlindən gələni edir və hamımız öhdəmizə düşəni edə bilərik. Dürüst olmağı və onların hisslərinə qarşı anlayışlı…, 4. Uşağım xəstələnərsə, nə edim?, Əgər uşağınızda qızdırma, burun tutulması, boğaz ağrısı və ya öskürək kimi hər hansı xəstəlik əlaməti varsa, ən yaxşısı onu məktəbə göndərməyin. Məktəbinizin qaydalarına əməl edin və lazım olduqda tibbi yardım üçün müraciət edin. Digər tərəfdən, əgər uşağınız COVID-19-a yoluxmuş şəxslə təmasda olubsa, yerli səhiyyə orqanlarının özünütəcrid…, 5. Həmçinin, uşağım məktəbdən evə gəldiyi zaman, mən hər hansı əlavə ehtiyat tədbirləri görməliyəm?, Məktəblər, uşaqlar və onların ailələri üçün təhlükəsiz yer olmağa hazır olmalıdırlar. Uşağınızdan və ya müəllimdən onları digər insanlar ilə sıx təmasa gətirə biləcək fəaliyyətlər haqqında sizə məlumat verməklərini xahiş edin. Ümumiyyətlə, əgər məktəblərdə tövsiyə olunan təhlükəsizlik tədbirləri görülürsə, uşaqların evə qayıtmasından narahat…, 6. Uşağım məktəbdə xəstələnsə, nə edim?, Məktəbdə olarkən uşağınızda COVID-19 simptomları özünü biruzə versə, müəllim və ya məktəb personalı sürətlə hərəkət etməlidir. Yerli səhiyyə orqanlarının rəhbər prinsiplərinə uyğun olaraq atılmalı olan hərəkətləri qiymətləndirmək üçün dərhal valideynlərlə əlaqə saxlamaq lazımdır. COVID-19 testinin aparılmasının zəruriliyini qiymətləndirmək və…, 7. Övladımın sinif yoldaşı və ya müəllimi məktəbdə xəstələnsə, nə edim?, Əgər məktəb övladınızın sinif yoldaşının və ya müəlliminin COVID-19 üçün test nəticəsinin müsbət çıxdığını bildirsə, uşağınızda simptomları izləyin və yerli səhiyyə orqanlarının özünütəcrid tövsiyələrinə əməl edin. Əgər övladınızda qızdırma, öskürək və ya yorğunluq kimi COVID-19 simptomları təzahür edərsə, tibbi yardım üçün müraciət edin.…, 8. Astma, piylənmə, diabet və digər xəstəliklər olan uşaqlar məktəbə qayıda bilərmi?, Cavab uşağın hazırki səhhətindən, yaşadığı icmada COVID-19 ilə bağlı vəziyyətdən və məktəbin həyata keçirdiyi təhlükəsizlik tədbirlərindən asılıdır. Məktəbdə əllərin yuyulması, fiziki məsafənin gözlənilməsi və havalandırma daxil olmaqla təhlükəsizlik protokollarının icrasına əmin olun. Təsdiq olunmuş məlumatlara görə, əksər hallarda, COVID-19…