Uşağınızın qızılca, parotit və məxmərəkdən qorunması
COVID-19 pandemiyası müddətində peyvəndlənmənin azalması nəticəsində, Avropa və Mərkəzi Asiyada qızılcaya yoluxma halları artmaqdadır. QPM peyvəndi ilə tam peyvənd olunmamış uşaqlar pnevmoniya, ömürlük beyin zədələnməsi, eşitmə qabiliyyətinin itirilməsi və hətta ölümlə nəticələnə bilən qızılca virusuna yoluxma riski ilə üzləşir. Dünyadakı…, Qızılca nədir?, Qızılca yüksək yoluxduruculuğa malik virus mənşəli bir xəstəlikdir. O, yoluxmuş şəxsin öskürməsi və ya asqırması zamanı yayılaraq başqalarına keçə bilər. Digər insanlar çirklənmiş hava ilə nəfəs aldıqda və ya virusun olduğu səthə toxunduqdan sonra göz, burun və ya ağıza toxunduqda virusa yoluxa bilər. Qızılca virusu havada iki saata qədər qala…, Parotit nədir?, Parotit yüksək yoluxduruculuğa malik virus mənşəli xəstəlikdir. Yoluxmuş şəxs yanımızda öskürdükdə və ya asqırdıqda biz də yoluxa bilərik. O, həmçinin yoluxmuş bir şəxs burnuna və ya ağzına toxunduqdan sonra başqa birinin toxuna biləcəyi səthə toxunanda da yayılır. Simptomlar çox vaxt yüngül olur və adətən bir neçə gündən sonra başlayır. Ən çox…, Məxmərək nədir?, Məxmərək virus mənşəli yoluxucu infeksiyadır. Yoluxmuş şəxs yanımızda öskürdükdə və ya asqırdıqda biz də bu infeksiyaya yoluxa bilərik. Bundan əlavə, yoluxmuş bir şəxsin toxunduğu və nəticədə məxmərək virusu ilə çirklənmiş səthə toxunduğumuz və sonra gözümüzə, ağzımıza və ya burnumuza toxunduğumuz zaman da bu infeksiya yayılır. Məxmərək keçmişdə…, QPM peyvəndi nədir?, QPM peyvəndi uşaqlarımızı qızılca, parotit və məxmərəyə (QPM) qarşı qoruyur. Bu xəstəliklər ağır fəsadlar doğura, hətta ölümlə nəticələnə bilər. Məhz buna görə də, bu xəstəliklərə qarşı immunlaşdırma uşaqlarımızın sağlam və qorunaraq böyüməsinə kömək etməyimiz üçün olduqca vacibdir. QPM peyvəndi 1970-ci illərdən istifadə olunur və dünyada 500…, QPM peyvəndi necə verilir?, Uşağa QPM peyvəndi qısa şpris vasitəsilə dəri altına yeridilir. Qızılca, parotit və məxmərəkdən ən yaxşı müdafiəni təmin etmək üçün uşaqlarımız QPM peyvəndinin hər iki dozasını almalıdır. QPM peyvəndinin dəqiq vaxtı ölkənizin peyvənd təqvimindən asılıdır. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə əsasən, QPM peyvəndinin 1-ci dozası uşağımızın ilk…, Övladımın yumurtaya allergiyası varsa, o, QPM və digər peyvəndləri qəbul edə bilərmi?, Bəli. Yumurtaya allergiyası olan uşaqlar da QPM (qızılca-parotit-məxmərək) peyvəndini ala bilər. Vaksinin tərkibində çox cüzi miqdarda yumurta zülalı olur və hətta yumurtaya qarşı ağır allergiyası olan, məsələn, anafilaksiya (çətin tənəffüs, sürətli ürək döyünməsi, ürəkbulanma və ya qusma, huşunu itirmək) keçirən uşaqlara da verilə bilər.…, Uşağım artıq qızılca, parotit və ya məxmərək keçiribsə, yenə də peyvənd edilməsinə ehtiyac varmı?, Uşaqlarımız keçmişdə bu xəstəliklərdən birini keçirmiş olsa belə, yenə də bu xəstəliklərə qarşı onları peyvənd etməliyik. QPM peyvəndi bir inyeksiya vasitəsilə uşağımızı 3 xəstəlikdən qoruyur: qızılca, parotit və məxmərək. Uşağımızın daha əvvəl bir xəstəliyə yoluxmuş olması onu hər 3 xəstəlikdən qoruya bilməz. Yadda saxlayın: bəzi xəstəliklər, o…, QPM peyvəndi autizmə səbəb olurmu?, Xeyr. Çoxsaylı tədqiqatlar göstərir ki, QPM (qızılca-parotit-məxmərək) peyvəndi və digər peyvəndlər autizmə səbəb olmur. QPM peyvəndi ilə autizm arasındakı əlaqə internetdə dolaşmağa davam edən bir mifdir və çoxsaylı tədqiqatlar bunun tamamilə yanlış olduğunu göstərib. QPM peyvəndi təhlükəsizdir və uşaqlarımızı qızılca, parotit və məxmərəkdən…, QPM peyvəndinin potensial yan təsirləri hansılardır?, İstənilən digər peyvənd və ya dərmanlar kimi, QPM (qızılca-parotit-məxmərək) peyvəndi bəzi yan təsirlərə malik ola bilər. Onların çoxu yüngül və müvəqqəti xarakterlidir. QPM peyvəndi təhlükəsiz və effektivdir və uşaqlarımızı qızılca, parotit və məxmərəkdən qoruyur. Bu təhlükəli xəstəliklər ağır fəsadlar törədə, hətta ölümlə nəticələnə bilər. QPM…