Körpələri ana südü ilə qidalandırmanın təbliği
UNICEF ölkədə ana südü ilə qidalanma, həmçinin körpələrin və erkən yaşlı uşaqların qidalanmasının əhəmiyyətinə dair məlumatların analara və ailələrə çatdırılması üçün multimedia vasitələri ilə ictimai məlumatlandırma kampaniyalarına dəstək verir.

- English
- Azərbaycanca
Azərbaycanda körpələri ana südü ilə qidalandırma göstəricisinin aşağı səviyyədə olmasını şərtləndirən amillərin sayı çoxdur. Bir sıra hallarda ananın mədəni baxışları körpəni döşlə əmizdirməməyə qərar verməsinə gətirib çıxara bilər, səhiyyə işçiləri ana südü ilə qidalanmanın yeni ana olmuş qadınlar arasında təbliğinə etinasız yanaşa bilər, habelə ana südünü əvəzedici hazır qida qatışıqlarının mövcudluğu qadınları öz körpələrini ana südü ilə qidalandırmaqdan uzaqlaşdıra bilər.
UNICEF Azərbaycanda körpələri ana südü ilə qıdalandırma və bunun faydaları haqda düzgün, asan başa düşülən məlumatların qadınlar arasında təbliğ edilməsini dəstəkləyir. Öz körpələrini ana südü ilə qıdalandırmaları üçün qadınlara dəstəkverici mühit yaratmaq məqsədilə, Azərbaycanda “Körpə Dostu” xəstəxana təşəbbüsü bərpa olunub və UNICEF ilə Ümumdünya Səhiyyə Təşkilatı ilkin səhiyyə xidməti işçilərinin, məsələn, mamaçaların ana südü ilə qidalandırmanı təbliğ etmələrinə dəstək məqsədilə yenilənmiş təlimatlar hazırlayırlar.Biz Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə əməkdaşlıq şəraitində Azərbaycanda ana və uşaqların səhiyyə xidmətləri ilə təmin olunmasını genişləndirmək və “Körpə Dostu” xəstəxana standartlarını ölkədəki doğum evlərinin standartlarına daxil etmək istiqamətində çalışırıq.

UNICEF Azərbaycanda körpələrin və azyaşlı uşaqların ana südü ilə qidalandırılması və düzgün qıdalanmasının əhəmiyyəti barədə məlumatları analara və ailələrə təqdim edən ictimai mültimedia informasiya kampaniyalarına da dəstək verir.
"Anam mənim qəhrəmanımdır!"
"Anam mənim qəramanımdır!" adlı ictimai kampaniya yeni doğulmuş körpələrin ilk 6 ay ərzində yalnız ana südü ilə qidalandırılmasını analar arasında təşviq edərək ictimai diqqəti özünə cəlb edib və körpənin həyata ən yaxşı başlanğıcı üçün yalnız ana südü ilə qidalandırılmasının əhəmiyyətinə dair məlumatların təbliq edilməsinə töhfə verib. Əlavə video materiallarla tanış olmaq üçün bizim YouTube kanalımıza baxmağınız xahiş olunur.