İnklüziv Təhsil
UNICEF müəllimlərə təlimlər keçməklə, tədris planlarını hazırlamaqla və ictimaiyyət üçün məlumatlandırma kampaniyaları aparmaqla inklüziv təhsili təşviq edir.
- Available in:
- English
- Azərbaycanca
Uzun müddət belə hesab olunub ki, əlilliyi olan uşaqlar ayrılıqda təhsil almalıdırlar. Lakin tədqiqatlar göstərdi ki, bu cür uşaqların digər uşaqlarla birgə, eyni sinifdə həyata keçirilən dərs prosesində iştirakı bu prosesin bütün iştirakçılarına təhsil və sosial baxımdan fayda verir. İnklüziv təhsil bir seçim deyil, BMT-nin “Uşaq hüquqları haqqında” və “Əlillərin hüquqları haqqında” Konvensiyaları ilə müəyyən edilmiş və hal-hazırda Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsbit olunmuş uşaq hüququdur.
Azərbaycan hökuməti əlilliyi olan uşaqların hüquqlarının inklüziv təhsil vasitəsilə dəstəklənməsi öhdəliyini öz üzərinə götürsə də, bu öhdəliyin yerinə yetirilməsi istiqamətində bu kimi çətinliklər hələ də qalmaqdadır:
- Əlilliyi olan şagirdlərin təhsil prosesində digər şagirdlərlə bərabər səviyyədə iştirakını
- təmin edən qanunvericilik bazasının və siyasətlərin mövcud olmaması;
- Məktəblərdə əlilliyi olan uşaqlar üçün fiziki şəraitin mövcud olmaması;
- Müəllimlərin əlilliyi olan uşaqlarla iş təcrübəsinə, həmçinin sinif otağında köməkçi
- texnologiyalardan istifadə üçün zəruri biliklərə malik olmaması;
- Əlilliyi olan uşaqların təcrid olunmasına səbəb olan yanlış məlumatlardan
- qaynaqlanan münasibətlərin və dərin kök salmış sosial normaların mövcudluğu.

İrəliləyişə gətirib çıxaran tədbirlərin həyata keçirilməsi
UNICEF Azərbaycanda üç əsas sahəni hədəfə götürməklə inklüziv təhsilə dəstəkverir: qanunvericilik bazasının təkmilləşdirilməsi; müəllimlərin təlimləndirilməsi daxilolmaqla təhsilin məzmununun gücləndirilməsi; valideynlərə və mə ktəblilərə inklüzivtəhsiləmüsbət münasibətin aşılanması.
Eyni zamanda, biz bundan əvvəl uğurla həyata keçirilmiş və hazırda ölkənin müxtəlifrayonlarında resurs mərkəzlərini əhatə edən pilot proqramını əsas götürərək bütün ölkə boyu təkrar tətbiq edilə biləcək inklüziv məktəb konsepsiyasının ormalaşdırılmasına diqqət yetiririk. Bu mərkəzlər daha çox sayda məktəbi, müəllimi və valideyni inklüziv təhsilin dəstəklənməsi üçün tələb olunan resurslarla təmin edir.
Biz faktlara əsaslanan tədbirlərin müntəzəm şəkildə həyata keçirilməsi ilə bağlıöhdəliyimizin tərkib hissəsi kimi, bütün sahələrdə əlillik zəminində ayrı-seçkiliyin aradan qaldırılmasına şərait yaradan siyasətləri təkmilləşdirmək məqsədilə müvafiq strategiyaların işlənib hazırlanması üçün istifadə olunan məlumatların toplanması işini davam etdiririk.
Tədbirlərin xronoloji ardıcıllığı
2006-cı il
Birləşmiş Millətlər Təşkilatı "Əlillərin hüquqalrı haqqında" Konvensiyanın (UNCRPD) layihəsini hazırlayır
2008-ci il
Azərbaycan Respublikası digər 161 ölkə ilə yanaşı "UNCRPD" Konvensiyasını ratifikasiya edir.
2018-2024-cü illər
Azərbaycan Hökuməti "2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nı təqdim edir.
2018-2020-ci illər
UNICEF Azərbaycanda əlilliyi olan uşaqlar üçün keyfiyyətli inklüziv təhsil imkanlarının artırılması üzrə proqramın icrasına Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Avropa İttifaqı ilə birgə başlayır.
Əlavə informasiya ilə tanış olmaq üçün Azərbaycan və ingilis dillərində hazırlanmış inklüziv təhsil layihəsinə aid qısa qeydlərə baxmağınız xahiş olunur.