İcma-əsaslı reabilitasiya (İƏR) – bir mərkəzdən daha çox
Leylanın həyatının necə dəyişdiyi haqqında hekayə

- Available in:
- English
- Azərbaycanca
Şirvan şəhəri Azərbaycanın aran regionunda yerləşir və Bakıdan saat yarımlıq məsafədə yerləşir. Azərbaycana Birgə Yardım (UAFA) təşkilatının Şirvandakı icma-əsaslı reabilitasiya mərkəzi xüsusi qayğıya ehtiyacı olan uşaqlara reabilitasiya və sosial reabilitasiya xidmətləri, eləcə də onların valideynlərinə lazımi məsləhət və dəstək xidmətlərini göstərir. Mərkəzdə təşkil edilən fərdi və qrup məşğələlərinə valideynlər uşaqlarını həftədə bir yaxud iki dəfə gətirirlər. Şirvanda bu kimi xidmətlərə böyük ehtiyac vardır, çünki əksər valideynlər özəl mərkəzlər tərəfindən göstərilən xidmətlərə görə ödəniş etmək imkanında deyildir.
2016-cı ildə açılmış Şirvan İƏR mərkəzi, 2019-cu ildən başlayaraq Avropa İttifaqının maliyyə dəstəyi ilə UNICEF ilə birgə əməkdaşlıqda həyata keçirilən “İnteqrasiya olunmuş sosial xidmətlər modeli” layihəsi çərçivəsində fəaliyyət göstərir. Yerli qurumlardan, azyaşlıların işləri və hüquqları üzrə komissiyalar, tibb işçiləri, şəhər səhiyyə və sosial müdafiə şöbələrindən alınan göndərişlər ilə mərkəz hazırda 90 ən ehtiyaclı kateqoriyadan olan ailə və onların uşaqlarına müxtəlif xidmətlər göstərir.
“Azərbaycanın regionlarında icma-əsaslı reabilitasiya xidmətlərinə və uşaq inkişafı mütəxəssisləri tərəfindən göstərilən keyfiyyətli dəstək xidmətlərinə ehtiyacı olan xeyli sayda ailələr var,” layihənin sosial iş üzrə məsləhətçi mütəxəssisi Elmir Valehli bildirir. “Hazırda, Azərbaycanda Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “İnteqrasiya olunmuş sosial xidmətlər modeli” layihəsi çərçivəsində fəaliyyət göstərən üç İƏR mərkəzi var: Gəncə, Şirvan və Ağcabədi İƏR mərkəzləri. İnanırıq ki, bu layihə ən ehtiyaclı kateqoriyadan olan ailələr və onların uşaqlarının inkişafını və sosial müdafiəsini keyfiyyətli xidmətlər və müdaxilə proqramları vasitəsilə dəstəkləməklə onların həyatında olduqca böyük rol oynayır.”

İnanırıq ki, bu layihə ən ehtiyaclı kateqoriyadan olan ailələr və onların uşaqlarının inkişafını və sosial müdafiəsini keyfiyyətli xidmətlər və müdaxilə proqramları vasitəsilə dəstəkləməklə onların həyatında olduqca böyük rol oynayır.”
Şirvan İƏR mərkəzi tərəfindən faydalı xidmətlər alan uşaqlardan biri də 8 yaşlı Leyladır. Leylanın anası Ruqiyyə xanım Leylanı ilk dəfə 2019-cu ildə Şirvan İƏR mərkəzinə gətirib. Leylanın əsas sosial və kommunikasiya bacarıqlarında zəifliyi var idi, həmyaşıdları ilə aktiv ünsiyyət saxlamaqdan çəkinir, uşaqlarla oynamır, yeni mühit və insanlar arasında özünü narahat hiss edirdi. Onun həmçinin nitq geriliyi və rəngləri ayırd etməkdə də çətinliyi var idi. “O, ağlayır və mərkəzə girmək istəmirdi.” İƏR mərkəzinin mütəxəssisi Leylanın ilk gəldiyi günü belə xatırlayır.
İƏR mərkəzin uşaq inkişafı mütəxəssislərinin peşəkar müdaxiləsi nəticəsində, Leylanın davranışları dəyişdi və o ətraf mühitə uyğunlaşmağa başladı. Leylada mütəxəssislərə qarşı inam, məşğələlərə isə maraq yarandı.
Şirvan İƏR mərkəzi tərəfindən faydalı xidmətlər alan uşaqlardan biri də 8 yaşlı daun sindromlu Leyladır. Leylanın anası Ruqiyyə xanım Leylanı ilk dəfə 2019-cu ildə Şirvan İƏR mərkəzinə gətirib. Leylanın əsas sosial və kommunikasiya bacarıqlarında zəifliyi var idi, həmyaşıdları ilə aktiv ünsiyyət saxlamaqdan çəkinir, uşaqlarla oynamır, yeni mühit və insanlar arasında özünü narahat hiss edirdi. Onun həmçinin nitq geriliyi və rəngləri ayırd etməkdə də çətinliyi var idi. “O, ağlayır və mərkəzə girmək istəmirdi.” İƏR mərkəzinin mütəxəssisi Leylanın ilk gəldiyi günü belə xatırlayır.
İƏR mərkəzin uşaq inkişafı mütəxəssislərinin peşəkar müdaxiləsi nəticəsində, Leylanın davranışları dəyişdi və o ətraf mühitə uyğunlaşmağa başladı. Leylada mütəxəssislərə qarşı inam, məşğələlərə isə maraq yarandı.

“Əvvəllər Leylanı bir sıra mərkəzlərə aparmışdım, lakin istədiyim nəticəni ala bilmirdim. Məktəb yaşında olmasına baxmayaraq, nə məktəbə gedir, nə də evdə təhsil alırdı. Təəssüflər olsun ki, Şirvan şəhərində inklüziv sinifli məktəb yoxdur. Leylanın valideynləri olaraq, bizim həmişə ən böyük xəyalımız onu məktəbli kimi görmək idi.” Leylanın valideyni Ruqiyyə xanım deyir.
Sosial reabilitasiya xidmətləri sayəsində qısa müddət ərzində Leylanın qavrama və sosial bacarıqları nəzərəçarpacaq dərəcədə yaxşılaşdı. Leylanın nitqinin daha da yaxşı inkişaf etməsi, onun həmyaşıdları ilə fəal ünsiyyətə girməsinə və qrup məşğələlərimizə qatılmasına da yardımçı oldu. İƏR mərkəzi Ruqiyyə xanıma qızının irəliləyişlərinə daha yaxşı nəzarət etmək üçün zəruri məsləhət və bacarıqları da təmin etdi.
Uzun və həmçinin əziyyətli yoldan keçərək Leyla ilk dəfə məktəbli adını qazanaraq Şirvan şəhər T.Bağırov adına 11 saylı tam orta məktəbin birinci sinfinə qəbul oldu.
“Leylanın məktəbli adını qazanması və məktəb yoldaşları ilə birgə vaxt keçirməsinə görə özü ilə fəxr etməsindən dolayı, onun bu qədər xoşbəxt olduğunu xatırladığımızda göz yaşlarımızı saxlaya bilmirik,” Ruqiyyə xanım deyir. “Onun musiqiyə və rəqsə olan həvəsinə görə şəhərdə olan rəqs dərnəyinə də göndərdik.”
Pandemiya səbəbilə məktəblərin bağlanması ilə əlaqədar olaraq, Leylanın vaxtının səmərəli keçməsi və bu zamana qədər öyrəndiklərinin itirilməməsi üçün ailə ilə Portic proqramı və onlayn reabilitasiya xidmətləri üzrə iş aparılır.
Ruqiyyə xanım fikrini belə tamamlayır: “İƏR mərkəzi bizim ailə üçün bir ümid yeri oldu. Mərkəzin uşaq inkişafı mütəxəssislərinin dəstəyi ilə Leyla hazırda həmyaşıdları və dostları ilə ünsiyyət qurur və vaxtını yaxşı keçirir. Onun bütün uğurları bizi çox sevindirir. Ailəmizin bütün üzvləri Leylanı çox sevir və hər birimiz ona daim dəstək göstəririk. Mütəxəssislərin doğru peşəkar yanaşması və müdaxiləsi nəticəsində, qızım məktəbli adını qazandı və bizim arzumuz da gerçəkləşdi. Ailəmiz adından bu mərkəzə və bu layihəyə dərin təşəkkürümüzü bildiririk. Qoy bütün uşaqlar daim doğru insanlar ilə əhatə olunsunlar.
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “İnteqrasiya olunmuş sosial xidmətlər modeli” layihəsi seçilmiş rayonlarda ehtiyaclı kateqoriyadan olan uşaqlara geniş çeşidli dəstək xidmətlərinin göstərilməsində müvafiq dövlət qurumları ilə birlikdə işləyən UNICEF və yerli QHT-lər ilə birgə əməkdaşlıqda həyata keçirilir.