2022 Dövlət büdcəsinin icmalı

UNICEF-in Azərbaycandakı Nümayəndəliyi 2022 dövlət büdcəsinin icmalını təqdim edir.

Highlights

UNICEF-in Azərbaycandakı Nümayəndəliyi 2022 dövlət büdcəsinin icmalını təqdim edir. Sənəd Sosial Siyasət proqramının Uşaqlar Üçün Dövlət Maliyyəsi (PF4C) istiqaməti çərçivəsində hazırlanmışdır. İcmalın məqsədi çoxşaxəli büdcə məlumatlarını uşaq hüquqları nöqteyi-nəzərindən təhlil etməklə hökumətin uşaqlara ayrılan maliyyəni necə təkmilləşdirə biləcəyi ilə bağlı müzakirə açmaqdır. Sənəd 2018-2022-ci maliyyə illərinə aid məlumatların təhlili yolu ilə dövlət büdcəsinin Azərbaycanda uşaqların ehtiyaclarına nə dərəcədə cavab verdiyini araşdırır. Təhlil zamanı uşaqlar üçün prioritet sektorlar olan səhiyyə, təhsil və sosial müdafiəyə  xüsusi diqqət yetirilir. Sənəd həmçinin vurğulayır ki, prioritet sektorlar üzrə ayırmalar heç də həmişə bütün bu ayırmaların birbaşa uşaqlara və uşaqlı ailələrə çatması demək deyil. Bundan əlavə, uşaqlar üçün dövlət xərclərinə bu təhlildə əhatə olunmayan ətraf mühit, iqtisadi fəaliyyətlər, ictimai xidmətlər və s. kimi digər sektorlarda da rast gəlinə bilir. UNICEF-in Azərbaycandakı Nümayəndəliyi Uşaqlar Üçün Dövlət Maliyyəsi gündəliyi çərçivəsində bu istiqamətdə hökumətlə işləməyə hazırdır.

Author(s)
UNICEF Azerbaijan
Publication date
Languages
Azərbaycan dili, İngilis dili

Files available for download