Yeniyetmələr COVİD-19 alovlanması müddətində öz psixoloji sağlamlığını necə qoruya bilər

Yeni (müvəqqəti) həyat tərzi ilə üzləşən yeniyetmələr üçün 6 üsul.

UNICEF
A girl smiling.
UNICEF/UN042127/Pirozzi
24 Mart 2020
Yeniyetmə olmaq istənilən halda çətindir. Koronavirus xəstəliyi (COVİD-19) isə bunu daha da çətinləşdirir. Məktəblərin bağlanması və tədbirlərin ləğv olunması nəticəsində bir çox yeniyetmələr gənclik dövrlərinin ən böyük anlarından bəzilərini, eləcə də dostları ilə ünsiyyət və dərslərdə iştirak kimi gündəlik anları itirmiş olur. Koronavirus alovlanması ilə əlaqədar üzləşdiyi həyati dəyişikliklərə görə özünü narahat, təcrid olunmuş və məyus hiss edən yeniyetmələr, bunu bilin ki, siz tək deyilsiniz. Biz yeniyetmələr üzrə psixoloq, bestsellerlərin müəllifi və "New York Times" qəzetinin aylıq köşə yazarı d-r Liza Damur ilə özünüzə qulluq və psixoloji sağlamlığınızın qeydinə qalmaq üçün edə biləcəkləriniz barədə söhbət etdik. 1. Keçirdiyiniz təşvişin tamamilə normal olduğunu qəbul edin Məktəblərin bağlanması və narahatedici xəbərlər sizi təşvişə salırsa, tək deyilsiniz. Əslində məhz belə də hiss etməlisiniz. "Psixoloqlar uzun müddətdir qəbul edirlər ki, təşviş bədənin normal və sağlam funksiyası olmaqla, bizi təhdidlərə qarşı sayıq edir və özümüzü qorumaq üçün tədbirlər görməyimizə kömək edir", - deyə d-r Damur Bildirib. "Sizin təşvişiniz indi qəbul etməli olduğunuz qərarları verməyinizə kömək edəcək - yəni digər şəxslərlə və ya iri qruplarla vaxt keçirməmək, əllərinizi yumaq və üzünüzə toxunmamaq." Bu hisslər təkcə sizi deyil digərlərini də təhlükədən qorumağa kömək edir. Məhz bu yolla "biz həm də yaşadığımız icmanın üzvlərinin qayğısına qalırıq. Biz ətrafımızdakı şəxsləri də düşünürük". COVİD-19 ilə bağlı narahatlıq tamamilə anlaşılan olsa da, çalışın ki, məlumat əldə etmək üçün “etibarlı mənbələrdən [məsələn, UNICEF və Ümumdünya Səhiyyə Təşkilatının saytları] istifadə edəsiniz və ya etibarlılığı daha az olan kanallardan ala biləcəyiniz məlumatları yoxlayasınız," -deyə d-r Damur tövsiyə edir. Simptomlara malik olduğunuz barədə narahatsınızsa, bu barədə valideynlərinizlə danışın. "Yadda saxlayın ki, COVİD-19 infeksiyası ilə xəstələnmə xüsusilə uşaqlar və yeniyetmələr üçün adətən yüngül keçir," - deyə d-r Damur bildirir. Onu da yadda saxlamaq lazımdır ki, COVİD-19-un simptomlarının çoxu müalicə edilə bilər. O, tövsiyə edir ki, özünüzü yaxşı hiss etmədikdə, yaxud virus barədə narahatlıq keçirdikdə bu barədə valideynlərinə bildirəsiniz ki, kömək edə bilsinlər. Yadda saxlayın: "Özümüzü və digərlərini təhlükədən qorumaq və öz vəziyyətimizə daha yaxşı nəzarət etdiyimizi hiss etmək üçün görə biləcəyimiz çoxlu effektiv tədbirlər var: əllərimizi tez-tez yumaq, üzümüzə toxunmamaq və sosial məsafə saxlamaq." 2. Fikrinizi yayındıran məşğuliyyətlər tapın "Psixoloqlar bilir ki, biz xroniki olaraq çətin şəraitdə olduqda, problemi iki qrupa bölmək çox köməyimizə çatır: barəsində nəsə edə biləcəyimiz şeylər və heç nə edə bilməyəcəyimiz şeylər," - deyə D-r Damur qeyd edir. Hazırda bu ikinci qrupa düşən şeylər çoxdur və bu normaldır. Lakin bunun öhdəsindən gəlməyimizə kömək edən bir şey varsa, bu da özümüz üçün fikrimizi yayındıran məşğuliyyətlər tapmaqdır. D-r Damur yüngülləşmək və gündəlik həyatda balans yaratmaq üçün ev tapşırığı etməyi, xoşladığınız bir filmə baxmağı və ya yataqda roman oxumağı tövsiyə edir. 3. Dostlarınızla əlaqə qurmaq üçün yeni yollar tapın Sosial məsafə saxlamağı təcrübədən keçirərkən dostlarınızla vaxt keçirmək istəyirsinizsə, sosial media əlaqə qurmaq üçün mükəmməl üsuldur. Yaradıcı olun: #təmizəllər kimi Tik-Tok çağırışına qoşulun . D-r Damur deyir ki, "Mən heç vaxt yeniyetmələrin yaradıcılığını aşağı qiymətləndirməzdim. Mən hiss edirəm ki, onlar əvvəlki təcrübələri ilə müqayisədə indi fərqli yollarla bir-biri ilə əlaqə saxlamağın yollarını tapacaqlar." "Lakin ekranın və ya sosial medianın qarşısında məhdudiyyətsiz vaxt keçirmək yaxşı fikir deyil. Bu, sağlam deyil, ağıllı iş deyil və təşviş hissinizi artıra bilər," deyə qeyd edən d-r Damur ekranın qarşısında keçirəcəyiniz vaxtı valideynlərinizlə müəyyənləşdirməyi tövsiyə edir. 4. Özünüzə köklənin Təzə nəsə öyrənmək, yeni kitab oxumağa başlamaq və ya hansısa musiqi aləti ilə məşq etmək istəyirdiniz? İndi bunun üçün əla vaxtdır. Özünüzə köklənmək və qazandığınız yeni asudə vaxtdan istifadə yollarını tapmaq öz psixoloji sağlamlığınızın qeydinə qalmaq üçün səmərəli üsuldur. D-r Damur deyir ki, "mən oxumaq istədiyim bütün kitabların və etmək istədiyim şeylərin siyahısını hazırlayırdım". Söhbət ağrılı bir hissdən gedirsə, yeganə çıxış yolu onu yaşamaqdır.” 5. Duyğularınızı hiss edin Dostlarla iştirak edəcəyiniz tədbirlərdən, hobbilərinizdən və ya idman oyunlarından məhrum olmaq son dərəcə məyusedicidir. "Bunlar böyük məhrumiyyətlərdir.  Onlar yeniyetmələr üçün həqiqətən və haqlı olaraq məyusedicidir," deyə d-r Damur qeyd edir. Bu məyusluğun öhdəsindən gəlməyin ən yaxşı yolu nədir? Özünüzə bu duyğunu hiss etmək imkanı verin. “Söhbət ağrılı bir hissdən gedirsə, yeganə çıxış yolu onu yaşamaqdır.” Məyusluğu hiss edin və kədərlənənin, kədərlənməyinizə icazə verə bilsəniz, özünüzü daha tez yaxşı hiss edəcəksiniz. Hər kəs hisslərini fərqli cür yaşayır. "Bəzi uşaqlar incəsənətlə məşğul olur, bəziləri dostları ilə danışmaq istəyir və onlarla birlikdə ola bilmədiyi bir vaxtda onlarla əlaqədə olduğunu hiss etməyin bir yolu kimi məyusluqlarını bölüşmək istəyir, bəziləri isə qida bankları üçün ərzaq yığmağın yollarını tapmaq istəyir," deyə d-r Damur qeyd edir. Önəmli olan odur ki, siz doğru olduğunu hiss etdiyiniz şeyi edirsiniz. 6. Özünüzə və digərlərinə qarşı mehriban olun Bəzi yeniyetmələr koronavirus səbəbilə məktəbdə bullinqə və zorakılığa məruz qalır. "Kənarda duranların fəallaşdırılması istənilən bullinqi aradan qaldırmaq üçün ən yaxşı yoldur," - deyə d-r Damur qeyd edir. "Hədəfə alınan uşaq və yeniyetmələrin bullinq törədənlərlə mübarizə aparması gözlənilməməlidir; əksinə, onları kömək və dəstək üçün dostlarına və böyüklərə müraciət etməyə həvəsləndirməliyik." Hər hansı dostunuzun bullinqə məruz qaldığını görürsünüzsə, onlarla danışın və dəstəyinizi təklif etməyə çalışın. Heç bir şey etmədikdə şəxs elə hiss edə bilər ki, hər kəs ona qarşıdır və ya heç kəsin vecinə deyil. Sözləriniz fərq yarada bilər. Yadda saxlayın: indi biz paylaşdığımız və dediyimiz şeylərin başqalarını incidə biləcəyini daha yaxşı düşünməliyik.