Vaksinlər: Valideynlərin suallarını cavablayırıq

Ən çox verdiyiniz suallar və cavabları burada.

UNICEF Azerbaijan
Vaccines: Your questions answered
UNICEF Azerbaijan
21 Aprel 2021

Vaksinlər nədir?

Vaksinlər adətən uşaqlıq dövründə ciddi, bir çox hallarda ölümcül xəstəliklərdən qorunmaq üçün verilən məhsullardır. Vücudunuzun təbii müdafiə qüvvələrini stimullaşdıraraq, onlar vücudunuzun xəstəliyə qarşı daha sürətli və daha effektiv mübarizə aparmaq üçün hazırlayırlar.

Vaksinlərin təsir mexanizmi necədir?

Vaksinlər immun sisteminizə müəyyən xəstəliklərə qarşı immun reaksiyasını canlandıraraq infeksiyalara qarşı daha effektiv mübarizə aparmağa kömək edir. Sonra virus və ya bakteriya gələcəkdə vücudunuza daxil olsa belə, immun sisteminiz artıq onlarla necə mübarizə aparacağını biləcək.

Vaksinlər təhlükəsizdirmi?

Vaksinlər çox təhlükəsizdir. Övladınız vaksindən daha çox vaksinin qarşısını ala biləcəyi bir xəstəlikdən zərər görə bilər. Bütün vaksinlər onların kütləvi şəkildə istifadəsinə icazə verilmədən öncə kliniki sınaqlar da daxil olmaqla, ciddi təhlükəsizlik testlərindən keçirlər. Ölkələr yalnız ciddi keyfiyyət və təhlükəsizlik standartlarına cavab verən vaksinləri qeydiyyata alacaq və yayacaqlar.

Nə üçün övladımı vaksin etdirməliyəm?

Vaksinlər övladınıza xüsusilə də körpələr kimi immunitet sistemi inkişaf etməkdə olan insanlara ciddi zərər verə biləcək və ya ölümə səbəb ola biləcək xəstəliklərdən qorunmaqda kömək edəcək. Övladınızı vaksinləmək çox vacibdir. Əgər peyvəndlər olmasa, nə vaxtsa bir çox ölkələrdə məhv edilmiş qızılca, difteriya və poliomielit kimi yüksək dərəcəli infeksion xəstəliklər qayıdacaq.

Övladım bütün bu vaksinlərin öhdəsindən gələ biləcəkmi?

Bəli. Bir çox valideynlər övladlarının immun sisteminin çoxsaylı vaksinlərlə həddindən artıq yüklənəcəyindən narahatdırlar. Lakin uşaqlar hər gün yüzlərlə mikrobun təsirinə məruz qalırlar. Əslində, adi soyuqdəymə və ya boğaz ağrısı uşağınızın immun sisteminə peyvəndlərdən daha çox yük olur.
Amma bu xəstəliklər yaşadığım icmada mövcud deyil. Belə olan təqdirdə, mənə nə üçün övladımı vaksin etdirmək lazımdır?
Xəstəliklər sizin ölkədə və ya regionda aradan qaldırıla bilər, lakin müxtəlif bölgələrin getdikcə bir-biri ilə daha da bağlı olan dünyamızda bu xəstəliklər mövcud olduğu ərazilərdən ətrafa yayıla bilər.

Kollektiv immunitet nə deməkdir?

Yaşadığınız icmada kifayət qədər sayda insanda müəyyən bir xəstəliyə qarşı immunitet formalaşdığı zaman siz, kollektiv immunitet deyilənə nail ola bilərsiniz. Bu baş verdikdə, insanların əksəriyyəti immunitetə malik olduğu üçün, xəstəliklər insandan insana asanlıqla ötürülə bilməz. Bu, hətta körpələr kimi, vaksin oluna bilinməyənləri xəstəlikdən qorunma təbəqəsi ilə təmin edir.
Kollektiv immunitet xəstəliyin yayılmasını çətinləşdirərək epidemiyanın qarşısını alır. Xəstəliyə getdikcə daha da nadir hallarda rastlanır və hətta o, bəzən, tamamilə cəmiyyətdən yox olur.

Vaksin övladımın xəstələnməsinə səbəb ola bilərmi?

Vaksinlər son dərəcə təhlükəsizdir və ciddi yan təsirlər nadir hallarda baş verir. Vaksindən sonra demək olar ki, inyeksiya yerində əmələ gələn ağrı və ya yüngül qızdırma kimi bütün xəstəlik və ya narahatlıq halları, yüngül və müvəqqəti olur. Belə hallarda çox zaman həkim tərəfindən tövsiyə edilən və reseptsiz buraxılan dərman qəbul etmək və ya inyeksiya yerinə soyuq parça qoymaq kömək edir. Valideynlər narahat olduqları təqdirdə, həkimə və ya tibbi xidmət göstərən müəssisəyə müraciət etməlidirlər.
Geniş tədqiqat və araşdırmalar göstərir ki, vaksinlər və autizm arasındakı əlaqənin heç bir sübutu yoxdur.

Vaksinlər hansı xəstəliklərin qarşısını alır?

Vakisnlər iflicə səbəb ola biləcək poliomielit; beyinin şişməsinə və korluğa səbəb ola biləcək qızılca və xüsusilə yeni doğulmuş körpələrdə ağrılı əzələ sancıları, eləcə də qida qəbulu və tənəffüs çətinliklərinə səbəb ola biləcək tetanusa qarşı övladınızı qoruyurlar. Ən çox yayılmış vaksinlərin və qarşısını aldıqları xəstəliklərin siyahısı ilə tanış olmaq üçün bura bax ən çox yayılmış vaksinlərin və qarşısını aldıqları xəstəliklərin siyahısı.

Təqvim üzrə həyata keçirilən vaksinləməni gecikdirə bilərəmmi?

Övladınızı qorumağın  ən yaxşı yollardan biri, ölkənizdə tövsiyə olunan vaksinləmə təqviminə əməl etməkdir. Təqvim üzrə həyata keçirilən vaksinləmədə istənilən gecikmə ilə siz övladınızın xəstəliklərə qarşı acizliyini artırırsınız.

Övladımın vaksin almaq əvəzinə suçiçəyi ilə xəstələnməsinə imkan verə bilərəmmi? 

Suçiçəyi bir çox valideynlərin uşaqlıqdan xatırladığı yüngül bir xəstəlik olsa da (vaksin 1995-ci ildə tətbiq edilmişdir), bəzi uşaqlarda bu xəstəlik ölümcül nəticələrə və ya daimi əlilliyə səbəb ola biləcək ağırlaşmalar ilə müşayiət edilir. Vaksin xəstəliyin ağırlaşması riskini aradan qaldırır və uşaqların qardaş və bacılarını, dostlarını və sinif yoldaşlarını yoluxdurmağın qarşısını alır.

Tövsiyə olunan vaksinləmə təqvimi hansıdır? 

İmmunlaşma proqramları hansı xəstəliklərin ən çox yayıldığından asılı olaraq ölkəyə görə dəyişir. Siz yerli tibb mərkəzindən, həkimdən və ya sizin Səhiyyə Nazirliyindən tövsiyə olunan vaksinlərə dair ümumi məlumatı və vaksinlərin tətbiqinin təxmini tarixlərini öyrənə bilərsiniz.