Omikron variantı haqqında nələr bilirik?

Omicron nədir və ailənizi qorumaq üçün hansı ehtiyat tədbirləri görməlisiniz?

UNICEF
Teachers wearing masks and a face-shield as part of COVID-19 prevention
UNICEF/UN0500155/Pastorelli
28 Dekabr 2021

Dünyadakı insanlar COVID-19-un Omicron variantından narahatdırlar. Biz bu yeni variant haqqında ən son ekspert məlumatlarını topladıq və daha çox məlumat əldə olunduqca bu məqaləni yeniləməyə davam edəcəyik.

COVID-19 haqqında daha çox məsləhət və məlumat əldə etmək üçün COVID-19 bələdçisinə baxın.

Son yenilənmə: 17 dekabr 2021-ci il

Omicron variantı nədir?

COVID-19-un Omicron variantının davranışına təsir edə biləcək bir neçə mutasiyaya malik olduğuna dəlalət edən sübutlara əsaslanaraq, ÜST onu, narahatlıq doğuran variant adlandırılıb. Omicron ilə bağlı hələ də əhəmiyyətli dərəcədə qeyri-müəyyənlik var və onun ötürülməsi, şiddəti və təkrar infeksiya riskini qiymətləndirmək üçün bir çox araşdırma aparılmaqdadır.

Omicron variantı necə inkişaf etdi?

Virus geniş yayılanda və çoxsaylı infeksiyalara səbəb olduqda, virusun mutasiyaya uğrama ehtimalı artır. Virusun yayılma imkanları nə qədər çox olarsa, onun dəyişmək imkanları da bir o qədər çox olur.

Omicron kimi yeni variantlar, bizə COVID-19 pandemiyasının hələ bitməkdən çox uzaq olduğunu xatırladır. Buna görə də insanların peyvəndin əlçatan olduqda peyvənd olunmaları və virusun yayılmasının qarşısının alınması, o cümlədən fiziki məsafənin saxlanması, maskaların taxılması, tez-tez əllərin yuyulması və qapalı məkanların yaxşı havalandırılması ilə bağlı mövcud tövsiyələrə əməl etməsi vacibdir.

Peyvəndlərin və digər ictimai səhiyyə tədbirlərinin hər yerdə əlçatan olması da çox vacibdir. 

Omicron variantı harada mövcuddur?

Omicron variantı indi dünyanın bir çox ölkəsində aşkar edilmişdir. Ümumdünya Səhiyyə Təşkilatı, Omicronun hələ aşkar edilməmiş olsa belə, ehtimal ki, əksər ölkələrdə mövcud olduğunu bildirir.

Omicron variantı digər COVID-19 variantlarından daha ağırdır?

Aşkar edilmiş ilkin məlumatlar Omicron-un Delta variantından daha az ağır ola biləcəyinə dəlalət edir, lakin daha çox məlumata ehtiyac var və ÜST xəbərdarlıq edir ki, onu "yüngül" variant kimi məhəl qoymaq olmaz. Araşdırmalar davam edir və bu məlumatlar mövcud olduqda yenilənəcək.

Yadda saxlamaq lazımdır ki, COVID-19-un bütün variantları ağır xəstəlik və ya ölümə səbəb ola bilər, o cümlədən dünyada hələ də üstünlük təşkil edən Delta variantı, bu səbəbdən də virusun yayılmasının qarşısını almaq və virusa məruz qalma riskinizi azaltmaq çox önəmlidir.

> Delta variantı haqqında nə bilmək lazımdır 

 

Omicron variantı daha yoluxucudur?

Omicron digər variantlardan daha sürətlə yayılır. Mövcud məlumatlara və ÜST-nin qənaətinə əsasən, o icmalarda ki, COVID-19 ötürülməsi halları var, orada Delta variantını Omicron ötüb keçəcəkdir.

Bununla belə, peyvənd olunmaq və izdihamlı yerlərdən qaçınmaq, başqaları ilə məsafə saxlamaq və maska ​​taxmaq kimi ehtiyat tədbirlərinin görülməsi COVID-19-un yayılmasının qarşısının alınmasında mühüm əhəmiyyət kəsb edir və biz bu tədbirlərin digər variantlara qarşı təsirli olduğunu bilirik.

 

 

Omicron variantı fərqli simptomlara səbəb olurmu?

Omicron-un digər COVID-19 variantlarından fərqli COVID-19 simptomlarına səbəb olduğuna dəlalət edən heç bir məlumat yoxdur.

COVID-19 peyvəndləri Omicron variantına qarşı effektivdirmi?

Tədqiqatçılar Omicron variantının COVID-19 peyvəndlərinin effektivliyinə potensial təsirini araşdırırlar. Məlumatlar hələ də məhduddur, lakin ağır xəstəlik halalrına və ölümə qarşı peyvəndlərin effektivliyində kiçik bir azalma və yüngül xəstəlik və infeksiyanın qarşısının alınmasında azalma ola bilər. Bununla belə, ÜST bildirir ki, indiyə qədər mövcud olan peyvəndlər ağır xəstəlik və ölümə qarşı əhəmiyyətli qorunmanı təmin edir.

Peyvənd olunmaq Delta kimi digər geniş yayılmış variantlardan qorunmaq üçün də önəmlidir. Növbə sizə çatdıqda, mütləq peyvəndlənin. Peyvəndiniz iki dozadan ibarətdirsə, maksimum qorunma əldə etmək üçün hər ikisini qəbul etmək vacibdir.

COVID-19 peyvəndləri haqqında daha ətraflı oxuyun və peyvənddən əvvəl, peyvənd zamanı və peyvənddən sonra bilməli olduqlarınızı araşdırın.

Əvvəlki COVID-19 infeksiyası Omicron variantına qarşı effektivdirmi?

ÜST bildirir ki, ilkin sübutlar əvvəlki infeksiyanın Delta kimi digər narahatlıq doğuran variantlarla müqayisədə, Omicron-a qarşı daha az qorunma təmin edə biləcəyinə dəlalət edir. Məlumatlar hələ də məhduddur və yeniləndikcə biz onları paylaşacağıq.

Əvvəllər COVID-19 olsanız belə, peyvənd olunmalısınız. COVID-19-dan sağalmış insanlarda virusa qarşı müəyyən təbii immunitet formalaşa bilsə də, onun nə qədər davam edəcəyini və ya nə qədər yaxşı qorunduğunuzu biz hələ bilmirik. Peyvəndlər daha etibarlı qorunma təmin edir.

Hazırkı COVID-19 testləri Omicron variantını aşkar edirmi?

Geniş istifadə olunan PZR (Polimeraz Zəncirvari Reaksiya) və antigenə əsaslanan sürətli diaqnostik testlər Omicron da daxil olmaqla, COVID-19 infeksiyasını aşkarlamağa davam edir.

Uşaqların Omicron variantına yoluxma ehtimalı daha yüksəkdir?

Omicron-un yoluxuculuğu ilə bağlı araşdırmalar davam edir və daha çox məlumat əldə olunduqca biz yeni məlumatları paylaşacağıq. Bununla belə, sosial üsniyyətdə olan və peyvənd olunmamış insanlar COVID-19-a yoluxmağa daha həssasdırlar.

Mən özümü və ailəmi Omicron variantından necə qoruya bilərəm?

Edə biləcəyiniz ən vacib şey virusa məruz qalma riskinizi azaltmaqdır. Özünüzü və yaxınlarınızı qorumaq üçün mütləq:

• Burnunuzu və ağzınızı örtən maska ​​taxın. Maskanı taxıb çıxararkən əllərinizin təmiz olmasına diqqət edin.

• Başqalarından ən azı 1,5-2 metr fiziki məsafə saxlayın.

• Zəif havalandırılan və ya izdihamlı yerlərdən uzaq durun.

• Qapalı məkanlarda havalandırmanı yaxşılaşdırmaq üçün pəncərələri açın.

• Əllərinizi tez-tez yuyun.

• Növbə sizə çatanda peyvəndlənin. 

Ailələr üçün maskaya dair tövsiyyələr haqqında oxuyun.

Uşağımla Omicron və digər COVID-19 variantları haqqında necə danışa bilərəm?

Gündəlik həyatımız COVID-19 və indi də Omicron variantı ilə bağlı xəbərlərlə dolur və balaca uşaqların buna dair suallarının çox olması təbiidir. Mürəkkəb bir mövzunun sadə və arxayınlaşdırıcı ifadələrlə izah etməyə sizə kömək edəcək məsləhətləri yadda saxlamaq üçün bəzi tövsiyələrə diqqət edin:

• Uşaqların nə baş verdiyini bilmək hüququ var, lakin bu, onlara yaşa uyğun şəkildə izah edilməlidir.

• Uşağınızı eşitdiklərini bölüşməyə dəvət edin və onların cavablarını dinləyin. Onlarla tam diqqətlə söhbət etmək və hər hansı qorxularını ciddi qəbul etmək vacibdir. Səbirli olun, pandemiya və dezinformasiya hər kəs üçün bir çox narahatlığa və qeyri-müəyyənliyə səbəb olub.

• Ən son məlumatlardan xəbərdar olduğunuzdan əmin olun. UNICEFÜmumdünya Səhiyyə Təşkilatı kimi beynəlxalq təşkilatların internet saytları pandemiya haqqında əla məlumat mənbəyidir.

• Əgər cavabı bilmirsinizsə, təxmin etməyin. Bundan cavabları birlikdə araşdırmaq fürsəti kimi istifadə edin.

• Unutmayın ki, uşaqlar öz emosional siqnallarını böyüklərdən alırlar, buna görə, balaca övladınızın narahatlığı sizi rahatsız etsə belə, qorxularınızı uşağınızla paylaşmamağa çalışın.