Koronavirus (COVID-19) alovlanması müddətində ailənizin psixoloji sağlamlığını necə qoruya bilərsini

Yeniyetmələr üzrə psixoloq d-r Liza Damur ilə söhbət

UNICEF
How to protect your family’s mental health in the face of coronavirus disease (COVID-19)
UNICEF Azerbaijan/Bell/2018
15 Aprel 2020

Valideynlər və uşaqlar koronavirus xəstəliyinin (COVİD-19) alovlanması ilə əlaqədar həyat rejiminin ciddi pozulması ilə üzləşirlər. Məktəblərin bağlanmasını və fiziki uzaqlaşmanı qəbul etmək çox ağırdır və bu, ailədə hər kəs üçün çətindir. Ailələrin bir-birinə necə dəstək olmaqları və bu yeni (müvəqqəti) normaya çevrilən şəraitdən maksimum faydalanma haqqında daha ətraflı öyrənmək üçün yeniyetmə psixologiyası üzrə mütəxəssis, bestsellerlərin müəllifi, aylıq Nyu-York Taymz (New York Times) nəşrinin icmalçısı və iki uşaq anası Dr. Liza Damur (Lisa Damour) ilə görüşdük.

UNICEF: Koronavirus xəstəliyinin (COVİD-19) alovlanması zamanı yeniyetmələr və valideynlər öz psixi sağlamlıqlarının qayğısına necə qala bilələr?

Dr. Damur: Valideynlərin edə biləcəyi birinci şey yeniyetmələrin narahatlıqlarını normal qarşılamaqdı. Bir çox yeniyetmələr səhvən, narahatlığın, həmişə ruhi xəstəliyin əlaməti olduğunu düşünürlər. Əslində, psixoloqlar uzun müddətdir ki, narahatlığın bizi təhdidlərdən xəbərdar edən və özünü müdafiə etmək üçün tədbirlər görməyə kömək edən normal və sağlam bir funksiya olduğunu təsbit ediblər. Buna görə yeniyetmələrə, "Göstərdiyiniz reaksiya doğrudur. Hal-hazırda müəyyən narahatlıq hissinin olması başa düşüləndir, əslində özünüzü belə hiss etməlisiniz. Bu narahatlıq hal-hazırda qəbul etməli olduğunuz qərarları verməkdə sizə kömək edəcək”, deməyiniz onlar üçün çox faydalıdır. Həyəcanınız sizə hal-hazırda lazım olanları etməyə - cəmiyyət içində məsafə saxlamağa, tez-tez əllərinizi yumağa və üzünüzə toxunmamağa kömək edəcəkdir ki, siz özünüzü daha yaxşı hiss edə biləsiniz. Beləliklə, edə biləcəyimiz işlərdən biri budur.

Edə biləcəyimiz başqa bir şey, onlara kənara baxmağa kömək etməkdir. Onlara deyin: "bax, mən bilirəm ki, sən koronavirusa yoluxmaqdan həqiqətən narahatsan, lakin səndən üzünü yumağı, evdən uzaqlaşmamağı istəməklə biz həmçinin cəmiyyətimizin digər üzvlərinin qayğısına necə qaldığımızı göstərmiş oluruq. Ətrafımızda olan insanlar haqqında düşünürük.”

Sonra onlara faydalı ola biləcək başqa işlər tapşırın: məsələn, ehtiyacı olan insanlara yemək gətirmək və yaxud onlar üçün alış-veriş etmək və ya cəmiyyətimizin hansı sahələrində dəstəyə ehtiyac olduğunu müəyyən edərək, sağlamlıq üçün sosial məsafəni qorumaqla ətrafdakı insanlara kömək məqsədilə işlər görmək. Başqalarına qayğısına qalmaq yollarını tapmaq, gənclərə özlərini daha yaxşı hiss etməyə kömək edəcəkdir.

Daha sonra, narahatlığın öhdəsindən gəlmək məqsədilə edəcəyimiz üçüncü şey - gənclərə fikirlərini dağıtmaq yollarını tapmaqda kömək etməkdir. Psixoloqlar bilirlər ki, biz xroniki çətin şəraitdə olarkən - bu isə, şübhəsiz, bir müddət davam edəcək xroniki çətin vəziyyətdir — problemi iki kateqoriyaya bölmək çox faydalıdır: barəsində mənim nə isə edə biləcəyim və heç nə edə bilməyəcəyim şeylər. Hal-hazırda ikinci kateqoriyada çox şey olacaq və uşaqlar bir müddət olduqca çətin vəziyyətdə yaşamalı olacaqlar.

Tədqiqatçıların qənaətinə görə, fikrin müsbət mənada yayındırma yollarını tapmaq bizə ikinci kateqoriyanın öhdəsindən gəlməkdə kömək edə bilər: biz ev tapşırıqlarını etməklə, sevimli filmləri izləməklə, yataqda mütaliə etməklə. İndi bu, çox uyğun bir strategiyadır. Yəqin ki, koronavirusdan və narahatlıqdan danışmağın özü də bir çıxış yolu kimi çox müzakirə edilə bilər. Həmçinin, onlar haqqında danışmamaq da bir çıxış yolu kimi çox müzakirə edilə bilər. Bu düzgün balansı tapmaq üçün uşaqlara kömək, vəziyyəti ciddi dəyişəcək.

UNICEF: Fikri yayındırmaq yollarından söz düşmüşkən, indi bu bir çox yeniyetmələr üçün, monitorlar qarşısında zillənib qalmaq baxımından şirnikdirici səslənə bilər. Valideynlər və uşaqlar bununla bağlı ən yaxşı nə edə bilərlər?

Dr. Damur: Mən yeniyetmə ilə çox səmimi olardım və deyərdim: “Yaxşı, biz ikimiz də, sənin ixtiyarında indi həddən çox boş vaxtın olduğunu bilirik. Bununla belə, hər ikimiz başa düşürük ki, monitorlara və/və yaxud sosial mediaya məhdudiyyətsiz çıxışın olması yaxşı bir ideya deyil. Bu nə sağlam, nə də ağıllı hərəkət olmaz və üstəlik sənin narahatlığını artıra bilər. Biz sənin tam sərbəst olaraq sosial mediadan istifadəni, heç bir vəziyyətdə yaxşı ideya hesab etmirik. Beləliklə, sənin məktəbdə olmamağın və vaxtını dərslərə sərf etməməyin, heç də mütləq olaraq bütün bu boş vaxtın sosial media ilə əvəzlənməsi demək deyil.” Amma, bunları fikrimcə, onlaynda olmağın əsla məktəbdə sərf edilən vaxtı əvəz edə bilməyəcəyini etiraf etməklə, çox səmimi tərzdə deyin.

Ardınca yeniyetmədən soruşun: "Biz bununla nə edək? Bizim planlarımız nə olmalıdır? Bu yeni norma və ya yeni qısamüddətli normada nə təklif edirsən? Sənin vaxtın artıq əvvəl öyrəşdiyin tərzdə qurulmayıb, odur ki, özün bir struktur fikirləş və mənə nəzərdə tutduğun strukturu göstər, onda biz onu birlikdə götür-qoy edərik.”

UNICEF: Normal həyat hissini saxlamaq üçün struktur əsas amildir?

Dr. Damur: Uşaqlara struktur lazımdır. Artıq şərhə ehtiyac yoxdur. Hamımız, çox tez bir zamanda, günümüzün çağırışlarına davam gətirmək üçün tamamilə yeni strukturlar ixtira etməliyik.

Mən valideynlərə hər gün üçün bir qrafikin, vaxtlarını necə sərf edəcəklərini əks etdirən bir planın olmasını olduqca tövsiyə edərdim. Bura uşaqların telefonları ilə məşğul olmağı, dostları ilə əlaqə qurmağı da daxil etmək olar – uşaqlar, əlbəttə ki, bunları istəyəcəklər. Bununla belə, plan və qrafiklərdə, texnologiyadan azad bir vaxt üçün də yer olmalıdır - naharın hazırlanması, gəzmək üçün ayrılmış bir vaxt. Çıxmaq imkanınız varsa, çıxıb gəzin. Nəyə dəyər verdiyimiz haqqında düşünməliyik və bunları özündə əks etdirən bir struktur qurmalıyıq. Övladlarımız üçün öncədən təxmin edilə bilən bir günün, işin və oyunların vaxtı haqqında təsəvvürün olması böyük bir yüngüllükdür.

10 və ya 11 yaşınadək uşaqların valideynlərinə bir struktur düşünüb onu övladı ilə müzakirə etməyi, daha sonra isə övladlarının bu struktura dair məntiqi olan hər hansı bir rəyini nəzərdən keçirməyi tövsiyə edərdim.

10 və 11 yaşlı və daha böyük uşaqlardan isə bu strukturu özlərinin tərtib etmələrini xahiş edərdim, onlarda bu strukturun tərkib hissəsi olacaq işlər haqqında bir təsəvvür yaradardım və ardınca uşaqların yaratdığı variant üzərində işləyərdim.

UNICEF: Kiçik yaşlı övladları üçün struktur üzərində işləyən valideynlərə nə kimi məsləhətlər verərdiniz?

Dr. Damur: Gəlin onu etiraf edək ki, kiçik yaşlı uşaqlar ətrafdakı çoxsaylı digər uşaqların yaratdığı nizamsızlığa və narahatlığa dözərək gün ərzində sinifdə otururlar, halbuki bütün bunlara evdə olduqları zaman dözmək məcburiyyətində olmurlar. Yəni, onlar diqqətlərini cəmləyərək, evdən də məşğul ola bilərlər və fikrimcə, biz onların bu bacarıqlarını lazımınca qiymətləndirməliyik. Hər halda, hər bir ailə öz övladını daha yaxşı tanıyır. Uşaqlara nəzarət edən şəxsdən asılı olaraq (bu işləri görmək üçün hər bir valideynin evdə ola bilməyəcəyini başa düşürəm) günü elə qurmaq lazımdır ki, görülməsi lazım olan bütün işlər, bütün məktəb tapşırıqları, gündəlik məişət işləri, görülməsi mütləq və könüllü olan fəaliyyətlər, digər baş verə biləcək hadisələrdən öncə görülsün. Günün əvvəlində bunu etmək bəzi ailələrdə uşaqlar üçün ən yaxşı variantdır.

Digər ailələr isə günə bir balaca daha gec başlamaq, doyunca yatmaq, birlikdə uzun səhər yeməyindən həzz almaq və sonra səhər saat 10 yaxud 11 üçün işə başlamaq uğurlu variant ola bilər. Hər bir ailə bunu özünə uyğun tərzdə edir. İnsanların demək istəmədiyi bir şeyi əlavə olaraq qeyd etmək istəyirəm: biz əngələ düşmüşük. Odur ki, belə şəraitdə bir nə qədər zövq alınacaq şeylər varsa, onlardan zövq almalısız. Yəni, əgər bu adi məktəb günlərində, heç vaxt mümkün olmayan, ailəliklə səhər yeməyi üçün fəsəli bişirmək anlamına gəlirsə və hər kəs bundan xoşhal olursa, deməli bundan zövq alın.

Ən başlıcası odur ki, uşaqlara nəyisə öncədən təxmin etmək lazımdır – belə bir vəziyyətdə sizin onlara verə biləcəyiniz qədər. Odur ki, səhər tezdən oyanıb hər gün bir plan tutmayın. Ailəliklə bir plan yaxud ola bilsin şərti bir planı sınayın və daha sonra həftə sonu onu bir daha nəzərdən keçirin.

“Yadda saxlamalıyıq ki, onlar bizim idarə etdiyimiz avtomobildə sərnişindirlər”.

UNICEF: Böhran zamanı valideynin öz davranışı nə dərəcədə önəmlidir?

Dr. Damur: Valideynlər də əlbəttə narahatdırlar və övladlarımız bizi özümüzdən də yaxşı tanıyırlar. Onlar bizdən emosional nümunə götürəcəklər. Valideynlərdən, qorxu hisslərini övladları ilə həddən artıq paylaşmamağı, sərbəst vaxtlarında narahatlıqlarını idarə etmək üçün əllərindən gələnləri etməyi xahiş edərdim. Bu, emosiyaları cilovlamaq anlamına gələ bilər, halbuki, onları cilovlamaq valideynlər üçün bəzən çətin ola bilər. Xüsusilə, bu emosiyaları valideynlər intensiv olaraq hiss edirlərsə. Mən valideynlərə narahatlıqlarını boşaltmaq üçün öz övladlarını bir əlac kimi tövsiyə etməzdim. Yadda saxlamalıyıq ki, onlar bizim idarə etdiyimiz avtomobildə sərnişindirlər. Hətta narahat olduğumuz zaman, ki belə narahatlıq hissləri biz əlbəttə keçirəcəyik, idarə etdiyimiz avtomobildə övladlarımızın özlərini təhlükəsiz sərnişin kimi hiss etməsinə mane olmağa imkan verməməliyik.

UNICEF: Valideynlər mütəmadi olaraq övladlarından özlərini necə hiss etdiklərini soruşmalıdırlar mı, yoxsa bu uşaqlarda daha çox narahatlıq hissi yaradar?

Dr. Damur: Fikrimcə, bu uşaqdan asılıdır. Bəzi uşaqlar hisslərini özlərində saxlayırlar və belə olan təqdirdə valideyn övladına, “işlər necədir?” və yaxud “nə xəbər var?” deyə, soruşsa faydalı olar. Digər uşaqlar isə durmadan bu haqda danışacaqlar. Belə hallarda yanaşma tərzimiz hissləri ifadə etməklə onları cilovlamaq arasında düzgün balansın tapılması olmalıdır. Uşaqların olduqca güclü hisslər keçirəcəyini gözləməliyik və xüsusilə bu zaman müəyyən hisslər və təəssüratlar arzu olunandır, lakin siz bu emosiyaları cilovlamağı da çalışmalısız. Odur ki, övladınız hisslərini coşqunluqla büruzə verirsə, siz onunla hisslərin cilovlanması üzərində çalışmalısız və əksinə, əgər o hisslərini özündə çox saxlayırsa, övladınıza bir balaca hisslərini büruzə verməkdə kömək edin.

UNICEF: Uşaqlar virusa yoluxmaqdan qorxa bilər, lakin bu haqda valideynləri ilə danışmaq onlar üçün rahat olmaya bilər. Valideynlərin övladları ilə bu mövzuya yanaşması necə olmalıdır?

Dr. Damur: Valideynlər koronavirus (COVID-19) haqqında və uşaqların öz sağlamlıqlarının qayğısına qalmaq üçün oynaya biləcəyi vacib rol barəsində övladları ilə soyuqqanlı və profilaktik söhbət aparmalıdırlar. Onlara müəyyən bir məqamda sizin və ya övladınızın adi soyuqdəymə yaxud qripə çox bənzəyən simptomlar hiss etməyə başlamağınızın mümkünlüyünü bildirin. Onlara deyin ki, bu ehtimala görə özlərini əsassız olaraq qorxutmasınlar. Valideynlər övladlarını həvəsləndirməlidir ki, onlar özlərini yaxşı hiss etməyəndə və yaxud virusla bağlı narahatlıq hiss edəndə bu haqda valideynlərinə bildirsinlər və onlar uşaqlara kömək edə bilsinlər.

Böyüklər, uşaqların COVID-19-la bağlı başa düşülən əsəbilik və narahatlıq hissinə canıyananlıqla yanaşmalıdır. Övladlarınızı əmin edin ki, ümumən və xüsusilə uşaqlar və gənclərdə COVID-19 infeksiyasının törətdiyi xəstəlik yüngül olur. Həmçinin, yadda saxlamaq vacibdir ki, COVID-19-un bir çox simptomları müalicə oluna bilir. Daha sonra, biz onlara, özümüzün və başqalarının təhlükəsizliyini təmin etmək və qarşılaşdığımız vəziyyətə daha yaxşı nəzarət etmək üçün görə biləcəyimiz bir çox təsirli işləri xatırlada bilərik: əllərin tez-tez yuyulmasını, üzümüzə toxunmamağı və ictimai yerlərdə məsafəni pozmamağı.

UNICEF: Koronavirus (COVID-19) xəstəliyi haqqında çox sayda yanlış məlumatlar var. Valideynlər bu dezinformasiyaya qarşı mübarizəyə kömək məqsədilə nə edə bilərlər?

Dr. Damur: Valideynlər başlanğıc üçün eşitdikləri və düşündükləri arasında həqiqət olanı aşkar etsinlər. Övladlarınıza yalnız faktları vermək kifayət etmir. Əgər övladınız doğru olmayan bir şey və ya yanlış xəbər eşidibsə, bunları, sizin ona verdiyiniz yeni informasiya ilə ətrafda baş verən hadisələri anlamaq üçün Frankeşnteyn sayağı qarışdıracaq. Odur ki, onlardan, “Nə xəbər var, nə eşitmisən? Sosial mediada uşaqları görəndə və ya keçən dəfə oyun meydançasında nə danışırdılar?”. Onların artıq nəyi bildiyini öyrənməyə çalışın və oradan başlayaraq övladlarınızı düzgün məcraya yönəldin. Böyüklər təkidlə uşaqları informasiya əldə etmək yaxud daha az etibarlı hesab edilən kanallardan ala biləcəyi məlumatları yoxlamaq məqsədilə, etibarlı mənbələrə [BMT-nin Uşaq Fondu (UNICEF) və Ümumdünya Səhiyyə Təşkilatı (World Health Organization) kimi] inanıb, onlardan istifadəyə təşviq etməlidir.

“İş gəlib acı hisslərə çatanda, yeganə çıxış yolu onları yaşamaqdır.” 

UNICEF: Ləğv edilmiş tədbirlərə və fəaliyyətlərə görə məyusluq hissi keçirən övladlarını valideynlər necə dəstəkləyə bilər?

Dr. Damur: İmkan verin kədərli olsunlar və buna görə onları qınamayın. Onlara “başqalarının vəziyyəti səndən daha pisdir”, deməyin. O zaman övladınız özünü həm məyus, həm də günahkar hiss edəcək! Belə deməyiniz, vəziyyəti düzəltmir. Siz onlara “Sənin reaksiyan doğrudur. Bu həqiqətən təəssüf ediləcək haldır. Sən dostlarınla birlikdə ola bilməyəcəkən. Sən bu yaz fəslini kollecin kampusunda keçirməyəcəksən. Sən altı aydır hazırlaşdığın toplantıya gedə bilməyəcəksən”, deyin. Bunlar bir yeniyetmənin həyatı miqyasında ciddi itkilərdir. Böyüklər digər bir məqamı da yadda saxlamalıdır ki, biz keçmişdə belə bir şey görməmişik, halbuki artıq uzun müddətdir həyatdayıq. Uşaqlar da belə bir şey görməyib və onlar yaşca bizdən daha çox kiçikdirlər. 14 yaşlı uşağın həyatında, dörd aylıq bir dövrün pozulması, onların şüurlu həyatının böyük bir hissəsi deməkdir. Bu məsələ bizimlə müqayisədə onlar üçün daha böyükdür.

Yeniyetmənin həyatının bir ili böyük adamın həyatının yeddi ili kimidir. Odur ki, biz bu itkilərin yaratdığı hissləri canıyananlıqla qəbul etməliyik. Axı bu onların bütün ömürləri boyunca yeganə orta məktəb buraxılışı, kollecin ikinci kursunda isə kampusda yeganə baharları olmalı idi. Bunlar iri miqyaslı itkilərdir. Bu itkilər fəlakətli olmasa da, digərləri kimi, yeniyetmələr üçün də doğru olaraq kədərləndiricidir. Mən valideynlərdən yeniyetmələrin yaşadıqları itkilərə görə dərd içində çox məyus və pərt olmasını normal qəbul etməyi xahiş edərdim, çünki hal-hazırda bütün uşaqlar yaşadıqları itkilərin dərdini çəkirlər. Mən dünən təsadüfən məktəbi tərk edən və çox məyus olmuş altı yeniyetmənin arasında idim və onlara dedim: “Heyfsilənin. Bu həqiqətən acınacaqlıdır və belə olmamalı idi. Sizin məyus olmağa haqqınız var”. İş gəlib acı hisslərə çatanda, yeganə çıxış yolu onları yaşamaqdır. Biz insanlara kədərli olmağa imkan verəndə, onlar adətən daha tez yaxşılaşır. Odur ki, empatiya, bir daha empatiya və dəstək, yenə də dəstək. Bizim övladlarımız buna layiqdirlər. Böyüklər olaraq bizim işimiz uşaqlara bunları verməkdir. Onları reaksiyası doğrudur. Heç birimiz istəməzdi belə olsun.

UNICEF: Özlərini tənha, dostlarından və məşğuliyyətlərindən ayrılmış hiss edən yeniyetmələrə hansı tövsiyələriniz var?

Dr. Damur: Bax burada biz sosial mediadan tamamilə yeni bir tərzdə faydalana bilərik! Böyüklər gənc oğlanlara və qızlara, sosial mediaya qərəzlə baxa bildikləri zaman, yeniyetmələr öz dostları ilə olmaq istəyirlər. Amma......cəmiyyətdə təhlükəsiz məsafəni saxlamaq şərtilə! Onlar dostları ilə ola bilərlər! Üstəlik, mən yeniyetmələrin yaradıcılıq qabiliyyətini heç vaxt kiçiltməzdim. Fəhmim mənə onların bir-biri ilə əvvəlkindən fərqli oynamaq üsulları tapacaqlarını deyir. Buna görə, mən indi bütün sosial mediaya skeptik yanaşmazdım. Mən sadəcə nəzarət edərdim ki, bu uşaqlar üçün kütləvi bir təcrübəyə çevrilməsin, çünki heç kimə faydası olmaz.

UNICEF: Bu çətin hisslərin öhdəsindən gəlmək və psixi sağlamlığın qayğısına qalmaq üçün yeniyetmələr hansı vasitələrdən istifadə edə bilərlər?

Dr. Damur: Fikrimcə, hər bir uşaq bunu fərqli tərzdə edəcək. Bəzi uşaqlar incəsənət ilə, digərləri isə, şəxsən öz dostları ilə görüşə bilmədiyi üçün, bu əlaqəni söhbət edib ümumi dərdlərini paylaşmaqla saxlayacaqlar. Bəzi uşaqlar ərzaq banklarına ərzaq çatdırmağın yollarını tapmaq istəyəcək. Mən, sadəcə deyərdim ki, öz uşağınızı tanıyın, yeniyetmənizin xüsusiyyətlərini nəzərə alın. Balanslaşdırma, duyğular barəsində söhbət, fikri müsbət yayındırma haqqında həqiqətən düşünün. İmkan verin ki, uşaqlar çox məyus olduğu və yüngüllüyə ehtiyac duyduğu zaman, onların fikirləri başqa şeylərə yayına bilsin.

UNICEF: Bəzi uşaqlar koronavirusun alovlanması ilə əlaqədar məktəbdə ya da onlaynda incidilir. Uşaq bullinq olunursa nə etməlidir?

Dr. Damur: Müşahidəçilərin cəlb olunması istənilən növ bulinqin həll olunması üçün ən yaxşı üsuldur. Bu yanaşma ilə, bütün valideynlər öz övladlarına, bullinqin şahidi olduqları zaman zərərçəkənə kömək etməyi və ya böyüklərdən kömək edə biləcək birini tapmağı tapşırmalıdr.

UNICEF: Valideynlər yaranmış vəziyyətdən necə maksimum faydalana bilərlər? Əgər övladlarınla ola bilirsənsə, onlarla birlikdə evdə ilişib qaldığın zaman necə əylənə bilərsən?

Dr. Damur: Bizim evdə iki qız övladımız var. Biz hər axşam birlikdə şam etmək qərarı vermişik. Biz kimin şama cavabdeh olduğunu müəyyən etmək üçün cədvəl tərtib edəcəyik. Bəzən bu vəzifə mənə və həyat yoldaşıma, bəzən isə mənə və qızlarımdan birinə aid olacaq. Mənim böyük qızım yeniyetmədir, kiçik qızım isə ibtidai məktəb şagirdi yaşındadır. Biz cütləri qarışdıracağıq, belə ki, bəzi günlər, şam işləri iki qız övladımızın öhdəliyində olacaq. Beləliklə, rotasiya ilə ailənin şam yeməyi öhdəliyi aramızda dövr edəcək. Biz çox zaman bir ailə olaraq şam etməyə çatmırıq. Adətən, gün ərzində birlikdə yemək bişirməyə çatmırıq, indi isə bunu edirik.

Mən özüm üçün etmək istədiyim işlərin siyahısını tuturdum: oxumaq istədiyim kitablar və digər niyyətlər. Niyyətim var idi qızıma toxumağı öyrədim çünki məndən bunu istəmişdi. Odur ki, əgər qızımın buna marağı hələ də qalıbsa biz toxuyacağıq! Biz hər üç-dörd axşamdan bir kinofilm axşamı təşkil etməyi düşünürük və qərara aldıq ki, filmi şam yeməyi komandası seçsin. Hər ailənin öz ritmi və mədəniyyəti var və hal-hazırda qarşımızdakı çağırış müəyyən strukturları ixtira etmək, onları heç nədən yaratmaqdır. Biz bunu edə bilərik və övladlarımızın buna ehtiyacı var.