Gəlin hər günü Qadınlar günü edək!

UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Edvard Karvardinin publisistik məqaləsi

Edvard Karvardin
UNICEF Representative in Azerbaijan Edward Carwardine poses with participants of the 'Girls Can' event.
UNICEF Azerbaijan/Mammadov/2019
07 Mart 2020

Bazar günü bütün dünyada Beynəlxalq Qadınlar Günü qeyd olunur. Hər il, 8 Martda biz bir anlıq dayanıb qadınların və qızların cəmiyyətə verdikləri töhfəni alqışlayırıq, ehtiramla qeyd edirik və tanıyırıq. Bu, haqlı olaraq, bayram və minnətdarlıq günüdür və mən də həyatımızda qadınları alqışlayan bütün digər insanlara öz səsimlə qoşuluram – qadınların yalnız  ana, bacı və övlad-qız  kimi deyil, həm də müəllimlər, həkimlər, alimlər, mühəndislər, liderlər və yaşadığımız dünyanı formalaşdıranlar kimi.

Azərbaycan qadınların hüquqlarının təşviqi irsi ilə fəxr edir, məsələn, qızlar üçün təhsili çatımlı etmiş və qadınlara səsvermə hüququ vermiş ilk İslam ölkəsi kimi. Bu gün, demək olar ki, bütün aşağı yaş məktəbli qızlar dərslərə gedirlər və BMT-nin qiymətləndirmələrinə görə, 2000-ci ildən 2017-ci ilə qədər ana ölümü, demək olar ki, iki dəfə azalıb.

Ətrafımızdakı qadınlara hörmət etdiyimizə görə, təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bu şənliklər həddindən artıq çox qadının və qızların haqları olduğu bərabərlik və layiqli münasibətdən məhrum qlobal şəraitdə keçir.

UNICEF-in, "İnternəşnl Plan" və "BMT-Qadınlar" Təşkilatının bu həftə dərc etdiyi "Qızlar üçün Yeni Era: 25 illik Tərəqqinin Yekunları" adlı yeni hesabatında, bütün dünyada 15-19 yaşlarında demək olar ki, hər dördüncü qızın eyni yaşdakı 10 oğlandan birinə nisbətən işləmədiyi, öyrənmədiyi və təhsil almadığı qeyd olunur.

Belə imkanların olmaması bir çox qızlar və gənc qadınlar üçün istismar riskini artırır; eyni hesabatda müəyyən edilmişdir ki, 2016-cı ildə, məsələn, insan alveri qurbanlarının 70 faizi qadın və qızlar olmuşdur, halbuki 15-dən 19 yaşına qədər hər 20 qızdan biri - 13 milyon qız - öz həyatında zorlama qurbanı olmuşdur. Bu qadın və qızların iztirab çəkə biləcəyi cinsi istismarın ən qəddar formalarından biridir.

Bununla yanaşı, yeniyetmə qızlarda klinik depressiya, oğlanlara nisbətən daha tez-tez diaqnostika olunur və 15-19 yaşlı qızlar arasında ölüm hallarının ikinci başlıca səbəbi, hamiləlik və doğuş ağırlaşmalarından sonra, intihardır. Amma ən azı, müsbət hal kimi, yeniyetmə qızlar arasında doğuş hallarının son 25 ildə dörddə bir nisbətində azalmasını da qeyd etmək lazımdır.

Burada, Azərbaycanda, son illərdə əldə edilən tərəqqiyə baxmayaraq, qadınlar və qızlar hələ də problemlərlə qarşılaşırlar. Bu gün ölkədə doğuş zamanı dünyada cinslərin ən yüksək bərabərsizliyi müşahidə olunur - doğuş zamanı cinslərin nisbəti hər 114 qıza 100 oğlan təşkil edir – sadə dillə desək, bu o deməkdir ki, mayalanmadan sonra bir çox qızlar doğuş anına qədər sağ qalmırlar.

Azərbaycan hökumətinin qəbul etdiyi qanunvericilik nikaha girən 18 yaşına çatmamış qızların sayının 2011-ci ildəki 5000-dən, 2018-ci ildəki cəmi 338 nəfərədək kəskin azalmasına gətirib çıxardı. Lakin 18 yaşına çatmamış qızlarda 2018-ci ildəki doğuş hallarının sayına (2000-dən bir qədər artıq) əsasən, kifayət qədər sübutla demək olar ki, ölkədə uşaq nikahları bu barədə rəsmi məlumat verildiyindən daha çox baş verir.

2018-ci ildə BMT Əhali Fondu və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən aparılmış tədqiqat göstərdi ki, hər üçüncü kişi qadınlara qarşı fiziki zorakılıq və demək olar ki, dörddə üçü həyat yoldaşı üzərində psixoloji zorakılıq etdiyini etiraf edir, bu da qadın və uşaqlara qarşı məişət zorakılığın sosial tanınmasına dəlalət edir.

UNICEF-də məmnuniyyətlə qeyd edirəm ki, qızların iştirakına dəstək proqramlarımız daha çox gənc qadınları əhatə edir

Qadın və qızların hüquqlarının bu dəhşətli pozuntularına qarşı mübarizə aparmaq üçün daha çox səy göstərməyincə, qadın gününün qeyd edilməsi həmişə qısa olacaqdır.

UNICEF-də məmnuniyyətlə qeyd edirəm ki, qızların iştirakına dəstək proqramlarımız daha çox gənc qadınları əhatə edir: təkcə ötən il 550-dən çox qız özünə inam və liderlik keyfiyyətlərinin inkişafına kömək edən baza həyat vərdişlərinin inkişaf etdirilməsi proqramlarında iştirak etmiş, 600-dən çox gənc qadın isə icmalarında istedad və potensialının inkişafına kömək etmək məqsədilə təşkilatım tərəfindən dəstəklənən idman proqramlarından faydalanmışdır. Eyni zamanda, 500-dən çox idman məşqçisi minlərlə gənc qadını əhatə edə biləcək fiziki zorakılıq, zərərin yetirilməsi, psixi pozuntular və qızların qarşılaşa biləcəyi digər risk əlamətlərini aşkar edilməsi və onlara reaksiya verilməsi üzrə hazırlıq keçmişlər. Niderland hökuməti tərəfindən dəstəklənən Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə birlikdə #GirlsCan (#QızlarBacarır) kampaniyamız Azərbaycanda qızların innovasiya, texnologiya, incəsənət və idman sahələrində dəyərli töhfələrini nümayiş etdirməyə kömək etdi və qızların cəmiyyətdə stereotip baxışlarına meydan oxudu.

Bu kifayətdir? Əlbəttə, yox. Hər kəs qadınların təhsildə, peşə vərdişlərinin inkişafında, yeni məşğulluq imkanlarında, özəl və dövlət sektorlarında bərabər rəhbər vəzifələrdə – hüquq və imkanlarının genişləndirilməsi yollarını axtarıb tapa bilər və tapmalıdır. Biz qadınlara və qızlara qarşı zorakılıqlar törədənlərin yaxud qeyri-qanuni erkən nikahlara yol verənlərin cəzasızlığına son qoymalıyıq.

Başlanğıc üçün biz aşkar şəkildə təsdiq edə bilərik ki, qadınlar cəmiyyətimizdə digərləri kimi eyni hüquqlara, eyni dəyərə və potensiala malikdirlər – bu bütün il ərzində qorunmalı, təşviq və qeyd edilməlidir. Məhz o zaman, biz, hər günü qadın gününə çevirməyə başlaya bilərik.