COVID-19 xəstəliyinə qarşı vaksinlər barədə uşaqlarınızla necə danışmaq olar?

Uşağınıza vaksinlərin necə işlədiyini anlamaqda kömək edin

UNICEF
Dilan and his mother Mariangelis in Ecuador.
UNICEF/UNI213987/UNICEF
14 İyun 2021

1. Son hadisələr barədə məlumatlı olduğunza əmin olun


COVID-19 xəstəliyinə qarşı vaksinlər barədə uşaqlarınızla danışmağa başlamazdan əvvəl, onları şəxsən başa düşməyiniz vacibdir. Doktor May Varşavskilə söhbət başlanğıc üçün ən gözəl fürsətdir.

2. Soruşun və dinləyin

Uşağınızı COVID-19 xəstəliyinə qarşı vaksinlər barədə eşitdiklərini sizinlə bölüşməyə dəvət edin və onun cavablarını dinləyin. Bu cür söhbətə hərtərəfli qoşulmaq və uşağınızın hər hansı qorxusunu ciddi şəkildə qəbul etmək vacbdir. Təmkinli olun, pandemiya və yanlış məlumatlar hər kəs üçün böyük narahatlıqlara və qeyri-müəyyənliyə səbəb olub. Uşağınıza bildirin ki, o hər zaman sizinlə və ya başqa bir etibarlı yetkin şəxslə, məsələn müəllimlə öz narahatlıqları barədə danışa bilər.

3. Uşağınızla səmimi olun

Uşaqlar baş verənlər barədə bilmək hüququna malik olsalar da, bu, onların yaşına uyğun tərzdə izah olunmalıdır. Nəzərə alın ki, uşaqlar böyüklərdən emosional siqnallar alırlar, buna görə də uşağınızın narahat ola biləcəyini bildiyiniz üçün həyacanlansaz da, öz qorxunuzu ona açıq şəkildə göstərməkdən çəkinin. Oyun, azyaşlı uşaqlarda çətin emosiyaların öhdəsindən gəlmək üçün faydalı bir vasitə ola bilər. Azyaşlı uşağınız narahat görünürsə, birlikdə oynamağa və ya onun hisslərini rol oyunu ilə araşdırmağa çalışın.

4. Uşağınızın suallarına cavab verin

Uşağınızın COVID-19 xəstəliyinə qarşı vaksinlər barədə verə biləcəyi suallara ehtiyatda saxlamağınız üçün bəzi münasib cavablar bunlardır:

Vaksin nədir?

Vaksin səni xəstəlikdən qoruyan bir qalxandır.

Vaksinlər necə işləyirlər?

Vaksinlər sənin orqanizminə xəstəliklərə qarşı mübarizə aparmağı öyrədirlər. Onlar xəstəlik yaradan mikrobun (və ya mikrob kimi görünən hansısa cismin) kiçik parçasını səni qorumaq üçün orqanizminə yerləşdirməklə bunu edirlər ki, orqanizmin bu xəstəliyə qarşı mübarizə üçün nə etməli olduğunu öyrənə bilsin. Beləliklə, hətta əgər sən xəstəliklə təmasda olsan belə, sənin orqanizmin nə etməli olduğunu dəqiqliklə bilir, bu isə səni xəstələnməkdən qoruyur.

Vaksinlər təhlükəsizdir?

Bəli, vaksinlər çox təhlükəsizdir! Hər il milyonlarla uşaq (və yetkin!) vaksinasiya olunur, bu isə onları çoxsaylı xəstəliklərdən qoruyur. Biz vaksin qəbul etdikdə, hərarətimiz qalxa bilər və ya bədəndə ağrılar ola bilər, lakin bu uzun çəkmir və bir çox halda xəstəlikdən əziyyət çəkməkdəndirsə, bu yaxşıdır. Eyni zamanda, bu cür əlamətlər vaksinin işlədiyini və sənin orqanizmin tərəfindən xəstəliyə qarşı mübarizə aparmaq üçün müdafiənin yaradıldığını göstərir.

Nə vaxt mən COVID-19 xəstəliyinə qarşı vaksini vurdura bilərəm?

Uşaqlarla müqayisədə böyüklərdə [ailə üzvlərinizdən və ya tanışlarınızdan birini misal göstərin] COVID-19 xəstəliyinə yoluxma riski daha yüksəkdir. Buna görə də, vaksinlər ilk növbədə böyüklərə vurulur. Hal-hazırda həkimlər bu vaksinlərin uşaqlar üçün də səmərəli olduğuna əmin olmaq üçün onları sınaqdan keçirirlər. Biz uşaqlar üçün vaksinin hazır olması barədə xəbəri ölkəmizin Səhiyyə Nazirliyindən alacağıq. Bununla belə, maskadan istifadə etməklə, əllərimizi yumaqla və fiziki məsafə saxlamaqla özümüzün və başqalarının təhlükəsizliyini davamlı şəkildə təmin etməyimiz vacibdir.

Valideynlər üçün qeyd: Uşaqlar COVID-19 xəstəliyinə qarşı vaksinin vurulacağı prioritet qruplarına daxil deyil və bu, dünyanın bir çox ölkəsində belədir. Bu onunla əlaqədardır ki, əsas diqqət COVID-19 xəstəliyinə yoluxma səbəbindən ağır şəkildə xəstələnmə və ölmə riskilə üzləşənlərin – ahılların, digər xəstəlikləri olanların və ilkin səhiyyə xidməti göstərən tibb işçilərinin qorunmasına ayrılır. Bu cür əhali qrupları uşaqlardan əvvəl vaksinasiya olunmalıdır.

Mən iynədən qorxuram! Mənə vaksin vurulmalıdır?

Mən sənin hisslərini başa düşürəm, lakin məsələ ondadır ki, bu bir göz qırpımında baş verir! Digər vaksinlərlə olduğu kimi sən ani şəkildə bir çimdik hiss edəcəksən və bununla da hər şey bitəcək. Uşaqların vaksinasiya vaxtı gələndə, biz vaxt alıb müvafiq tibb müəssisəsinə getməzdən əvvəl bunu evdə məşq edəcəyik. Bununla da, sən tibb müəssisəsində nəyin baş verəcəyini dəqiq biləcəksən və bundan sonra biz qeyd etmək üçün xoş bir tədbir planlaşdıra bilərik!
 

Yadda saxlayın: cavabı bilmirsinizsə, təxmin etməyin. Belə bir vəziyyəti cavab tapmaq üçün bir imkan kimi istifadə edin. UNICEFÜST kimi beynəlxalq təşkilatların veb-saytları zəngin məlumat mənbəyidir.